GƏZƏ-GƏZƏ

zərf
1. Gəzərək, yeriyə-yeriyə, hərəkət edə-edə. Gəzə-gəzə danışmaq.
– Rüstəm bəy otaqda gəzə-gəzə öz-özünə danışarkən qapı taqqıldadı. Çəmənzəminli.
İndi professor xiyabanda tək-tənha gəzəgəzə bunları da xəyalında dolandırırdı. B.Bayramov.

2. Bir çox yerləri dolaşaraq, gəzərək. Gəzə-gəzə kəndə çatdı.
[Qarı:] Gəzə-gəzə sən də gəldin buraya; Eşitdiyin şəhri-Tiflis buradır. Aşıq Qərib”.

3. Yavaş-yavaş, ağır-ağır, tələsmədən yeriyə-yeriyə. Gəzə-gəzə getmək.
– Dəmirovgil gəzə-gəzə xırmanların üstünə tərəf gəlirdilər. S.Rəhimov.
[Qələndər:] Qatar gecə yarısı gəlir.
Dedim, elə piyada gəzəgəzə gedərəm… Q.İlkin.

GƏZDİRMƏK
GƏZƏL

Digər lüğətlərdə

дегенери́ровать отсро́чивать отчихво́стить пе́шечка репатрии́рованная своево́льный фиордообра́зный высыха́ть ла́комить механисти́ческий накропа́ть ну́-кась подо́бие расточи́тельница узкоколе́йный паскуда худоба acquisitiveness addle-pated court-bouillon maladroitness анальный настоятель посчитаться удорожиться