Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Flamand əfsanələri
Flamand əfsanələri — Şarl de Koster bu əsərini XVI əsrə aid olan arxaik fransız dilində yazmış, bununla da bu əsərə xüsusi bir kolorit vermişdir. Bu əsərdə nağıl aləmi real varlığın fonunda təsvir edilmişdir. Bu əsərdə folklor fantastikası məişət hadisələri ilə qaynayıb-qarışaraq xalqın gündəlik həyatının real təsvirini ifadə etmişdir. E.Deşanel bu əsəri çox yüksək qiymətləndirmişdir: "O, orta əsrləri necə varsa eləcə təsvir edib: kobud, sərt, qəmli, kələkbaz, eyni zamanda da, uşaq kimi sadədil. O özündən personajlarına, onlara məxsus olmayan nə bir fikir, nə bir instinkt, nə də bir hiss əlavə etməmişdir". "Flamand əfsanələri" əsərinə dörd əfsanə daxil edilmişdir. Onlar məzmununa və ovqatına görə bir-birindən fərqli olmasına baxamayaraq, müəllif onları ümumi bir ideya, vahid bir əqidə ətrafında birləşdirə bilmişdir. Bu topluda verilən "Şişman sifətin qardaşlığı", "Blanka, Klara və Kandida", "Sir Halevin" və "Smetse Smeye" tədricən yaranmışdır.
Flamandlar
Flamandlar və ya Fələmənglər (nid. Vlamingen) — Belçikanın şimalında yaşayan xalq. == Tarixi == == Coğrafiyası == === Flamand bölgəsi === Flamand bölgəsi (paytaxt Brüssel) Flamand bölgəsinın əyalətləri: Antverpen: 2.867 km² (paytaxt Antverpen (şəhər)) Limburq: 2.422 km² (paytaxt Hasselt) Şərqi Flandriya: 2.982 km² (paytaxt Gent) Flamand Brabantı: 2.106 km² (paytaxt Löven) Qərbi Flandriya: 3.144 km² (paytaxt Brügge) == Ədəbiyyatı == Hələ orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir . İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin əvvəllərində yaranmağa başlamışdır . XIII – XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır. == Flamand dili == Belçikada yaranan flamand dili bədii ədəbiyyat XVIII əsrə qədər Niderland ədəbiyyatının tərkib hissəsinə daxil olmuşdur. XVI əsrin sonlarında Niderland mədəniyyətinin ağırlıq mərkəzi şimala (Hollandiyaya) keçir. Cənubi Niderlandda , müasir Belçikanın ərazisində də niderland dilində ədəbiyyat inkişaf etməkdə davam edir . XVII əsrdən bu dil flamand dili adlandırıldı. Bu dildə Y. Hardöyn məhəbbət mövzusunda şeirlər və sonetlər , A. Poyrters isə didaktik və dini mövzuda romanlar yazmışdır .
Blaband
Blaband — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 809 nəfərdir. == Tarixi == Bilabənd və ya Bilaband Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncəvü çayının (Lənkəran çayının qolu) sol sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. 1933-cu ildə Bılaband variantında qeydə alınmışdır. Türkdilli xalqların toponimiyasında bil/bıl/bile/bilə variantlarında rast gəlinən birinci komponent "çıxıntı", "sıldırım", "ucurum", "yarğan" mənası daşıyır. Bu soz bir cox Qafqaz dillərində də işlənir. Bənd komponenti isə müxtəlif fonetik variantlarda (band/bend/bent) Qafqaz, Orta Asiya, Balkanlar və Yaxın Şərq regionlarında geniş yayılmışdır. "Sədd", "istehkam", "dağ" (TalıŞərq), "zirvə", "liman", "tərsanə" (fars.), "təpə" və s. mənaları bildirir.
LaManş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi.Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi.Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu. Diakos imtina edərək və cavabında "mən yunan doğuldum və yunan kimi öləcəm" cavabını verdi. Vrioni Diakosu payaya keçirməyə əmr etdi.
Balamand Universiteti
Bələmənd Universiteti (ərəb. جامعة البلمند‎ Camiʿət əl-Bələmənd) — Livanda xüsusi universitet, əsası 1988-ci ildə qoyulub. Bələmənd Universitetinin prezidenti İlyas Vərraqdır.
Ennio Flayano
Ennio Flayano (it. Ennio Flaiano; 5 mart 1910[…], Peskara – 20 noyabr 1972[…], Roma) — İtaliya jurnalisti, yazıçı və ssenarist. == Həyatı == Ennio Flayano 5 mart 1910-cu ildə anadan olmuşdur. Əvvəl memar işləsə də, sonradan jurnalistliyə başlamış və “Cineillustrato”, “Oggi”, “Il Mondo”, “Il Corriere della Sera”, “L'europeo”, “L'espresso” kimi məşhur italyan mətbuatı ilə sıx əməkdaşlıq etmişdir. Onun ilk pyesi “La guerra spiegata ai poveri” 1946-cı ildə ərsəyə gəlmişdir. “Öldürmək zamanıdır” romanına görə 1947-ci ildə “Streqa” mükafatına layiq görülmüşdür. Romandakı hadisələr 1935-1936-cı illər İtaliya-Efiopiya müharibəsində cərəyan edir. İtalyan zabiti təsadüfən efiopiyalı qadını öldürür və sonra buna görə cavab verməli olur. Ennio Flayano bir çox filmlərin ssenari müəllifi olmuşdur. Tullio Pinelli ilə birlikdə rejissor Federiko Fellininin 10 filminin ssenarisini yazmışdır.
