Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəbə
Gəbə (gəvə, qaba, qebe, kebe, kepe) — Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalara verilən ad."Gəbə" sözünə əsasən Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsə də bugünkü yazılı ədəbiyyatda rast gəlinir. Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Gəbəzələ (Soyuqbulaq)
Gəbəzələ (fars. گابازله‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 656 nəfər yaşayır (117 ailə).
Gəbbə
Gəbbə bir növ xalçadır ki Qaşqay elində toxulur. Gəbbənin uzun qılları var və onun toxumasında daha çox hörmə işlənir ki gəbbənin yumşaqlığında əhəmiyyətli dərəcədə təsir edir.
Gənə
Gənə- tünd qırmızı qəhvəyində yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrində vardırlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım- Kongo qanamalı qızdırma(KKKA) sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKKA xəstəliyi gənə dişləməsindən 1-3 gün içində (ən çox 9 gün ) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə davam edər.
Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Gəbzə
Gəbzə (Gebze) ( Türkcə tələffüz: [ˈgebze] ) keçmişdə Dakibyza və ya Libyssa adlanan, Türkiyənin Kocaeli vilayətində bir rayondur. Coğrafi olaraq İstanbulun cənub-şərqində 65 km (30 mil) məsafədə, İzmit körfəzində, Mərmərə dənizinin şərq sahilində yerləşir. Qəbzə 2020-ci il etibarilə Kocaeli vilayətində əhalinin başına düşən ən böyük rayondur - rayon(ilçə) mərkəzi İzmit şəhəridir. Rayon əhalisi 1990-cı ildəki 159.116 nəfər sakindən 2020-ci ildə 392.945-ə qədər yüksəlmiş, son illərdə sürətli böyümə davam edir.
Gübə (Salmas)
Gübə (fars. گوبه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (62 ailə).
Müqəddəs Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Nəbə Surəsi
78-ci surə
Kəbə basqını (1979)
Kəbə basqını — Kəbədə 20 noyabr 1979-cu ildə başlayan və 4 dekabr 1979-cu ilə qədər davam edən silahlı qarşıdurma. Bu basqını təşkil edən qrupun başında 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cuheyman əl-Uteybi dayanırdı. Basqın zamanı o, təbliğat aparmaq üçün Məscidül-Həramdakı camaatı girov götürür, rəhbərlikdən siyasi tələblər irəli sürür və qaynı Məhəmməd ibn Abdullah əl-Kəhtanini Mehdi elan edir. İki həftə davam edən basqın, Fransanın antiterror birləşmələrinin dəstəyi ilə baş tutan hərbi əməliyyat nəticəsində başa çatıb və əsir götürülən basqınçıların bütün üzvləri, o cümlədən Cuheyman əl-Uteybi, Səudiyyə Ərəbistanı qanunlarına əsasən qolları kəsildikdən sonra edam edilib. == Basqın öncəsi == Basqına rəhbərlik edən Cuheyman əl-Uteybi Nəcdin köklü bədəvi qəbilələrindən biri olan Uteybə qəbiləsindən idi. Babası olduğu iddia edilən Sultan ibn Bəcad əl-Uteybi bu bölgədə 1920-ci illərin sonunda Səud sülaləsinə qarşı üsyan qaldıran Sələfi Müsəlman QardaşlığıQardaşlıq hərəkatına rəhbərlik etmişdi. Əsgərlikdən ayrıldıqdan sonra 1973-cü ildə Mədinədə universitet təhsilinə başlayan Uteybi, gələcəkdə bacısı ilə evlənəcəyi, basqının digər mühüm üzvü olan Məhəmməd Abdullah əl-Kəhtani ilə tanış olur. Təhsil aldığı müddətdə mehdilik və fitnə hədislərinə diqqət yetirmiş, dünyanın sonu ilə bağlı hədisləri o dövrün dünya şəraiti ilə uyğunlaşdırmışdır. Sələfi və vəhhabi inanclarına uyğun olaraq İslama dəvət adlı qrup təşkil edib və tərəfdarlar toplayıb. 1978-ci ilin yayında Uteybinin başçılığı ilə onun yüz nəfər ardıcılı Səudiyyə rəhbərliyinə qarşı nümayiş təşkil etsə də, sorğu-suallardan sonra “zərərsiz” olduqları qəınaətinə gələrək sərbəst buraxılıblar.
