Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oxşama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Oxumaq
Oxumaq vokal sənəti. Mənşə nöqteyi-nəzərindən oxuma fenomeni neolit dövründə gülüş və ağlamağı hisslərin vahid vokal diapazonunda birləşdirərək emosional sistemin xüsusi səsli təzahürü kimi və yalnız “ox-kamandan əvvəlki dövrdə ” yaranmışdır. aşağıdakılar oxuma prosesinə davamlı olaraq daxil edildi: alətlər (arfa, fleyta, baraban) semantik-nitq konteksti. Oxumanın mənşəyi insanın öz əhval-ruhiyyəsini səslər ilə ifadə etmək istəyi ilə əlaqələndirilir. Tədricən inkişaf edən müğənnilik xüsusi sənətin mövzusuna çevrilir. Sözlər, oxumaq sayəsində daha çox rahatlıq əldə edir. Nəğmə ilə birləşən nitq xüsusilə güclü, həyəcanverici təsir yaradır. Bir sənət kimi oxumaq düzgün, təbii səs istehsalı və texniki vokal inkişafı tələb edir. Oxuma və ya ən azı melodik səslərin müasir insan nitqindən əvvəl yarandığı güman edilir. Buna görə də beyin musiqi müşayiəti olmayan mətn ilə müqayisədə mahnının sözlərini daha yaxşı mənimsəyir.
Gözlədici proqram
Gözlədici proqram (ru. демон), (tr. bekletici program), (en. daemon) - UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pelisterin gözləri
Pelisterin gözləri — bunlar Pelisterin buzlaq mənşəlli gölləridir. Bu iki gölü həmçinin böyük və kiçik göllər olaraq adlandırırlar. Böyük göl 2218 m yüksəklikdə yerləşir. Onun uzunluğu 233 m, eni isə 162 metrdir. Kiçik göl isə 2180 metr yüksəklikdə yerləşir. onun uzunluğu 79 m, eni isə 162 metrdir. Böyük göl 14,5 m, Kiçik göl isə 2,6 m dərinliyə malikdir. Böyük gölün yanında 50–100 yerlik bir dağ evi və gəzinti, dağa dırmanma, dağ velosipedi və idman üçün gözəl terraslar var. Göllərə iki tərəfdən yaxşı işarələnmiş cığır yolu boyunca çatmaq olar. Bir cığır Nizepole kəndindən Lak Potok kəndində və ya Debel Rid ərazisindən xizək liftinədək, digər çığır isə yolsuzluq avtomobili ala biləcəyiniz Molika Oteldən Yorqov-Kamen kəndindən keçir.
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. == Tarixi və məzmunu == Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Azərbaycan göllərinin siyahısı
== A ==
Gözlərinizi Qoruyun (1931)
Gözlərinizi Qoruyun (1953)
Qəhrəmanlar güclərini birləşdirir
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər. “Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir.
Türkiyə göllərinin siyahısı
== Təbii göllər ==
Göllərin Tacı (1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Türkiyədəki göllərin siyahısı
== Təbii göllər ==
Yaşamaq (film, 1952)
Yaşamaq (生きる, Ikiru) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib. Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir. == Məzmun == Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir. Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г.
Qurban rolunu oynamaq
Qurban rolunu oynamaq, həmçinin qurban kartı və ya özünü qurban vermə — başqalarına qarşı istismara haqq qazandırmaq, başqalarını manipulyasiya etmək, kopinq, diqqət axtarmaq və ya diffuziya kimi müxtəlif səbəblərə görə qurbanlığın uydurulması və ya şişirdilməsi. Bunu dəfələrlə edən şəxs peşəkar qurban kimi tanınır. == İstismarda == Zorakılıq edənlər tərəfindən oynanılan qurban rolu belə olur: Dehumanizasiya — istismarın başqa bir şəxsin (adətən qurbanın) pis davranışına əsaslandığını iddia edərək diqqəti sui-istifadə aktlarından yayındırmaq. Qurbanın istismarını dəstəkləmək və ya ona imkan vermək üçün yardım almaq məqsədilə başqalarından rəğbət istəmək yolu ilə istismarçı gücə və nəzarətə qruminq (proksi istismar kimi tanınır). == İstinadlar == == Əlavə ədəbiyyat == Anthony C. Mersino, Emotional Intelligence for Project Managers; The People Skills You Need to Succeed (2012) p. 60 and p.
Xamaq Monqol
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080-1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-ci ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır. == Etimologiya == Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi. == Hökmdarları (Xanlar, Xaqanlar, Kağanlar) == Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.
Gözlərinizi qoruyun (film, 1931)
Gözlərinizi qoruyun (film, 1953)
Göllərin tacı (film, 1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Sahəsinə görə göllərin sıralaması
Sahəsinə görə göllərin sıralanması == sahəsi 4000 km² çox olan göllər == * Duzlu göl == Materiklərə görə ən iri göllər == Afrika — Viktoriya gölü Antarktida — Vostok gölü (buzaltı göl) Asiya — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Baykal Avstraliya — Eyr Avropa — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Ladoqa gölü Şimali Amerika — Miçiqan gölü-Huron gölü Cənubi Amerika — Duzlu gölü: Marakaybo gölü; sirinsulu gölü: Titikaka == Qeydlər == == Mənbə == Factmonster.com van der Leeden, Troise, and Todd, eds., The Water Encyclopedia. Second Edition. Chelsea, MI: Lewis Publishers, 1990. pp. 198–200. Dünyanın kiçik atlası, М:QUQK SSRİ, 1979 il.
