Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geoekologiya
Geoekologiya - elmi yerin daxilində və xaricində baş verən proseslərlə canlı aləm arasında mövcud olan əlaqəni, canlı aləmin yaşaması üçün əlverişli şəratin (mühitin) yaradılması nöqteyi nəzərindən öyrənir. Geoekologiya fənni geologiya və ekologiya fənnlərinin sərhədində yaranmaqdadır. Geoekologiya canlı aləmin yaşadığı şərait, onlar arasında qarşılıqlı münasibət, bu şəraitin geoloji mühitdə baş verən dəyişikliklərlə əlaqədar dəyişməsi, canlı varlığın təsiri ilə geoloji mühitin dəyişməsi, yəni canlı varlıqla geoloji mühit arasında qarşılıqlı münasibət haqqında elmdir. == Predmeti == İnsanın həyat mühitinin (geoloji mühitin) vəziyyəti həm geoloji proseslərdən, həm də insanın təsərrüfat fəaliyyətindən asılıdır. Geoekologiyanın predmeti də bundan ibarətdir. Onun obyekti, bir tərəfdən təbii geoloji mühit, digər tərəfdən təbii-antropogen sistemlərdir. == Digər elmlərlə əlaqəsi == Geoekologiya bəşəriyyət üçün böyük əhəmiyyəti olan təbii və təbiəti mühafizə biliklərinin sintezidir. Geoekologiya təbii proseslərin geoloji mühitə və təbii-texnogen sistemlərə mümkün təsir nəticələrini qiymətləndirməyə və qabaqcadan söyləməyə imkan verir. Yer səthində və təkində təbii və oyadılmın (hərəkətə gətirilmiş) geoloji proseslərin gedişini müəyyən edən təbii və texnogen amillərin öyrənilməsi təbii kortəbii hadisələrin nəticələrini zəiflətmək və geoloji mühitə antropogen fəaliyyətin təhlükəli təsirinin minimuma endirilməsinə imkan verir. Öz inkişafında bu elmi sahə müxtəlif təbii və tətbiqi elmlərə - geologiya, fiziki coğrafiya, geomorfologiya, hidrogeologiya, meteorologiya, seysmologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ işləri, faydalı qazıntıların kəşfiyyatı və işlənilməsi və b.
Demekologiya
Demekologiya — populyasiyanın ekologiyası. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Ginekologiya
Ginekologiya (yun. gyne – qadın vəlogos – elm) Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. Ginekologiya müstəqil bir elm kimi IX əsrdən etibarən inkişaf etməyə başlamışdır. Ginekologiya elminin məqsədi qadın sağlamlığını qorumaq və ona yardım göstərməkdən ibarətdir. Qadın xəstəlikləri dedikdə yalnız qadınlarda baş verən xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər uşaqlıqda, uşaqlıq artımlarında, yumurtalıqlarda, uşaqlıq boynunda əmələ gələn xəstəliklərdir. Qadın xəstəliklərinin müalicəsi ginekoloqlar tərəfindən aparılır. Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.
Geneologiya
Genealogiya – şəcərəni, nəsil, soy qohumluğunu öyrənən elmdir. Gen – yunan sözü olub "genes" sözündən əmələ gəlmişdir. Mənası əsil, mənşə, kök məzmununu əhatə edir. Nəyinsə yaranma mənşəyini, məcrasını, məzmununu açıqlamağa xidmət edir. "Logiya" da yunan sözüdür, "elm", "öyrənən sahə" məzmununda başa düşülür. Bütövlükdə nəzəriyyənin adı geniş məna çalarlarına malikdir. Genealogiya xalqların günümüz üçün, sözün geniş mənasında, mühüm əhəmiyyət kəsb edən gen mənşəyini, onun fərdi, ümumi cəhətlərini, törəmə formaları və funksiyalarını əhatə edir. == Elmin tarixi == Genealoji tədqiqatların öyrənilməsi və elmin müxtəlif sahələrində tətbiqi yeni problem deyildir. Bu istiqamətdə ilk mülahizə və tədqiqatlara Avropada təsadüf edilmişdir. Geneologiya elə həmin dövrdə nəsil qohumluğu şəcərəsini öyrənən istiqamət kimi tanınmışdır.
Aqroekologiya
Aqroekologiya - kənd təsərrüfatı istehsalı sistemi ilə bağlı olan ekoloji prosesləri öyrənən elimdir. Ekoloji prinsiplərin aqroekosistemlərə tətbiqi yeni idarə etmə yanaşmalarını şərtləndirir. Aqroekoloqlar orqanik, integrasiya olunmuş, ənənəvi, intensiv və extensiv kimi kənd təsərrüfatı formalarının hamısını öyrənirlər. == Ekoloji strategiya == Aqroekoloqlar kənd təsərrüfatında texnologiyaların istifadəsinə qarşı deyildirlər, əksinə təbii, sosial və insan kapitalı ilə birlikdə necə və nə zaman istifadə oluna biləcəyini dəyərləndirirlər. Aqroekologiya aqroekosistemtlərin konteksal öyrənilməsinni irəli sürürlər. Yəni, aqroekosistemlərin qorunması üçün unversal bir formula yoxdur. Beləki, insektisidlərin yerinə "təbii düşmənlərdən" və ya monokultura əvəzinə polikulturadan istifadə etmək kimi konkret idarəetmə praktikalardan tətbiqi mümkün deyildir. Əksinə, aqroekoloqlar aqroekosistemlərin dörd sisteminin (məhsuldarlıq, sabitlik, davamlılıq və bərabərlik) xüsusiyətləri ilə bağlı sualların cavablandırılması ilə məşğul olurlar. Baxmayaraq ki, bu sistemlər fərqli elm sahələridir, aqroekoloqlar bu sistemlərin hamısının qarşılıqlı olaraq bir-birinə bağlı olaraq aqroekosistemləri mövcudluöunu müəyyənl etdiyini bildirirlər. Aqroekoloqlar aqroekosistemin elementlərini anlamaq üçün təbiət elmlərindən istifadə edərək torpağın xüsusiyyyətlərini, bitki-həşərat əlaqələrini, sosial elmlərdən istifadə edərək kənd təsərrüfatı formalarının kənd icmalarına təsirini, yeni istehsal metodlarının inkişaf etdirilməsinə olan iqtisadi məhdudiyyətləri, yaxud kənd təsərrüfatı praktikalarını şərtləndirən mədəni faktorları araşdırırlar.