Tudun Həbə rayonu
Tudun Həbə rayonu (Çincə: 头屯河区/頭屯河區; Pinyin: Tóutúnhé Qū; Uyğurca: تۇدۇڭخابا رايونى, Tudungxaba Rayoni, Tudunghaba Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Gəbzə Texniki Universiteti
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir.Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir. Bundan əlavə, ali təhsil müəssisələrinin nüfuzunu artıran, təşkilatlara beynəlxalq etibarlılıq təmin edən sənədlərdən biri olan Diplom Okt Etiketi, 2009-cu ildə 7 universitet ilə birlikdə Avropa Komissiyası tərəfindən Gəbzə Texniki Universitetinə verilib.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Geşe
Geşe (Tib. dge bshes, qısaca dge-ba'i bshes-gnyen) və ya geşema rahiblər və rahibələr üçün Tibet buddizmi akademik dərəcəsidir. Dərəcə ilk növbədə Geluq soyu ilə vurğulanır, eyni zamanda Sakya və Bön ənənələrində verilir. Geşema dərəcəsi qadınlara verilir. == Tarixi == Geşe adı əvvəlcə yeddi nöqtə zehni təhsili və Geşe Langri Tangpa (dGe-bshes gLang-ri Thang-pa, 1054–1123) adlı əhəmiyyətli bir lojong (ağıl təlimi) mətni yaradan Geşe Çekava Yeşe Dorje (1102–1176) kimi hörmətli Kadampa ustalarına tətbiq edildi. Geşe tədris proqramı, Nālandā kimi Hindistan Buddist monastır universitetlərində öyrənilən fənlərə uyğunlaşdırılmışdır. Bu mərkəzlər Hindistanın İslam işğalçıları tərəfindən məhv edildi və beləliklə Tibet ənənəni davam etdirdi. Əvvəlcə ka-shi ("dörd subyekt") və ya ka-çu ("on subyekt") kimi tanınan Sakya monastır soyunda inkişaf etdi. Sakyalar, bu işlərin sonunda, dialektik ritualize edilmiş mübahisələrdə səriştəyə əsaslanaraq dərəcələr verirdilər. Tsongkhapa dövründə Sakya dərəcəsi Sangphu, Kyormolung və Devaçen (daha sonra Ratö) monastırlarında tədris edilirdi.
Hebe
Hebe (lat. Hebe) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hebe andersonii (Lindl. & J. Paxton) Cockayne Hebe benthamii (Hook.f.) Cockayne & Allan Hebe corriganii Carse Hebe epacridea (Hook.f.) Andersen Hebe franciscana (Eastw.) Souster Hebe haastii (Hook.f.) Cockayne & Allan Hebe macrocalyx (J.B.Armstr.) G.Simpson Hebe macrocalyx var.
Qəbz
Qəbz – 1)alınmış şey – pul, qiymətli şey və s.-nin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Məsələn, pulu verib qəbz almaq; 2)köhnəlmiş söz: həbs etmə; 3)bir şəxsin digər şəxsə verdiyi və ondan pul, sənəd, qiymətləri qəbul etdiyini təsdiqləyən, müəyyən edilmiş formalı, həmçinin, yazan şəxsin başqa şəxsdən pul, əşya, maddi qiymətlilər aldığını və onları qaytaracağını yazılı şəkildə təsbit edən sənəd; 4)imza edilmiş sənəd; 5)imza edilmiş şəxsin nə isə əldə etməsini təsdiq edir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qəhbə
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.
Qəbzə
Gəbzə (Gebze) ( Türkcə tələffüz: [ˈgebze] ) keçmişdə Dakibyza və ya Libyssa adlanan, Türkiyənin Kocaeli vilayətində bir rayondur. Coğrafi olaraq İstanbulun cənub-şərqində 65 km (30 mil) məsafədə, İzmit körfəzində, Mərmərə dənizinin şərq sahilində yerləşir. Qəbzə 2020-ci il etibarilə Kocaeli vilayətində əhalinin başına düşən ən böyük rayondur - rayon(ilçə) mərkəzi İzmit şəhəridir. Rayon əhalisi 1990-cı ildəki 159.116 nəfər sakindən 2020-ci ildə 392.945-ə qədər yüksəlmiş, son illərdə sürətli böyümə davam edir.
Bağışla, gələ bilmədim (film, 2015)
Bağışla, gələ bilmədim qısametrajlı bədii filmi rejissorlar Faiq Kərimoğlu və Ramin Asimoğlu tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. Əsas rolları Rasim Balayev, Namiq Ağayev, Kamran M. Yunis, Şamil Süleymanov və Təvəkkül Əliyev ifa edirlər. == Məzmun == Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. == Film haqqında == Film Aqşin Fatehin eyniadlı romanının motivləri əsasında çəkilib.
1001 gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Büllur gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi.Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı. Bütün yəhudilərin 50% -i Almaniyanın 10 ən böyük şəhərində, o cümlədən Berlin (təxminən 160.000), Frankfurt (təxminən 26.000), Breslau (təxminən 20,000), Hamburq (təxminən 17,000), Köln (təxminən 15.000), Hannover (təxminən 13,000) və Leypsiq (təxminən 12,000) məskunlaşmışdı.
Cebe noyon
Cebe noyon (Чжебе monq. "Cebe", "Ox", yaraq; adı — Cirqoaday aka; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı. == Həyatı == Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı. Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi. Cəbə və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. == İbn əl-Əsir Cebe noyonun yürüşü haqda == Çin ətrafında çıxmış bir qövm Qaşqar və Balasaqun kimi Türkistan vilaləytlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və qeyri Mavəraunnəhr şəhərlərinə getdilər və oraları alıb gələcəkdə söyləyəcəyimiz işləri gördülər.
Depozitar qəbz
Depozitar qəbz (ing. depositary receipt) — xarici şirkətin səhm və ya istiqrazlarının mülkiyyət hüququnu təsdiq edən qiymətli kağız. == Tətbiqi == Özündə bu, xarici şirkətlərin səhmlərinə (istiqrazlarına) investisiya qoyuluşu qadağanını aradan qaldırmağa imkan verən ikinci dərəcəli qiymətli kağızdır. Depozitar qəbzləri daxili qiymətli kağızlar statusunda qalmaqla əsas aktivlərin bütün hüquqlarını təmin edir. Bir ölkədə ilkin qiymətli kağızlar depozitar bankın adına kastodian banka yerləşdirilir, digər ölkədə isə emitent bu qiymətli kağızlardan imtiyazlardan istifadə etmək hüququ verən depozitar qəbzlər verir. Nəticədə qəbzin alıcısı onu istənilən vaxt depozitə qoyulmuş səhmlərin müvafiq məbləğinə dəyişmək hüququnu əldə edir. == Depozitar qəbzlərin növləri == Depozitar qəbzlərinin ən məşhur növləri: Amerika depozit qəbzləri (ADR — American Depositary Receipt); Avropa depozit qəbzləri (EDR — European depository receipts); qlobal depozitar qəbzləri (GDR — Global Depositary Receipt); digər az yayılmış növlər.Emitent şirkətin ölkəsindən kənarda iki və ya daha çox ölkənin bazarlarında yerləşdirilir.
