Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gestapo
Gestapo — Almaniya nasistlərinin yaratdıqları dövlət gizli polisi. == Tarixi == Gestapo adı Alman Dövlət Gizli Polisi mənasına gələn "Geheime Staatspolizei" nin qısaldılmış şəklidir. Təşkilat 1933-1936-cı illərdə SS-lərin (Qara Köynəklər) lideri olan Henrix Himmlerin rəhbərliyinə keçdi. Lakin Gestapo hissələri arasındakı daxili anlaşılmazlıqlar təşkilatın Dövlət Mərkəzi Təhlükəsizlik Dairəsi adı altında birləşdirilməsi ilə aradan qalxdı. Bu gizli polis təşkilata üçün xüsusi və fərqlənmiş şəxslər cəlb olundu. Təşkilat uniforma baxımından polis birliklərindən fərqlənirdi. İlk adı Geheime Polizei Amt. yəni GPA idi. Daha sonralar, dəyişərək Gestapo adını almışdır (açılışı — Die Geheime Staatpolizei). İkinci dünya müharibəsi əsnasında təxminən 45.000 üzvü var idi, ofislərinə Gestapo Leitstellen deyilirdi.
Gesta Danorum
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Qustavo Eyfel
Qüstav Eyfel (fr. Gustave Eiffel; 15 dekabr 1832[…], Dijon – 27 dekabr 1923[…], Paris) — fransız mühəndis, memar və metal strukturlar mütəxəssisi. == Həyatı == Qüstav Eyfel 1887-1889-cu illərdə inşa edilən və Fransanın simvolu sayılan Parisdəki Eyfel qülləsinin memarı olmuş, Amerika Birləşmiş Ştatlarının simvolu olan Nyu-Yorkdakı Azadlıq heykəlinin dəmirdən olan hissələrini və dayaqverici karkaslarını hazırlamışdır.
Qustavo Lima
Qustavo Lima (3 sentyabr 1989, Prezidenti Oleqario[d], Minas-Jerays) — Braziliyalı müğənni, musiqiçi və söz yazıçısı. 2014-cü ildə artq çoxdan populyarlıq qazanmış "balada boa" musiqisi Lionel Messinin çəkildiyi reklamda səsləndirilib. Qustavo Limanın əsl adı Nivaldo Batista Limadır. 1989-cu ildə Braziliyada anadan olub. Luan Santana və Michel Teló ilə musiqi layihələri vardır. "Balada" mahnısı başda Avropa olmaqla birliktə birçox ölkədə müvəffəqiyyət əldə etmişdir.
Qustavo Tsuboy
Qustavo Tsuboy (31 may 1985) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Qustavo Tsuboy Braziliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Qustavo Tsuboy Braziliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Qustavo Tsuboy Braziliyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Qustavo Viera
Qustavo Viera (21 oktyabr 2000-ci ildə Boliviyada anadan olub) — Uruqvay Primyera Diviziyası təmsilçilərindən olan Liverpul Montevideo klubunda hücumçu kimi çıxış edən peşəkar Uruqvaylı futbolçudur. == Klub karyerası == === Liverpul === Viera Liverpul akademiyası vasitəsilə inkişaf etmişdir. Viera öz peşəkar karyerasında debütünü 6 may 2017-ci ildə Danubio klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə İqnasio Ramirezi əvəz etmişdir. Həmin görüşdə Liverpul liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Uruqvay Superkuboku görüşləri daxildir.
Qustavo Adolfo Bekker
Qustavo Adolfo Dominges Bastida Klaudio (Sevilla, 17 fevral 1836 — Madrid, 22 dekabr 1870), daha yaxşı Qustavo Adolfo Bekker kimi tanınan, Romantizm hərəkatı ilə əlaqəli bir şair və yazıçı İspan idi. Gec romantik olduğundan, sonrakı romantik hərəkatla da əlaqələndirildi. Həyatda onsuz da müəyyən bir şöhrət qazansa da, yalnız ölümündən sonra və bütün yazıları dərc edildikdən sonra bu gün tanınan nüfuzu qazandı. Ən məşhur əsəri, İspan ədəbiyyatının ən populyar kitablarından birinə toplanmış, dağınıq şeirlər və hekayələr toplusu olan Rimas y Leyendasdır.
Qustavo Dias Ordas
Qustavo Dias Ordas Bolanyos (isp. Gustavo Díaz Ordaz Bolaños; 12 mart 1911[…] – 15 iyul 1979[…], Mexiko) — Meksika siyasətçisi, 1964–1970- ci illərdə Meksika Prezidenti. == Həyatı == Qustavo Dias Ordas Bolanyos 12 mart 1911-ci ildə Meksikanın Puebla ştatında anadan olmuşdur. O, 1937-ci ildə Puebla Universitetindən məzun olmuşdur. Qustavo Dias Ordas 1943–1946-cı illərdə Milli Konqresin deputatı, 1946–1952-ci illərdə senator olmuşdur. O, 1958–1963-cü illərdə Daxili İşlər naziri vəzifəsində çalışmışdır. Qustavo Dias Ordas 1964–1970-ci illərdə Meksika Prezidenti kimi xidmət etmişdir. O, prezidentliyi dövrdə dövlət iqtisadiyyatı sektorunu gücləndirmişdir. Bundan başqa, 1968-ci ildə tələbə iğtişaşları vəhşicəsinə yatırılmışdır. O, 1977-ci ildə Meksikanın İspaniyadakı səfiri vəzifəsində çalışmışdır.
Qustavo Enrike Zlokkovik Silva
Çimərlik Futbolu üzrə rəsmi FIFA təlimatçısı olan mütəxəssis 1977-ci il fevralın 23-də Braziliyada anadan olub. Braziliyanın "America-MG" (2004) klubunda məşqçi köməkçisi kimi çalışan Q. Silva "Northist" (2002), "Ulbra-Ro" (2005), Rusiyanın "TIM" (2006-2007) klublarını, həmçinin Portuqaliya (2003), Rusiya (2005), Bəhreyn (2006/07) milli komandalarını çalışdırıb. 2006 və 2008-ci illərdə Çimərlik futbolu üzrə dünya yığmasının məşqçisi olan braziliyalı kifayət qədər nailiyyətlər də əldə edib. Beş il əvvəl Avropa Liqasının 3 mərhələsində yetirmələri çempion olan 31 yaşlı mütəxəssis Portuqaliya və qitə çempionu tituluna da yiyələnib. 2004-cü ildə Braziliya, növbəti il Rondonia ştatının qalibi olan Q. Silva iki il əvvəl Asiya və Rusiya çempionluğuna sevinib. Dünya çempionatında isə onun yetirmələri 6-cı yerlə kifayətlənib. Qeyd edək ki, çimərlik futbolu və futzal üzrə beynəlxalq seminarlardakı mühazirələri ilə də tanınan Q. Silva Karlos Alberto Torresdən sonra Azərbaycana dəvət olunan ikinci braziliyalı baş məşqçidir.