Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyəzən (Siyəzən)
Siyəzən — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Siyəzən kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Siyəzən adlanan ərazidə hələ qədimdən neft yatağı aşkar edilmişdir. Topo­nimin yaranması da məhz bununla əlaqədar­dır. Tədqiqatçılar oykonimi "qara su", "qara torpaq", "qara düzənlik" kimi mənalandır­mışlar. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisinin sayı 132 nəfərdir (2009-cu il).
Biləyən
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Göyəzən
Göyəzən (qəzet) —
Siyəzən
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur. == Mədəniyyəti == Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir.
Giləzi
Giləzi – Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Giləzi kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Giləzi kənd Soveti ləğv edilərək, Giləzi şəhər tipli qəsəbəsi mərkəz olmaqla Giləzi qəsəbə Soveti yaradılmışdır. == Toponimikası == Əsl adının Gilyazı olduğu göstərilir. Tədqiqatçıların fikrincə, oykonim gil və yazı (düzən) sözlərindən düzəlib, "gil torpaqlı düzən" mənasındadır. XIV əsrdə Barmaq dağının yaxınlığında Giləzi adlı yer olduğu göstərilir. 1870-ci ildə kəndin yerində poçt məntəqəsi (çaparxana) vardı. Sonralar poçt məntəqəsi dəmir yolu stansiyasına, daha sonralar isə yaşayış məntəqəsinə çevrilmışdir. Oykonimi "gil çölü, gil düzü" kimi də izah etmək olar. Kəndin yaranmasında Gərmiyan, Upa, Xəl, Gədi kimi hal-hazırda yaşayış olmayan kəndlərin əhalisinin böyük rolu var. == Coğrafiyası və iqlimi == Qəsəbə Bakı şəhərindən 73 km şimalda, Xızı rayonun mərkəzindən 30 km aralıda, Böyük Qafqaz dağları ilə Xəzər dənizi arsında, düzənlikdə yerləşir.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Allahyarlı (Siyəzən)
Allahyarlı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Allahyarlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Alxanlı (Siyəzən)
Alxanlı — Siyəzən rayonunda yerləşən qədim kənd. Yaranma tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd haqqında qısaca olaraq Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilib. == Toponimikası == "Alxanlı" adının mənası haqqında müxtəlif fikirlər var. Azərbaycanın digər rayonlarında eyni adlı kəndlər vardır.Mənşəyinin eyni olduğu düşünülür.Kəngərli tayfasının bir qolu olduğu və XVIII əsrdə Pənahəli xanın Naxçıvandan köçürdüyü camaat olması barədə fikirlər vardır. == Tarixi == XX əsrin 50-ci illərinə qədər Alxanlı kəndi böyük yaşayış məskəni kimi qalıb. Lakin həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən "xam torpaqlara hücum" elan edilməsi nəticəsində kəndin əhalisi 6–7 km şərqdə, Xəzər dənizinə doğru düzən ərazidə salınmış Yenikənd kəndinə köçürülmüşdür. Hazırda kənddə əsasən maldarlıqla məşğul olan bir-neçə ailə yaşayır. Kəndin ərazisində qədim məscid, istifadə olunmayan kəhriz qalıqları, qədim qəbiristanlıq və evlərin xarabalıqları qalmaqdadır. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Quba avtomobil yolunun üzərində, Gilgilçayın sol sahilindəki dağ yamacında yerləşir.
Biləyən bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gilgilçay (Siyəzən)
Gilgilçay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Gilgilçay fəhlə qəsəbəsi Həmyə kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Gilgilçay qəsəbə Soveti yaradılmışdır. == Tarixi == === Tarixi abidələri === Pir Xəlil türbəsi — Gilgilçay qəsəbəsində yerləşir. Şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi VIII əsr abidəsidir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat yoxdur.
Göyəzən (dağ)
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Göyəzən (qəzet)
Göyəzən qəzeti - Qazax rayonunun rəsmi orqanı. Baş redaktoru Elçin İsmayıldır. Qəzet A2 formatında 4 səhifədən ibarətdir. Azərbaycanda bu formatda nəşr olunan yeganə rayon qəzetidir. == Tarixi == Qəzet 12 mart 1932-ci ildə Qazax rayonunda "Kommuna yolu" adı ilə nəşr olunmağa başlamış, 1968-ci ildə isə adını dəyişərək Qalibiyyət bayrağı adı ilə fəaliyyətinə davam etmişdir. 1980-ci illərdə 14 min tiraja malik qəzet SSRİ-nin süqutundan sonra fəaliyyətini azaltdı. 1988-ci ildə yenidən adını dəyişən qəzetin son adı "Göyəzən" oldu. Azərbaycan respublikası qurulandan sonra qəzet ildə 1-2 dəfə olmaqla az tirajla çıxırdı. 2007-ci ildən başlayaraq ayda iki dəfə nəşr olunmağa başladı. Həmin il qəzetin tirajı 3000 ədəd idi.
Göyəzən FK
"Göyəzən" — Azərbaycanın Qazax rayonunu təmsil edən futrbol klubu. 1986-cı ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. UEFA Regional Kubokunun iştirakçısı olub.
Göyəzən dağı
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Göyəzən ekstruzivi
== Haqqında == Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.
Göyəzən qalası
Göyəzən qalası — Qazax rayonunun Alpout kəndi yaxınlığında, Göyəzən dağının ətəyində yerləşən yerli əhəmiyyətli tarixi abidə. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona Yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi haqqında tarixşünaslıqda müxtəlif fikirlər söylənilir. Qala ətrafında kiçik miqyaslı arxeoloji qazıntı işləri aparılmışdır.
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58-67 sm, qanad açıqlığı isə 146-162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2-4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır.Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Kolanı (Siyəzən)
Kolanı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 28 nəfərdir. == Toponimikası == Siyəzən rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Dəniz sahilindədir. Keçmiş adı Kolanıqışlaq olmuşdur.
Nardaran (Siyəzən)
Nardaran — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Nardaran kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi Şıx Aladınlı kəndinin qışlaq yeri olmuş­dur. Sonralar həmin kənddən çıxmış ailələr bu qışlaq yerində məskən salmış və kənd də Şıx Aladınlı adlanmışdır. Tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı fars dilin­dəki nar (ikihürgüclü erkək dəvə) və daran (yer, məkan) komponentlərindən düzəlib, "dəvə saxlanılan, dəvə yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqələrində əhalinin keçmişdə dəvəçiliklə geniş məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan bəzi tədqiqatçılar oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstliklə əlaqədar "od olan yer" kimi izah edirlər. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisinin sayı 54 nəfərdir (2009-cu il).
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Siyəzən (dəqiqləşdirmə)
Siyəzən rayonu — Azərbaycanın rayonlarından biri. Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. Siyəzən (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Siyəzən bələdiyyələri
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyəzən bələdiyyəsi
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyəzən rayonu
Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir. == Tarixi == "Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində "qara torpaq" digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar "quru su" deməkdir.Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir. == Coğrafi mövqeyi == Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir.
Siyəzən şəhəri
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur. == Mədəniyyəti == Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir.