Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anar Qorçuyev
Anar Nadir oğlu Qorçuyev (4 yanvar 1987, Qubadlı rayonu – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Qorçuyev 1987-ci il yanvarın 4-də Sumqayıt şəhərində anadan olmuşdur. 1993-cü ildə Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Qorçuyevlər ailəsi Sumqayıt şəhərində yaşamağa başladılar. 2005-2009-cu illərdə Azərbaycan Universitetində (AU) ali təhsil alıb. Ailəli idi. Üç yaşlı bir qızı və ölümündən sonra dünyaya gələn bir övladı yadigar qaldı. == Hərbi xidməti == Anar Qorçuyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı olan Anar Qorçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Qorçuyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Əfqan Qorçuyev
Əfqan Xanış oğlu Qorçuyev (20 aprel 1970, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Füzuli rayonu) - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Əfqan Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. Əfqan əla müvəffəqiyyətinə və nümunəvi davranışına görə 1 sentyabr 1980-ci ildə Respublika Təhsil Nazirliyinin 18 nömrəli tərifnaməsi ilə təltif edilib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib. 1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub. Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib.