Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Emma Frost
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur. Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir. 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc.
Frost (Mortal Kombat)
Frost (ing. Frost) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Frost nindza qadın personajlarından biridir. Qüvvə səhətdən Sab-Zironu xatırladır.
JOWST
Yoakim Uid Stin (norv. Joakim With Steen; d. 26 iyun 1989, Tronheym, Norveç) və ya səhnə adı ilə JOWST — Norveç musiqiçisi, prodüseri və bəstəkarı. O, 2017 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdır. == Həyatı və musiqi karyerası == Yoakim Uid Stin 26 iyun 1989-cu ildə Norveçin Tronheym şəhərində anadan olmuş və Tiller şəhərində böyümüşdür. Stin 14 yaşında ikən o ailəsi ilə birlikdə Steynxyer şəhərinə köçmüşdür. On beş yaşında o əsasən gitara, rok, mahnı yazmaq və qrup yaratmaq barədə düşünürdü. Stin ölkənin paytaxtı Osloda yerləşən Noroff institutunda səs və musiqi prodüserliyi ixtisası üzrə təhsil almışdır. O daha sonra həmin institutda təhsil aldığı ixtisas üzrə müəllimlik etmiş və mühazirələr oxumuşdur. O həmin zamanlarda həm də Fornebu şəhərində Earport Studiosda prodüser olaraq çalışırdı.
Forest Uitaker
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Forest Uiteyker
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
G.Forst.
Johann Georg Adam Forster (alm. Johann Georg Adam Forster‎; 27 noyabr 1754[…] – 10 yanvar 1794[…], Paris, Birinci Fransa Respublikası) — Alman publisisti, yazıçısı, səyyahı, təbiətşünas-alimi etnoqrafı, ictimai-siyasi xadimi. == Əsərləri == A Voyage round the World in His Britannic Majesty's Sloop Resolution, Commanded by Capt. James Cook, during the Years, 1772, 3, 4, and 5 (1777) (preview) Journal of travels in Poland (August–November, 1784), The Warsaw Voice, 1990 31 8–9 De Plantis Esculentis Insularum Oceani Australis Commentatio Botanica (1786) available online at Project Gutenberg Florulae Insularum Australium Prodromus (1786) available online at Project Gutenberg Essays on the moral and natural geography, natural history and philosophy (1789–1797) Views of the Lower Rhine, Brabant, Flanders (three volumes, 1791–1794) "Neuholland und die brittische Colonie in Botany-Bay", Allgemeines historisches Taschenbuch: oder Abriss der merkwürdigsten neuen Welt-Begebenheiten für 1787, enthaltend Zusätze zu der für das Jahr 1786 herausgegebenen Geschichte der wichtigsten Staats- und Handelsveränderungen von Ostindien, von M. C. Sprengel, Professor der Geschichte auf der Universität zu Halle, Berlin, bei Haude und Spener, Dezember 1786, Zusatz 7, S.xxxiii-liv; supplement to: Historisch-genealogischer Calender oder Jahrbuch der merkwürdigsten neuen Weltbegebenheiten für 1787. Re-published in Georg Forster’s Kleine Schriften: Ein Beytrag zur Völker- und Länderkunde, Naturgeschichte und Philosophie des Lebens, gesammlet von Georg Forster, Erster Theil, Leipzig, Kummer, 1789, S.233–74.(English translation at: web.mala.bc.ca/Black/AMRC/index.htm?home.htm&2) Letters (posthumous compilation of his correspondence, 1828) Werke in vier Bänden, Gerhard Steiner (editor). Leipzig 1971 Ansichten vom Niederrhein, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1989. ISBN 3–458–32836-X Reise um die Welt, Gerhard Steiner (editor). Frankfurt am Main: Insel, 1983. ISBN 3-458-32457-7 Über die Beziehung der Staatskunst auf das Glück der Menschheit und andere Schriften, Wolfgang Rödel (editor).
Emmili de Forest
Emmili de Forest (tam adı: Emmili Şarlotta-Viktoriya de Forest, dan. Emmelie Charlotte-Victoria de Forest; 28 fevral 1993) — Danimarka müğənnisi. O, ifa etdiyi "Only Teardrops" mahnısı ilə "2013 Avroviziya Mahnı Müsabiqəsi"nin qalibi olmuşdur. == İlk illəri == Emmili Forestin atası isveçli, anası isə danimarkalıdır. O, 9 yaşından oxumağa, 14 yaşından isə şotland müğənni Freyzer Nil ilə əməkdaşlıq etməyə başlayıb. Onunla birlikdə Emmili bir çox konsert və festivallarda iştirak edib. 2011-ci ildə Emmili de Forest Kopenhagenə köçüb və burada öz təhsili davam etdirib. == 2013 Avroviziya Mahnı Müsabiqəsində iştirakı == 26 yanvar 2013-cü ildə Emmili "Dansk Melodi Grand Prix 2013" müsabiqəsinin seçmə mərhələsinin finalında iştirak edib və 2013-cü ildə İsveçin Malmö şəhərində təşkil olunan 2013 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmək hüququ qazanıb. Müsabiqənin yarımfinalında Emmili de Forest "Only Teardrops" mahnısını ifa edərək finala çıxıb və finalda 281 xal toplayaraq qalib olub.
