DƏVƏQIRAN

is. bot. Quraqlıq yerlərdə və daşlı yamaclarda bitən tikanlı kol və kolcuq.
DƏVƏGÖTÜRMƏZ
DƏVƏQIRXAN
OBASTAN VİKİ
Daryarpaq dəvəqıran
== Təbii yayılması: == Türkiyədə təsvir edilmişdir. == Botaniki təsviri: == 2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir.
Tikanlı dəvəqıran
== Təbii yayılması == Aralıq dənizyanı ölkələrinin şərqində, Avropa, Qərbi Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və Orta Asiya, İranda bitir. Midiyadan təsvir edilmişdir. == Botaniki təsviri == Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız ağ budaqları olan, (25) 40-100 sm hündürlüyündə kol və ya kolcuqdur. Yaşlı budaqların qabığı qonur və ya boz, yarpaqlıdır. Yarpaqaltlığı qısa, silindrvari, aşağısı qonurumtul, yuxarısı pərdəvari, uzunluğu 5-16 mm, eni 1,5-5,5 mm, dərivarı, çılpaq, göyümsovdur. Çiçəkləri ikicinsli, al və ya al-çəhrayıdır. Çiçəkləri budaqların yuxarı hissəsində, yarpaq qoltuğundan çıxan buğumlu, uzun çiçək saplağının uc hissəsində 2-dən 6-dək topa halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5-8 mm, eni 5-9 mm olmaqla adətən tünd çəhrayı və ya ağ, onun xaricdəki hissələri uzunsov-yumurtavari, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziyyətdə durur, daxildəkilər dəyirmi-ürəkvari, dikduran, fındıqcığı yastı, uzunsov-yumurtavari, sarımtıl-şabalıdı və ya açıq qonur, parlaq, uzunluğu 4-5 mm, eni (2,5) 3 (4) mm-dir. May-iyun aylarında çiçəkləyir, meyvəsi VI-VIII aylarda yetişir. == Ekologiyası == Quru və xüsusilə daşlı torpaqlarda, günəşli yerlərdə daha yaxşı bitir.
Əyilmiş dəvəqıran
== Təbii yayılması: == Krım, Qara dəniz ətrafı, Don, Volqa çaylarının kənarları, Dağıstan, Şərqi Zaqafqaziya, Emba və Ural çayları ətrafında yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 50-80 sm olan, şaxələnmiş budaqlı, alçaq koldur. Budaqları nazik, düz, uzunsov, yuxarıya istiqamətlənmiş, əsasən iynəsizdir. Üzəri sarımtıl və ya qırmızımtıl-qonur, qabığı isə ağımtıl, çatlayan üst qabıqla örtülmüşdür. Yarpaqları qısa saplaqlı, xırda, uzunluğu 4-8 mm, yumru-ürəkvari, oval, ellipsvaridir. Çiçək qrupu yan salxımdır. Bir neçə, əsasən 2-6 salxım dəstələrlə yarpaqların qoltuqlarında yığılmışdır. Çiçəkyanlığı parlaq, çəhrayı, ağ kənarlı, meyvələrdə uzunluğu təxminən 8 mm-dir. Meyvəsinin ucu biz, bir az hamar, açıq qonur, yumurtavari qozadır. May-iyulda çiçəkləyir, meyvəsi avqustda yetişir.
Qafqaz dəvəqıranı
== Təbii yayılması: == Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 50-75 sm olan, yarpağı tökülən koldur. Gövdələri və budaqları şaxələnmiş, nazik, bəzən iynəli, cavan zoğları boz, qabığı qırmızımtıl-bozdur. Yarpaqları cavan budaqları sıx örtür, uzunluğu 0,8-2 sm, enli, tərs-yumurtavari, ellipsvari və ya təxminən yumru, küt və ya ucu biz, kənarları dalğalı-qıvrım, çılpaq, möhkəm, cod, tutqun yaşıl, cüt xırda yarpaqlıdır. Çiçəklərin diametri 0,8 sm, çəhrayıtəhər, nazik çiçək saplaqlarının uclarında yerləşir. Çoxsaylı qısa budaqların uclarında uzunluğu 3-5 sm olan uc salxımlar formalaşır. Çiçək yanlığının içəri hissələrinin uzunluğu 0,6 sm, meyvələrdə qalan və daha sıx, çəhrayı-qırmızı rəngə boyanandır. Toxumca meyvəsi qozaşəkilli, üç hissəlidir. İyun-iyulda çiçəkləyir. == Ekologiyası: == -230C-dək şaxtaya davamlıdır.

Digər lüğətlərdə