Dodaqdan Qəlbə
Dodaqdan qəlbə (roman)
Gecə fotoqrafiyası
Gecə fotoqrafiyası — Gecə qaranlığı və sübh arasında açıq havada şəkil çəkmə. Gecə fotoqrafları süni işıqlandırma və uzun əziyyət çəkib, arzuolunmaz şəkil çəkmək üçün kifayət qədər vaxt verirlər. Yüksək sürətli filmlərin, yüksək həssaslıqlı rəqəmsal sensorların, geniş diapazonlu lenslərin və şəhər işıqlarının gücünü artırmaqla, mövcud işıqdan istifadə edərək gecə fotoqrafiyasını daha da mümkün etmək olar. == Tarixi == Erkən fotoqrafik vaxtların çox uzun olması, insanların çox erkən vaxtlarda şəkil çəkməsi mənasına uyğun gəlmirdi. Mexanik izləmə qurğusunun inkişafı, teleskoplara qoşulmuş kameraların nəticəsində, göydələn obyektlərinin müvəffəqiyyətli görünüşləri çəkilirdi. Astronomiya fotoqrafiyasında ilk bilinən cəhd 1839-cu ildə Ayın surətini çəkməyə cəhd edənin adını daşıyır olan daquerotip prosesinin ixtiraçısı Lui Dager idi. Uzun müddət ərzində teleskopun rəhbərliyindəki səhvləri izləyən fotoşəkil, qeyri-müəyyən bir ləkə kimi çıxdı. Con Uilyam Dreper, 1 il sonra, 23 mart, 1840-cı ildə, 5-inç istifadə edərək Ayın ilk uğurlu şəklini çəkmişdir. 19-cu əsrin ikinci yarısında küçə işıqlandırmasının artan istifadəsi, dövrün avadanlıqlarının uzun müddətə təsir göstərməsinə baxmayaraq, gecə vaxtı şəkil çəkmək mümkün oldu. Aydınlaşmadakı inkişaf, xüsusən elektrik enerjisindən istifadə edərək inkişaflar, məruz qalma müddətlərinin qısaldılması ilə üst-üstə düşdü.
Gecə göyqurşağı
Gecə göy qurşağı (bəzən Ay göy qurşağı) — ayın düşən işığı sayəsində meydana gələn göy qurşağı. Günəşin təsiri ilə meydana gələn göy qurşağından yalnız parlaqlığının azlığına görə fərqlənir. Günəş göy qurşağında olduğu kimi onunda radiusu (42°) eynidir və hər zaman göyün Ayın yerləşdiyi əks tərəfində olur. Gecə göy qurşağında rəngləri seçmək mümkün deyil. Üstəlik gecə görmə rəng alqısını təmin etmək iqtidarında deyil. Nəticədə adətən ancaq ağ rəngdə görünür. Ancaq çəkiliş zamanı rəngləri görmək olur. Ayın özü ətrafında görünən rəng fonu göy qurşağı sayılmaz. Şüaların suyun düşməsi, bulud və ya dumandakı buz kristallarının difraksiyonlarının fenomenidir. Bunlar gecə göyqurşağı sayılmır.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Gecə kafesi
Gecə kafesi — məşhur holland rəssam Vinsent van Qoqun 1888-ci ildə Arlda çəkdiyi rəsm əsəri. Adı aşağı sağ küncdə, rəssamın imzasının düz altında qeyd olunan Gecə kafesi hal-hazırda Yel Universitetinin İncəsənət Qalereyasında saxlanılır.
Gecə klubu
Gecə klubu — hamının üzünə açıq olan musiqili, içkili musiqi məkanı və əyləncə məkanı, insanların əylənmək məqsədi ilə getdikləri, musiqi sədaları altında rəqs edilən, spirtli içkilər qəbul edilən və ümumiyyətlə gecədən səhərə qədər açıq qalan musiqi məkanlarıdırlar. Gecə klubu adətən rəqs meydançası, lazer işıq şousu və disk jokey (DJ) üçün səhnədən ibarət əyləncə məkanıdır. “Gecə klubu”nun adı zamanla dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə disko və ya diskoteka adlandırılan bu yerlər hal-hazırda gecə klubları və ya sadəcə olaraq klub adlandırılırlar. Gecə klubu işlətmək istəyən, bu sahədə fəaliyyət göstərmək istəyən, tütün məmulatlarının, alkoqollu içkilərin və spirtli içkilərin satışı ilə məşğul olmaq istəyən şəxslər və təşkilatlar müəssisənin yerləşdiyi yerin mərkəzi rəhbərliyindən icazə şəhadətnaməsi almalı və lazımi auditorlar tərəfindən biznesin yoxlanılmasına və bu sahədə fəaliyyət göstərmək üçün icazə alınmasına hüquqi baxımdan əsas verən hüquqi sənədlər əldə etməlidirlər. Bu qanunun tətbiq olunduğu ölkələrdən biri olan Türkiyədə də TAPDK-nın icazəsi olmadan alkoqol və tütün məmulatlarının satıldığı yerlərə fəaliyyət göstərmək hüququ verilmir. İlk gecə klubları 1840-1850-ci illərdə Nyu Yorkda yaradılmışdır. Onlar canlı musiqi, rəqs və vodevil çıxışları ilə milli şöhrətə malik idilər.
