Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göydələn
Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur. Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur. Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır. == Adlandırma == İngilis ilə fransız dillərindəki adları "göy qazan" deməkdir və bu iki dildən digər dillərə kütləvi miqyasda hərfi tərcümə ilə keçmişdir.
Göynüyən
Göynüyən — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Göynüyən kəndi düzənlikdədir. Tədqiqatçılara görə, oykonimin birinci komponenti göynük Türkiyə toponimiyasında da yayılmış coğrafi termindir və "açıq yer, tala, çəmənlik" mənalarında işlənir. Oykonimin sonundakı -ən isə cəmlik və məkan bildirən topoformantdır. Belə olduqda, Göynüyən toponimi "talalar, çəmənliklər" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 378 nəfər əhali yaşayır.
Göyəzən
Göyəzən (qəzet) —
İmperiya (göydələn)
İmperiya (ing. Empire business high-rise, ранее известен как Imperia Tower) — biznes kompleksi, 60 mərtəbəli tikili, Rusiyanın Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən göydələn. == Xüsusiyyətləri == Kompleksin ümumi sahəsi 203,191 m²-dir, bunlardan 121 497 m² ofis otaqları, 45.377 m² isə mənzillərdən ibarətdir. Kompleks Sərgi metro stansiyasına və Beynəlxalq metro stansiyasına yaxın məsafədə yerləşir. Tikili 23 noyabr ayının 2011-ci ilində istismara verildi. Bina 239 metr hündürlüyündə və 60 mərtəbədən ibarətdir. İkinci mərhələnin inşasına 2013-cü ildə başlamışdır.
Göyəzən (dağ)
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Göyəzən (qəzet)
Göyəzən qəzeti - Qazax rayonunun rəsmi orqanı. Baş redaktoru Elçin İsmayıldır. Qəzet A2 formatında 4 səhifədən ibarətdir. Azərbaycanda bu formatda nəşr olunan yeganə rayon qəzetidir. == Tarixi == Qəzet 12 mart 1932-ci ildə Qazax rayonunda "Kommuna yolu" adı ilə nəşr olunmağa başlamış, 1968-ci ildə isə adını dəyişərək Qalibiyyət bayrağı adı ilə fəaliyyətinə davam etmişdir. 1980-ci illərdə 14 min tiraja malik qəzet SSRİ-nin süqutundan sonra fəaliyyətini azaltdı. 1988-ci ildə yenidən adını dəyişən qəzetin son adı "Göyəzən" oldu. Azərbaycan respublikası qurulandan sonra qəzet ildə 1-2 dəfə olmaqla az tirajla çıxırdı. 2007-ci ildən başlayaraq ayda iki dəfə nəşr olunmağa başladı. Həmin il qəzetin tirajı 3000 ədəd idi.
Göyəzən FK
"Göyəzən" — Azərbaycanın Qazax rayonunu təmsil edən futrbol klubu. 1986-cı ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. UEFA Regional Kubokunun iştirakçısı olub.
Göyəzən dağı
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Göyəzən ekstruzivi
== Haqqında == Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.
Göyəzən qalası
Göyəzən qalası — Qazax rayonunun Alpout kəndi yaxınlığında, Göyəzən dağının ətəyində yerləşən yerli əhəmiyyətli tarixi abidə. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona Yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi haqqında tarixşünaslıqda müxtəlif fikirlər söylənilir. Qala ətrafında kiçik miqyaslı arxeoloji qazıntı işləri aparılmışdır.
İstanbul yaqutu (göydələn)
Istanbul Sapphire — İstanbulda yerləşən göydələn. 261 metr hündürlüyü (antenlərlə) ilə Avropada (Rusiya istisna) "Şard London Briç" binasından sonra ən yüksək 2-ci binadır. İstanbulun Kağızxana bölgəsində yerləşir. == Yerləşməsi == İstanbulun Çeliktəpə səmtindəki Böyükdərə küçəsində yerləşən @Istanbul Sapphire@ binası Türkiyədə inşa edimiş ən böyük binadır. 261 metr hündürlükdəki göydələni İstanbulun bir çox yerindən görmək olar. Göydələn ÖSYM (Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi) binasının yanında yerləşir. == Xüsusiyyətləri == 165.169 m2 sahəyə sahib bina yer altındakı 10 mərtəbə də daxil olmaqla 66 mərtəbədən ibarətdir. Bina 30 metr uzunluğunda antenlərə da malikdir. Binadan alış-veriş mərkəzi və yaşayış binası kimi istifadə olunur. Avtodayanacaq göydələnin ilk 6 mərtəbəsində yerləşir.
Göyəzən Qazax FK
"Göyəzən" — Azərbaycanın Qazax rayonunu təmsil edən futrbol klubu. 1986-cı ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. UEFA Regional Kubokunun iştirakçısı olub.
Göyəzən dağında Yeddibürclü qala
Yeddibürclü qala — Qazax rayonu ərazisindəki Göyəzən dağınin ətəyində yerləşən qala. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.
Evləri göydələn yar (film, 2010)
Evləri göydələn yar — 2010-cu ildə istehsal olunmuş Azərbaycan tammetrajlı bədii televiziya filmi. == Məzmun == == Film haqqında == Bu film tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir. Telman Adıgözəlovun son işidir.
Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv