aqrodərnək
aqroekoloji
OBASTAN VİKİ
Aqroekologiya
Aqroekologiya - kənd təsərrüfatı istehsalı sistemi ilə bağlı olan ekoloji prosesləri öyrənən elimdir. Ekoloji prinsiplərin aqroekosistemlərə tətbiqi yeni idarə etmə yanaşmalarını şərtləndirir. Aqroekoloqlar orqanik, integrasiya olunmuş, ənənəvi, intensiv və extensiv kimi kənd təsərrüfatı formalarının hamısını öyrənirlər. == Ekoloji strategiya == Aqroekoloqlar kənd təsərrüfatında texnologiyaların istifadəsinə qarşı deyildirlər, əksinə təbii, sosial və insan kapitalı ilə birlikdə necə və nə zaman istifadə oluna biləcəyini dəyərləndirirlər. Aqroekologiya aqroekosistemtlərin konteksal öyrənilməsinni irəli sürürlər. Yəni, aqroekosistemlərin qorunması üçün unversal bir formula yoxdur. Beləki, insektisidlərin yerinə "təbii düşmənlərdən" və ya monokultura əvəzinə polikulturadan istifadə etmək kimi konkret idarəetmə praktikalardan tətbiqi mümkün deyildir. Əksinə, aqroekoloqlar aqroekosistemlərin dörd sisteminin (məhsuldarlıq, sabitlik, davamlılıq və bərabərlik) xüsusiyətləri ilə bağlı sualların cavablandırılması ilə məşğul olurlar. Baxmayaraq ki, bu sistemlər fərqli elm sahələridir, aqroekoloqlar bu sistemlərin hamısının qarşılıqlı olaraq bir-birinə bağlı olaraq aqroekosistemləri mövcudluöunu müəyyənl etdiyini bildirirlər. Aqroekoloqlar aqroekosistemin elementlərini anlamaq üçün təbiət elmlərindən istifadə edərək torpağın xüsusiyyyətlərini, bitki-həşərat əlaqələrini, sosial elmlərdən istifadə edərək kənd təsərrüfatı formalarının kənd icmalarına təsirini, yeni istehsal metodlarının inkişaf etdirilməsinə olan iqtisadi məhdudiyyətləri, yaxud kənd təsərrüfatı praktikalarını şərtləndirən mədəni faktorları araşdırırlar.