Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülabba Xəlilov
Gülabba Ağaşirin oğlu Xəlilov (5 dekabr 1910, Həşimxanlı, Cavad qəzası – 29 dekabr 1982, Nizami, Sabirabad rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat. Gülabba Xəlilov 1941–1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944–1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və "Oraq və Çəkic" qızıl medalı alıb. Sovet Azərbaycanının miqyasında G.Xəlilovu görkəmli insan hesab edilir.
Gülbaba Rəhimov
Gülbaba Rəhimov - SSRİ Şərəf ordeni laureatı Gülbaba Əmrah oğlu Rəhimov 1904–cü ildə Quba rayonu Qımıl kəndində kəndli ailəsində anadan olub. Altı yaşında atası Əmrahı itirən Gülbaba anası və böyük qardaşlarının himayəsində böyüyüb. Daha sonra hazırkı Xaçmaz rayonu ərazisindəki Hacı Əhməd oba kəndində yaşayan xalası və onun əri Xələfin evində qaldıqdan sonra həmən kənddə , ibtidai mədrəsədə təhsil alaraq ərəb dilini mükəmməl şəkildə öyrənib. Daha sonra Azərbaycana yardıma gələn Qafqaz İslam ordusunun tərkibində Türkiyəyə geri qayıdan ordu hissələri ilə Türkiyəyə gedib və bir müddət İstanbul , Samsun və Trabzon şəhərlərində qalıb. Azərbaycana qayıdan Gülbaba Rəhimov 1920 – ci ildə hazırkı Qusar şəhərində açılan iki aylıq müəllimlik kursunda təhsilini təkmilləşdirdikdən sonra, elə həmin il doğulduğu Qımıl kənd məktəbinə direktor və müəllim təyin olunur. Elə həmən ildən də Partiya sıralarına daxil olaraq kəndin ilk partiya təşkilatının ilk baş katibi olub. Quba qəza partiya komitəsinin qərarı əsasında 1922 – ci ildən 1923- cü ilin sentyabr ayına kimi Xaçmaz və Dəvəçi ( indiki Şabran) nahiyələrinin partiya komitəsinin katibi işləyib. Daha sonra 1923- cü ildə Quba Qəzası partiya komitəsinin qərarı ilə o vaxtlar Bakıdakı ( 1923-1924) S. Şaumyan adına partiya məktəbində təhsil alıb. 1924- cü ildən 1926 – cı ilə kimi yenidən Qımıl kəndinə direktor və müəllim təyin olunur. 1926 cı ilin sonlarından 1927 – ci ilədək Qımıl kəndində məktəb direktoru olmaqla yanaşı o vaxtlar Ənıq dairəsində Dövlət İcra komitəsinin sədri vəzifəsində çalışıb.
Qulfiya Yunusova
Qulfiya Yunusova ( başq. Гөлфиә Аҙнағол ҡыҙы Юнысова (Иҙелбаева) 10 sentyabr 1948, Sarışevo[d], Başqırd MSSR) — Başqırd şairəsi və tərcüməçisi, dramaturq, jurnalist. Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvü (1974), Başqırdıstan Respublikası Jurnalistlər Birliyinin üzvü (1979). Başqırdıstanın xalq şairi (2015). == Bioqrafiyası == Yunusova Gulfiya 10 sentyabr 1948-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının Əlşəy rayonu, Sarışevo kəndində anadan olmuşdur. Raevskiliseyini bitirdikdən sonra Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.. 1971-ci ildə Başqırd Dövlət Universitetini bitirir. 1970-ci ildən Sibay Pedaqoji Kollecində müəllim işləyir. 1973-cü ildən Sovet Başqırdıstanı qəzetinin ədəbiyyat və mədəniyyət şöbəsinin əməkdaşıdır. 1974-cü ildən "Pioner" jurnalında ədəbi işçi kimi çalışır.
Dmitri Quliya körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.
Dmitri Qulia körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.