Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daryarpaq dəvəqıran
== Təbii yayılması: == Türkiyədə təsvir edilmişdir. == Botaniki təsviri: == 2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir.
Tikanlı dəvəqıran
== Təbii yayılması == Aralıq dənizyanı ölkələrinin şərqində, Avropa, Qərbi Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və Orta Asiya, İranda bitir. Midiyadan təsvir edilmişdir. == Botaniki təsviri == Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız ağ budaqları olan, (25) 40-100 sm hündürlüyündə kol və ya kolcuqdur. Yaşlı budaqların qabığı qonur və ya boz, yarpaqlıdır. Yarpaqaltlığı qısa, silindrvari, aşağısı qonurumtul, yuxarısı pərdəvari, uzunluğu 5-16 mm, eni 1,5-5,5 mm, dərivarı, çılpaq, göyümsovdur. Çiçəkləri ikicinsli, al və ya al-çəhrayıdır. Çiçəkləri budaqların yuxarı hissəsində, yarpaq qoltuğundan çıxan buğumlu, uzun çiçək saplağının uc hissəsində 2-dən 6-dək topa halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5-8 mm, eni 5-9 mm olmaqla adətən tünd çəhrayı və ya ağ, onun xaricdəki hissələri uzunsov-yumurtavari, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziyyətdə durur, daxildəkilər dəyirmi-ürəkvari, dikduran, fındıqcığı yastı, uzunsov-yumurtavari, sarımtıl-şabalıdı və ya açıq qonur, parlaq, uzunluğu 4-5 mm, eni (2,5) 3 (4) mm-dir. May-iyun aylarında çiçəkləyir, meyvəsi VI-VIII aylarda yetişir. == Ekologiyası == Quru və xüsusilə daşlı torpaqlarda, günəşli yerlərdə daha yaxşı bitir.
Əyilmiş dəvəqıran
== Təbii yayılması: == Krım, Qara dəniz ətrafı, Don, Volqa çaylarının kənarları, Dağıstan, Şərqi Zaqafqaziya, Emba və Ural çayları ətrafında yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 50-80 sm olan, şaxələnmiş budaqlı, alçaq koldur. Budaqları nazik, düz, uzunsov, yuxarıya istiqamətlənmiş, əsasən iynəsizdir. Üzəri sarımtıl və ya qırmızımtıl-qonur, qabığı isə ağımtıl, çatlayan üst qabıqla örtülmüşdür. Yarpaqları qısa saplaqlı, xırda, uzunluğu 4-8 mm, yumru-ürəkvari, oval, ellipsvaridir. Çiçək qrupu yan salxımdır. Bir neçə, əsasən 2-6 salxım dəstələrlə yarpaqların qoltuqlarında yığılmışdır. Çiçəkyanlığı parlaq, çəhrayı, ağ kənarlı, meyvələrdə uzunluğu təxminən 8 mm-dir. Meyvəsinin ucu biz, bir az hamar, açıq qonur, yumurtavari qozadır. May-iyulda çiçəkləyir, meyvəsi avqustda yetişir.
Gəgiran
Gəgiran — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Gəgiranda iqtisadi vəziyyət çox ağır olduğundan cavanların burdan köçməsinə səbəb olur. Kənddə 300 təsərrüfat var. Torpaq bölgüsü nəticəsində kənddə adambaşına 9 sot torpaq düşüb. Kəndə suyun çəkilişi isə 2015-ci ildə nəzərdə tutulub. == Din == Kənddə Gəgiran kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəgiran bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.