Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çekdirmə
Çekdirmə və ya Çekdirme türkmənlərin milli yeməklərindən biri. Bu Yemək qazanda bişirilir. Hazırlanması üçün düyü, quzu əti, dövmə pomidor və soğan, yağ, su, duz və istiot istifadə olunur. Xırda-xırda doğranmış soğanları qovurduqdan sonra xırda doğranmış ətləri qızardırlar, sonra dövmə pomidor əlavə edirlər. Sonra suyu əlavə edib əti qaynamağa buraxırlar. Sonra su ilə örtülməli olan düyü tökürlər. İstiliyi azaldırlar və düyü bişənə qədər yeməki tərk edirlər.
Çadır seçdirmə
Çadır seçdirmə (ing. marquee select) — qrafik istifadəçi interfeysində (GUI): birdən çox obyektin bir dəfəyə seçdirilməsi üsulu. Termin öz adını qırıq-qırıq cizgilərdən (qarışqalardan) ibarət məhdudlaşdırıcı çərçivəni bildirən canlandırılmış effektdən götürüb; bu effektdən teatr çadırlarında istifadə olunurdu. Obyektləri çadır seçdirməsi üsulu ilə seçdirmək üçün öncə siçanın göstəricisini obyektlər qrupunun sol yuxarı küncünə aparmaq, sonra siçanın sol düyməsini basıb saxlamaqla göstəricini qrupun sağ aşağı küncünə doğru diaqonal boyunca hərəkət etdirmək, və nəhayət, "çadır" bütün obyektləri əhatə etdikdən sonra siçanın düyməsini buraxmaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yol gedirəm (mahnı)
Yol gedirəm — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Nurəngiz Günə, musiqisi isə Aygün Səmədzadəyə məxsusdur. Mahnı Aygün Səmədzadənin prodüsserliyi ilə 2017-ci ildə işıq üzü görən "Bu şəhər ikimizindir" albomuna daxil edilmişdir.
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.