Gecə kərtənkələləri
Gecə kərtənkələləri (lat. Xantusiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Gecə kərtənkələsi
Gecə kərtənkələsi (lat. Xantusia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gecə kərtənkələləri fəsiləsinə aid heyvan cinsi.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Cəbr
Cəbr (ərəb. الجبر‎) — ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, "əziyyət" anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. Müxtəlif cəbr sistemlərinin adlarında istifadə edilir. Daha geniş mənada cəbrdə toplamanın və sayların vurulmasının adi əməliyyatlarını ümumiləşdirən bir çox sərbəst təbiətin elementlərinin üstündə əməliyyatların öyrənilməsinə həsr edilmiş riyaziyyatın bölməsini anladır. == Tarixi == Cəbrin mənbələri dərin qədimliyin vaxtlarına gedir. Həqiqi sayların və kəsrlərin üstündə hesab hərəkətləri — ən sadə cəbr əməliyyatlarıdır. Güman edilir ki, məsələlərin həlli yanlış vəziyyətin qaydasına əsaslandırılmışdı. Babilistan riyaziyyatçıları kvadrat tənlikləri həll edə bilirdi. Onlar yalnız müsbət əmsallarla və tənliyin kökləriylə işləyirdilər, çünki mənfi rəqəmləri bilmirdilər.
Dəbkə
Dəbkə (ərəb. دبكة‎) — Levantda oynanılan rəqs. Fələstin, İordaniya, İraq, Livan və Suriyada oynanılır.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Dəyə
Dəyə — qarğıdan və digər materiallardan düzəldilmiş komacıq, alaçıq və ya qazma. Üstüörtlü, yanları açıq olan tikililər müasir dövrdə Azərbaycanın baramaçılıqla məşğul olan əhalisinin kənd yerlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikililərinidə (kümxanaları) dəyə adlandırırlar.
GLBT
LGBT - lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan "gey" (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir. Abreviatur, və bunun bəzi ortaq variantları, cinsəllik və cinsiyyət kimliyi üçün bir çətir termin olaraq fəaliyyət göstərir. Bədii ədəbiyyatda, transgenderlərə istinad edilmədikdə, bu abreviaturun LGB şəklini də görmək mümkündür. LGBT sözünün mənası zamanla genişlənmişdir, bu icmaya transgenderlər də mənsub edilmişdir. Hal-hazırda, terminin genişlənmə prosesinin şahidi olmaqdayıq: Q - Kuir (Queer) və I - İnterseks (Intersex) və digərləri də əlavə edilməklə, LGBTQI+ (və ya LGBTQ+) bütün heteroseksual və sisgender (ing. cisgender) olmayan hər kəsə aid oluna bilər. Bunu xatırlatmaq üçün, LGBT abreviatürasına Q əlavə olundu və bu hərf öz cinsini və cinsiyyət kimliyini sual altına alan və ya, özünü kuir (ing. queer) kimi tanıdan insanları ifadə edir. Buna zərurət isə, LGBT abreviaturunun hər kəsi eyni şəkildə təmsil edə bilməməsi üzərində olan müzakirələrlə bağlıdır.
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Gübrə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr;5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.