1. Kiçik göz. Qarışqanın gözcükləri.
2. İçəriyə və ya bayıra baxmaq üçün qapıda qoyulan xırdaca deşik; gözlük.
Qapıda balaca bir gözcük də vardı ki, qapı döyüləndə bu gözcükdən baxıb, gələn adamın üzünü görmək mümkün olurdu.
3. Tumurcuq. Gözcüklər yaxşı inkişaf edir.
– Çay bitkisini çoxaltmaq üçün 3-4 gözcüyü olan birillik çubuqlardan istifadə etmək lazımdır.
4. Gözə oxşar (dairəvi) şəkildə olan tumurcuq və s.
Kartof yumruları üzərində çuxurcuqlar olur ki, buna gözlüklər deyilir.