Flanan adaları
Flanan adası (ing. Flannan Isles) - Şotlandiyanın ərazisinə daxil olan arxipelaq. Digər bir adı Yeddi ovçu adasıdır. Adalar Şotlandiya sahillərindən 32 km (20 mil) məsafədə yerləşir. Flanan adaları VII əsrdə yaşamış irland din xadimi və abbatı Müqəddəs Flananın şərəfinə adlandırımışdır. 56 hektar ərazisi olan ada da eyni adlı mayak yerləşir. 1899-cu ildə inşa olunan və 1971-ci ilə qədər istifadə edilən Flanan mayakında 1900-cu ildə baş vermiş mistik hadisədən sonra Flanan adasının məşhurluğu artmışdır. Ərazidən keçən yük gəmilərinə yol göstərmək vəzifəsini icra edən üç mayak işçisi 1900-cu ilin dekabr ayında mistik şəkildə itkin düşmüşdür. Həmin tarixdən etibarən mayakçıların heç bir izinə rast gəlinmədi. Məşhur hadisədən 71 il sonra da fəaliyyət göstərən mayakın istifadəsi 1971-ci ildə dayandırılmışdır.
Skott Falman
Skott Elliot Falman ing. Scott Elliot Fahlman (Medina, Ohayo ştatı, ABŞ, 21 mart 1948-ci il) – Karneqi-Mellon universitetinin alimi. O avtomatlaşdırılmış planlaşdırılma, semantik şəbəkə, neyron şəbəkə və Common Lisp proqram dili üzrə böyük mütəxəssis hesab edilir. Falman smayliklərin müəllifi sayılır. Bu təkliflə o yumorlu elanların ciddilərdən fərqləndirmək üçün istifadə etmək istəyirdi. Bunun üçün o :-) və :-( istifadə etməyi təklif etdi. Məsələn: <pre.raw Style="border: 0px;"> 19-Sep-82 11:44 Scott E Fahlman :-) From: Scott E Fahlman <Fahlman at Cmu-20c> I propose that the following character sequence for joke markers: -)Read it sideways. Actually, it is probably more economical to mark things that are NOT jokes, given current trends. For this, use -(Falman 1973-cü ildə Massaçuset Texnoloji İnstitutunda bakalavr, 1977-ci ildə doktorluq dərəcəsi aldı. Falman Amerika süni intellekt assosasiyasının üzvüdür.
Laman (Lerik)
Laman — Azərbaycan Respublikasının Lerik rayonunun Şingədulan inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 524 nəfərdir. == Toponimiyası == Oykonim şahsevənlərin laman tirəsinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Ərdəbilli Təvabi Məhəmmədxan özünə məxsus şahsevən ailələri ilə birlikdə Qubalı Fətəli xanın (1762-89) icazəsi ilə Quba xanlığına gələrək Şabran və Müşkür mahallarında Çaxmaqlı, Xisun, Cığatay, Hacılı, Xırmandalı, Gəbəli, Ustaclı, Laman və Qaradağlı kəndlərini bina etmişdir.
Laman (Xaçmaz)
Laman — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçay və Caqacuq çaylarının arasında yerləşir. Qaraçayın cənubunda Caqacuq çayının şimal hissəsində yerləşir. Kəndin içərisindən, mərkəzdən şərqdə Bakı-Yalama dəmir yolu keçir. Laman kəndinin cənub-şərqində kəndə məxsus meşə yer alır. Qaraçay Laman kəndini Ustacəlli kəndindən, Caqacuq çayı isə Laman kəndini Çarxı kəndindən ayırır. Kəndin şərq hissəsində Laman kənd məscidi yerləşir. Əhalisini azərbaycan türkləri təşkil edir və kəndin əhalisinin böyük çoxluğu şiə müsəlmandır. Laman kəndinin tarixi dəqiq bilinmir. Laman kənd qəbirsanliğında qədim dövrlərə aid məzarlar aşkar edilmişdir.
Neft Maşınqayırmasının Flaqmanı (1992)
== Məzmun == Kinolentdə Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun işindən, onun istehsal etdiyi məhsullardan, burada çalışan əməkçilərin həyat və məişətindən, qayğılarından söhbət açılır. == Film haqqında == Film Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun sifarişi ilə çəkilmişdir.
Neft maşınqayırmasının flaqmanı (film, 1992)
== Məzmun == Kinolentdə Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun işindən, onun istehsal etdiyi məhsullardan, burada çalışan əməkçilərin həyat və məişətindən, qayğılarından söhbət açılır. == Film haqqında == Film Səttarxan Adına Bakı Maşınqayırma Zavodunun sifarişi ilə çəkilmişdir.