qalib
qalibanə
OBASTAN VİKİ
Məhəmməd Baqir Qalibaf
Məhəmməd Baqir Qalibaf — (farsca: محمد باقر قالیباف) Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Parlamentinin Sədridir. O, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri və Tehran polisinin rəisi olub və uzun müddət hərbi və siyasi vəzifələrdə çalışıb. Londonda yerləşən "Iran Wire" onu "ən hazırlıqlı namizəd" kimi təsvir edib. Qalibafın Atası Hüseyn Qalibaf kürd, anası farsəsilli Xeyir al-Nasadır. İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Milli Məclisin sədri Sahibə Qafarova ilə 09.01.2023-cü ildə görüşüb. Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb. Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb. Məhəmməd Baqir Qalibaf 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçdi.

Digər lüğətlərdə