OXŞAMAQ₂

f.
1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq.
[Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb … oxşamağa başladı. Ə.Vəliyev.

// Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq, əlini sürtmək.
[Çoban:] Bunun nə qədər ağıllı və igid heyvan olduğunu bilsən, heç vurmazsan, – deyə itin başını əlləri ilə oxşadı. A.Şaiq.
Gəl, ipək saçını oxşayım! Səninlə bir an da yaşayım… M.Müşfiq.

2. məc. Xoşlandırmaq, ləzzət vermək, ruhunu oxşamaq.
Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli.
Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. B.Bayramov.

3. Ölü üçün oxuyub ağlamaq. Ölünü oxşamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OXŞAMAQ bənzəmək — eyniləşmək
  • OXŞAMAQ ağlamaq
  • OXŞAMAQ əzizləmək — sığallamaq — nazlamaq
  • OXŞAMAQ I OXŞAMAQ Redaksiya rəssamı fotoşəkli çox qaşıyıb düzəliş etdiyi üçün silah özünə az oxşayırdı (H.Abbaszadə); BƏNZƏMƏK Bu səs, çağırışdan artıq əks-sə

Omonimlər

  • OXŞAMAQ OXŞAMAQ I f. Bənzəmək. Su gəlir lülə-lülə; Dost gəlir gülə-gülə; Dostumun göyçək üzü; Oxşayır qızılgülə (Ə
OXŞAMA₁
OXŞAMAQ₁

Digər lüğətlərdə