Köhnə probst evi
Köhnə probst evi (çex. Staré proboštství) – Praqa yepiskoplarının köhnə iqamətgahıdır. Qəsrin cənub yamacında yeni iqamətgahın tikintisinə qədər (1874-cü ilə kimi) bu bina yepiskoplara "sədaqət və həqiqət" ilə xidmət göstərmişdi. Probstluq Praqa qəsrinin mərkəzində, Müqəddəs Vit kafedralının yaxınlığında yerləşir. == Tarix == Köhnə probst evinin binası çox güman ki, Jiji tanrısına həsr olunan qədim bütpərəst məbədin yerində inşa edilmişdi. 1060-cı ildə daha əvvəl tikilmiş ev Çexiyada daşdan inşa edilmiş ən qədim yaşayış binası idi. Günümüzdə bu evi inşa etdirən yepiskopun adı məlum deyil. Lakin iddia olunur ki, bu ilk Çexiya yepiskopu Detmar idi; 976-cı ildə o Müqəddəs-Adalbertin davamçısı olmuşdu. Arxeoloji qazıntılar təsdiqləyir ki, Roman üslubunda daş bina Müqəddəs Vit kapitulunun başçılarının iqamətgahı olaraq xidmət göstərmişdi; onun qarşısında isə bir zamanlar kafedral xidmətçiləri üçün iki taxta ev inşa edilmişdi. Bu "yepiskop həyətinin" daxilində Müqəddəs Moritz kapellası yerləşirdi.
Nottingem Forest FK
Nottinqem Forest FK — İngiltərənin Nottinqem şəhərində yaradılan, oyunlarını 30,602 nəfərlik Siti Qraund stadionunda oynayan futbol klubu. Premyer Liqada mübarizə aparan klub İngiltərənin köklü klublarındandır.
Nottinqem Forest FK
Nottinqem Forest FK — İngiltərənin Nottinqem şəhərində yaradılan, oyunlarını 30,602 nəfərlik Siti Qraund stadionunda oynayan futbol klubu. Premyer Liqada mübarizə aparan klub İngiltərənin köklü klublarındandır.
Yohan Franst Enke
Yohan Franst Enke (23 sentyabr 1791[…], Hamburq – 26 avqust 1865[…], Berlin və ya Şpandau[d]) - alman astronomu. 1825-1863-cü illərdə Berlin rәsәdxanasının direktoru olub. Berlin astronomik salnamәsini nәşr edib. Enke kometinin orbitini öyrәnmiş vә aşkar etmişdir ki, bu kometin dövrü müntәzәm azalır. Veneranın Günәş halqasından keçmәsinin müşahidәsinә әsasәn Günәş parallaksının qiymәtini tәyin etmişdir.
The Forest (videooyun)
The Forest — Endnight Games tərəfindən hazırlanan və yayımlanan bir videooyun.
Front Line Defenders
Front Line Defenders və ya The International Foundation for the Protection of Human Rights Defenders (ing. Front Line Defenders "Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu") — Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunduğu kimi başqalarının insan hüquqlarını məcburi olmadan müdafiə edənlərə dəstək olmaq üçün 2001-ci ildə İrlandiyanın Dublin şəhərində qurulmuş irlandiyalı insan haqları təşkilatıdır. == Tarix == Təşkilat Amnesty İnternational İrlandiyanın keçmiş direktoru Meri Lovlor tərəfindən iş adamı və xeyriyyəçi Denis O'Brayenin 3 milyon dollar ianəsi ilə təsis edilib. Front Line Defenders Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna və Afrika İnsan və Xalqların Hüquqları Komissiyasında müşahidəçi statusuna malikdir. Fond 2007-ci ildə King Boduin Beynəlxalq İnkişaf Mükafatına və 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mükafatına layiq görülüb. Front Line Defenders praktiki təhlükəsizlik ehtiyacları, təlim və tədris materialları, sığınacaqlar, şəbəkə imkanları, onların hüquqlarını hökumətlərdən qorumaq üçün hüquqi yardım, bir neçə dildə 24 saatlıq təcili telefon xətti üçün bütün dünyada alıcılara qrantlar verir. Xüsusi şəraitdə bu təşkilat hüquq müdafiəçilərinin daha təhlükəsiz yerlərə köçürülməsinə kömək edə və mümkünsə onların xərclərini ödəyə bilər. == Görkəmli işləri == 2021-ci ilin oktyabrında Front Line Defenders, İsrail tərəfindən qadağan edilmiş insan haqları qruplarına mənsub müxtəlif Fələstin vətəndaşlarının İsrail texnologiya şirkəti NSO Group tərəfindən yaradılmış casus proqramlar tərəfindən hədəf alındığına dair sübutlar üzə çıxardır. == Front Line Defenders mükafatı == Mükafat 2005-ci ildə təsis edilmişdir. Mükafat böyük şəxsi risk altında öz icmalarının hüquqlarının qorunmasına unikal töhfə edənlərə verilir.