İşarəni Dənizdən Gözləyin (1986)
== Məzmun == Filmin əsasını real faktlar təşkil edir. Burada Azərbaycanda sovet hakimiyyəti qurulması uğrunda aparılan mübarizədən danışılır. Filmdəki qəhrəmanların ümumiləşdirilmiş obrazları arxasında real tarixi şəxsiyyətlər durur. == Film haqqında == Film yazıçı Firudin Ağayevin "İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında çəkilmişdir. Kino əsəri Azərbaycanın dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsmayıl Şıxlı, Firudin Ağayev, Ramiz Rövşən Quruluşçu rejissor: Ceyhun Mirzəyev Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Arif Məlikov Səs operatoru: Əsəd Əsədov Rejissor: T. Məmmədov Operator: S. İsmayılov Montaj edən: Tamara Nərimanbəyova Geyim rəssamı: Tamilla Dağıstanlı Qrim rəssamı: Elbrus Vahidov Dekor rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: Nadir Əzməmmədov, Mirzəbala Məlikov Operator assistenti: R. Fətullayev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi), V. Tolkaçov (kontr-admiral) Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: Arif Məlikov Filmin redaktoru: Əli Qurbanov İnzibatçı: Sahib Quluzadə, M. İsmayılov, Ş. Balakişiyev Filmin direktoru: Aydın İmrani Trüklərin quruluşu: Nizami Musayev Kaskadyor: T. Əliyev, V. Piriyev, V. Nikişev, Ş. Şirəliyev === Rollarda === Fuad Poladov — komandan Əliabbas Qədirov — Sultanov Həsənağa Turabov — baş nazir Fazil Bayramov — Tlexas Fəxrəddin Manafov — Şəfibəyov Gündüz Abbasov — şair Lalə Qiyasbəyli — Leyla Firəngiz Mütəllimova — Sona Muxtar Maniyev — polis rəisi Ələddin Abbasov — qoca Vilnis Bekeris — ingilis Kamil Zöhrabov — Həsən Vladislav Kovalkov — Matveyev Vidadi Həsənov — komandanın yavəri Ramiz Əzizbəyli — Mustafa Tanilə Əhmərova — qadın Nurəddin Mehdixanlı — Kazım bəy Həsən Məmmədov — qoca general Yaşar Nuri — kapitan Sədayə Mustafayeva — komandanın anası Kamran Şahmərdanov — Çingiz Ənvər Həsənov — adyutant Gennadi Yuxtin — həştərxanlı Ramiz Məlikov — balıqçı Vəliəhd Vəliyev — balıqçı Tariyel Qasımov — bolşevik Sadıq Hüseynov — çayçı Mirzə Babayev — müsavatçı Əfrasiyab Məmmədov — müsavatçı Nazir Əliyev — xəbərçi T. Məmmədov Kazım Abdullayev — matros Fikrət Əliyev A. Rüstəmov A. Rüstəmov (II) Gümrah Rəhimov — bolşevik R. Hüseynov Sabir Sultanov — müsavatçı Natiq Səfiyev Valeri Kərimov V. Əliyev A. Xarçenko Rafiq Kərimov Ə. Məmmədov Ağarəfi Rəhimov — küçədəki adam Lətifə Əliyeva — küçədəki qadın Nizami Musayev — dilənçi İdris Rüstəmov — dilənçi Cahangir Aslanoğlu — müsavatçı Ötkəm İsgəndərov — tələbə Ömür Nağıyev — bolşevik Fikrət Məmmədov — zabit (titrlərdə yoxdur) Mayak Kərimov — küçədəki adam (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Rasim Balayev — komandan (Fuad Poladov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — qoca (Ələddin Abbasov) (titrlərdə yoxdur) Muxtar Avşarov — müsavatçı (Mirzə Babayev) (titrlərdə yoxdur) Rafiq Əzimov — müsavatçı (titrlərdə yoxdur) Hacı İsmayılov — bolşevik (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — qadın (Tanilə Əhmərova) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Sona (Firəngiz Mütəllimova) (titrlərdə yoxdur) Hamlet Xanızadə — şair (Gündüz Abbasov) (titrlərdə yoxdur) Məhluqə Sadıqova — komandanın anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — komandanın yavəri (Vidadi Həsənov) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yaşamaq yanğısı (film, 1956)
"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir. Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır.
Fasiləli axsama
Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.
Osama Vinladen
Osama Vinladen Ximenes Lopes (isp. Osama Vinladen Jiménez López; 7 oktyabr 2002) — Peru futbolçusu, Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin yarımmüdafiəçisi. == Klub karyerası == Osama Vinladen Ximenes Lopes 7 oktyabr 2002-ci ildə Rioxada anadan olmuşdur. Vinladen 30 may 2018-ci ildə Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin heyətində "Universidad San-Martin" İK ilə matçda peşəkar səviyyədə debüt etmişdir. O, 87-ci dəqiqədə əvəzedici kimi meydana çıxmışdır və "Union Komersio" matçda 0–0 hesabla heç-heçə qalmışdır. == Beynəlxalq karyerası == Vinladen 2017 Cənubi Amerika U-15 Çempionatında iştirak edən Peru U-15 komandasının bir hissəsi idi. == Şəxsi həyatı == Vinladen Üsamə bin Ladenin adını daşıyır. Orfoqrafik fərq ispan dilində "b" və "v" hərflərinin tələffüzünün oxşarlığı ilə əlaqədardır. Vinladenin İraq lideri Səddam Hüseynin şərəfinə adlandırılmış Sadam Huseyn adlı bir qardaşı var. Bundan əlavə, atası üçüncü övladının adını Corc Buşun şərəfinə qoymağı planlaşdırmışdı, lakin qadın olduğu üzə çıxdığına görə bundan imtina etmişdir.