GƏZDİRMƏK

f.
1. Birisinin əlindən tutaraq, ya qucağına götürərək, yaxud miniyə mindirərək, yaxud da yanınca özü ilə bərabər hərəkət etdirmək. Uşağı bağda gəzdirmək. Körpəni gəzdirmək. Uşaqları maşında, faytonda gəzdirmək.
[Əhmədi] lap körpəliyindən xalı-xalça üstündə gəzdiribmiş… Koroğlu”.
Dildar uşaqları gəzdirməyə aparmışdı. Ə.Vəliyev.

// Cilovundan tutaraq hərəkət etdirmək. Tərini soyutmaq üçün atı gəzdirmək.
2. Birini özü ilə aparıb, ya onu müşayiət edib göstərmək.
[Roza] məni gəzdirib otaqları göstərirdi… Çəmənzəminli.

3. Həmişə yanında saxlamaq, özü ilə birlikdə aparmaq. Silah gəzdirmək.
[Kərim baba] tüfəngi hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı. A.Şaiq.
Axır bu dəftərləri portfelə yığıb qoltuğunda gəzdirməyin mənası nədir? Qantəmir.

// Üzük, saat və s. haqqında. Saat gəzdirmək.
4. Bir şeyi başqa bir şeyin üstündə dolandıraraq, hər tərəfinə səpmək. Plova zəfəran gəzdirmək. Halvaya darçın gəzdirmək.
– Sapılcanı hər iki qabın üzərinə gəzdirdi… S.Rəhimov.

5. Bir şeyi başqa bir şeyin üstünə sürtmək, dolandırmaq. Əlini uşağın belində gəzdirmək.
– Möhsün müəllim əlini yuxarı daranmış sıx qara saçlarında gəzdirir. S.Rəhimov.
[İkram] …dodaqlarını anasının üzündə gəzdirərkən qapıda səs-səmir eşidildi. Ə.Əbülhəsən.

6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: göz gəzdirmək, əl gəzdirmək.
GƏZDİRİLMƏK
GƏZƏ-GƏZƏ

Digər lüğətlərdə