J.R.Forst.
İohan Reynhold Forster (alm. Johann Reinhold Forster‎, 22 oktyabr 1729[…], Tçev[d], Tçev povyatı[d] – 9 dekabr 1798[…], Halle) — İngilis mənşəli alman orintoloqu, botaniki, zooloqu və səyyahı. == Çap olunmuş əsərləri == ing. A catalogue of the animals of North America etc. (London, 1771) lat. Descriptiones animalium in itinere ad maris australis terras per annos 1772—1774 suscepto observatorum (Berlin, 1844) ing. Observations made during a voyage round the world etc. (London, 1778) lat. Liber singularis de bysso antiquorum etc. (London, 1776) alm.
Anna De la Forest
Anna De la Forest (d. 24 iyun 1988; Turin, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Anna De la Forest İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Forest Qamp (film, 1994)
Forrest Qamp – Robert Zemekisin rejissorluğunu, Erik Rotun ssenaristliyini etdiyi 1994-cü il ABŞ istehsalı romantik, komediya-dram janrında film. Film Vinston Qrumun eyni adlı romanı əsası üzərində çəkilsə də, ssenari romandan böyük ölçüdə fərqlənir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi şəxslərin yer aldığı film zəka səviyyəsi 75 olan birinin həyatını ələ alır. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Film qızıl kürə mükafatına layiq görülmüşdür. Baş aktyor Tom Henks isə bir neçə təşkilat tərəfindən dəfələrlə ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. 2011-ci ildə Konqres kitabxanası Forrest Qamp filmini Birləşmiş Ştatlar Beynəlmiləl Film Kadrlarında qorunmalı olan mədəni, tarixi və etik bir film olaraq seçdi. == Görüntü və səs effektləri == Sözü gedən dövrü mümkün qədər yaxşı canlandırmaq üçün geniş musiqi arxivi toplanmışdır. Film musiqisi bütün dünyada 12 milyondan daha çox satılaraq ən çox satılan albomlardan biri olmuşdur.
The Forest (Video Oyun)
Sons of the Forest
Sons of the Forest —"Endnight Games" tərəfindən istehsal edilmiş və "Newnight" tərəfindən yayımlanmış survival horror videooyunu. Bu, 2018-ci ildə buraxılmış "The Forest" videooyununun sikvelidir. Oyun "Microsoft Windows" üçün erkən giriş vasitəsilə 23 fevral 2023-cü ildə buraxılmışdır.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.
Luiş Froiş
Luiş Froiş (port. Luís Fróis) – XVI əsrin ikinci yarısında Yaponiyada faəliyyət göstərilmiş Portuqaliya missioneri. == Həyatı == Luiş Froiş 1532-ci ildə Portuqaliyanın Lissabon şəhərində doğulmuşdur. 1563-cü ildə Yaponiyaya gəlmiş, Makaoda keçirdiyi iki il istisna olmaqla, həyatının qalan hissəsini Yaponiyada keçirmişdir. Yaponiyadakı həyatı boyunca Aşikaqa Yoşiteru, Oda Nobunaqa, Toyotomi Hideyoşi, Otomo Sorin, Konişi Yukinaqa kimi dövrün nüfuzlu şəxsləri ilə tanış olmuşdur. Müşahidə qabiliyyəti və diqqətliliyi ilə seçilən Froiş Yaponiyadakı missionerlik fəaliyyəti haqqında Avropaya ətraflı hesabatlar göndərmişdir. Ən məşhur əsəri 1549-93-ci illərdə Yaponiyanın xristianlıq tarixindən də bəhs edən "Yaponiya tarixi" ("Historia de Japam") əsəridir. Bundan əlavə, Yaponiya adətləri, Hideyoşinin Koreya yürüşü və Toyotomi Hidetsuqunun süqutu barədə yazılar yazmışdır. 1597-ci ildə Naqasakidə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).