Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Forvard müqaviləsi
Forvard müqavilələr – gələcəkdə müəyyən qiymətə xüsusi malı almaq və ya satmaq üçün öhdəlikdir. Forvard müqavilələrin fyuçerslərdən əsas fərqi müqavilələrin fərdi şəxslər arasında birjadankənar bağlanmasıdır. Bu o deməkdir ki, müqavilənin həyata keçirilməsi üçün məsuliyyəti birja deyil, iştirakçılar daşıyır. Digər bir fərq isə müqavilənin müddətinin sərbəst şəkildə seçilməsidir. Burada baza aktivi qismində istənilən alət istifadə edilə bilər və birja standartlaşdırılması məhdudiyyətləri yoxdur.
Forfar
Forfar (ing. Forfar, şot.kelt Baile Fharfair) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Kventin Dorvard
"Kventin Dorvard" (ing. Quentin Durward) — Valter Skottun 1823-cü ildə yazdığı roman. == Məzmun == Romanda gənc, cürətli və sədaqətli şotlandiyalı Kventin Dorvardın qazanc və dolanışıq dalınca Fransaya səfər edərkən başına gələn macəralardan danışılır. Kventin istəmədiyi halda, məcburən öz vətənini tərk etməli olur. Çünki o dövrdə Avropa ölkələrinin hər birində tez-tez qanlı ara müharibələri baş verirdi. Belə müharibələrdən birində onun bütün ailəsi həlak olmuşdur. Kventinin özü də ölümdən təsadüfən qurtula bilmişdir. Anası düşmənlərə yalvara-yalvara, onu ağır yaralanmış halda, bu şərtlə xilas edə bilmişdir ki, Kventin ömrünü monastırda başa vuracaqdır. Düşmənlər Kventinin cismani oldürməmişlər. Lakin düşmənləri Dorvardlar nəslinin davam etməməsi üçün Kventini monastırda yerləşdirib ömürlük rahibliyə məhkum etmişlər.
Howard Carter
Houard Karter (9 may 1874[…], Kensinqton və ya London – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Orçard Roud
Orçard Roud (çin. 乌节路, ing. Orchard Road, «meyvəli bağa gedən yol») — Sinqapurda küçə, ticarət və əyləncə mərkəzi, şəhərin əsas görməli yerlərindən biri. Çox vaxt küçəni və ətraf əraziləri «Orçard» («meyvəli bağ») adlandırırlar. == Ümumi məlumat == Orçard Roud Stemford Roud, Benkulen strit, Fort Kaninq Roud küçələrinin kəsışmə yerindən başlayır və 2,2 km şimal-qərbə doğru uzanır. 1974-cü ildən küçədə hərəkət bir tərəflidir. Küçə yüksək inkişaf etmiş yeraltı infrastruktura malikdir. Küçə boyu piyada keçidləri, qonşu küçələrlə və ticarət mərkəzləri ilə əlaqələndirici tunellər var. == Adı == Küçənin adı tərcümədə "Meyvələ bağa gedən yol" mənasını verir. XIX əsrdə bu yol muskat qozu, qara istiot və digər meyvələrin olduğu plantasiyaya aparırdı.
Uilyam Horvard Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Frоuаrd burnu
Frоuаrd burnu (isp. Cabo Froward) — Bransuik yarımadasında Magellan boğazı sahilində yerləşir. Punta Arenasdan 100 km aralıda yerləşir. Cənubi Amerika materikinin ucqar cənub qutaracağında yerləşir. Çili ərazisində yerləşir. İngilis dilində Froward <əlverişsiz> mənasını bildirir. 1587-ci ilin yanvarında Tomas Kevendiş ərazidən keçərkən əlverişsiz iqlimi ilə rastlaşmışdır. Burunda xaç abidəsi (Cruz de los Mares) qoyulmuşdur. 1987-ci ildə Roma papası II İohann Pavel burunda hələ 1913-ci ildə layihələşdirilən xaç qoyulmasını ilə bağlı Çiliyə səfər edir. Burun qarşı tərəfində mayak fəaliyyət göstərir.