Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəllədar
Gəllədar — İranın Fars ostanının Möhr şəhristanının Gəllədar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,982 nəfər və 1,995 ailədən ibarət idi.
Qəllədar

Qələbin
Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.
Qələbin şəlaləsi
Qələbin — Azərbaycannın Lerik rayonunda Veri ərazisinin Qələbin kəndində yerləşən şəlalə. Talış dağlarının zirvəsində olan şəlalə yuxarı və aşağı şəlalələrdən ibarətdir. == Şəlalə haqqında == Mənbəyi təqribən dəniz səviyyəsindən 1000 metr hündürdə yerləşən Talış dağları olan şəlalənin hündürlüyü təqribən 65–70 metrdir.
Geldeqan Mərkəzi Məscidi
Makki Davudov adına Geldeqan Mərkəzi Məscidi (çeç. Гелдагана маьждиг Даудова Макка цӀарах дина) — Geldeqan kəndinin mərkəzi küçədə yerləşən baş Cümə məscidi. Dini ibadətgah Geldeqan kəndinin əsas simvolu və görməli yeridir. == Tarixi == 1883-cü ilə kimi Geldeqan kəndində 5 məscid, o cümlədən, əsas Cümə məscidi və 4 məhəllə məscidi fəaliyyət göstərirdi.2010-cu ildə Geldeqanda Makki Davudov adına məscidin təməli qoyulmuş, tikintisi 2011-ci ilin oktyabrında başa çatdırılmışdır. Məscid rəsmən 25 oktyabr 2011-ci ildə açılıb. Məscidin təntənəli açılışına kənd sakinləri toplaşmış, Çeçenistan Respublikasının əsas rəsmiləri gəlmiş, respublikanın rəhbəri Ramzan Kadırov isə əhali qarşısında çıxış etmişdir. Məscid Ramzan Kadırovun adından onun ən yaxın silahdaşı, Çeçenistan Respublikası Parlamentinin sədri Maqomed Daudovun anası - Makki Daudovanın şərəfinə ucaldılıb. == Memarlığı == Geldeqan cümə məscidinin bina nadir ağ mərmərlə işlənib. Binada tamamlama işlərində istifadə edilən mərmər Türkiyədən gətirilib. Məscidin günbəzləri və kirəmitli rəsmlər qızılla örtülmüşdür.
Geldeqan cümə məscidi