Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pluton
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Pluton (dəqiqləşdirmə)
Pluton — Günəş ətrafında dövr edən ən böyük cırtdan planetlərdən biri. Həmçinin bu mənaları da ifadə edə bilər: Pluton (mifologiya) — Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Plutos — Qədim yunan mifologiyasında var-dövlət tanrısı. Plutonium — Aktinoidlər qrupundan olan radioaktiv kimyəvi element. Pluton cırtdan planetinin şərəfinə adlandırılmışdır.
Pluton (mifologiya)
Pluton – Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Seylor Pluton
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. == Profil == Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Eduard Bulver-Litton
Eduard Bulver-Litton (25.5.1803, London –18.1.1873, Devonşir qraflığı, Torki) — ingilis yazıçısı, siyasi xadim. == Həyatı == Kembricdə Triniti-kollecdə oxumuşdur. 1831–41-ci illərdə viqlər və 1852-ci ildən Torilər partiyasından parlamentin üzvü; İngiltərə lordu, per (1866) olmuşdur. 1820-ci ildən Corc Bayronun təsiri ilə şeir yazmağa başlamışdır. == Fəaliyyəti == "Folklend" adlı ilk romanı 1827-ci ildə çap edilmişdir. "Pelem, yaxud Centlmenin sərgüzəştləri" (1828) macəra-satirik romanı ilə şöhrət qazanmışdır. 30-a yaxın roman yazmışdır. "Yucin Eram" (1832) romanı və "Pompeyin son günləri" (1834), "Riensi, yaxud Sonuncu Roma tribunu" (1835), "Harold, yaxud Saksların sonuncu kralı" (1848) tarixi romanları daha məşhurdur. Elmi rasionalizmi (o cümlədən Çalz Darvinin nəzəriyyəsini) inkar etmiş, təxəyyülün gücünə və okkultizm təcrübəsinə inanmışdır ("Zanoni", 1842, "Qəribə əhvalat", 1862 romanları). Bulver-Litton detektiv janrının ("Pol Klifford", 1830), həmçinin roman-antiutopiyanın ("Gələcək irq", 1870) əsasını qoyanlardan biri olmuşdur.
Pluton (cırtdan planet)
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Noel Lytton, Littonun 4-cü qrafı
Podpolkovnik Noel Antoni Skavn Litton, Littonun 4-cü qrafı (7 aprel 1900, Çelsi, Böyük London – 18 yanvar 1985, Krouli, Uest Sasseks[d]) — Britaniya ordusunun zabiti, ərəb atı həvəskarı (Crabbet Arabian Stud -dan) və yazıçı.
Noel Lytton (Littonun 4-cü qrafı)
Podpolkovnik Noel Antoni Skavn Litton, Littonun 4-cü qrafı (7 aprel 1900, Çelsi, Böyük London – 18 yanvar 1985, Krouli, Uest Sasseks[d]) — Britaniya ordusunun zabiti, ərəb atı həvəskarı (Crabbet Arabian Stud -dan) və yazıçı.
Judit Blant-Litton, 16-cı baronessa Uentvort
Judit Enn Dorota Blant-Litton, 16-cı Baronessa Uentvort (ing. Judith Anne Dorothea Blunt-Lytton, 16th Baroness Wentworth, 6 fevral 1873, London – 8 avqust 1957, Krouli, Uest Sasseks[d]) — ərəb at yetişdiricisi və tennisçi. 1917–1957-ci illərdə Crabbet ərəb damazlığının sahibi olaraq, onun ərəb atı yetişdirilməsində rolu çox böyükdür. Bu gün dünyadakı bütün ərəb atlarının 90 faizindən çoxu öz nəsillərində Crabbet qanını daşıyır.
Judit Blant-Litton (16-cı baronessa Uentvort)
Judit Enn Dorota Blant-Litton, 16-cı Baronessa Uentvort (ing. Judith Anne Dorothea Blunt-Lytton, 16th Baroness Wentworth, 6 fevral 1873, London – 8 avqust 1957, Krouli, Uest Sasseks[d]) — ərəb at yetişdiricisi və tennisçi. 1917–1957-ci illərdə Crabbet ərəb damazlığının sahibi olaraq, onun ərəb atı yetişdirilməsində rolu çox böyükdür. Bu gün dünyadakı bütün ərəb atlarının 90 faizindən çoxu öz nəsillərində Crabbet qanını daşıyır.
Qlüten
Qlüten — suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksindən ibarətdir. Bu zülallar demək olar ki, bütün taxıl bitkilərinin dənlərində, xüsusən də buğdada miqdarca daha çoxdur. Ona görə keyfiyyətli çörək istehsalı üçün buğda unu əsas xammaldır. ABŞ, Türkiyə, İngiltərə, Fransa, İtaliya və başqa avropa dövlətlərində "qlüten" terminindən, Almaniyada "kleber" terminindən, Rusiyada və onunla qonşu olan respublikalarda "kleykovina" terminindən istifadə edilir. Suda həll olmayan buğda zülallarını ilk dəfə 1728-ci ildə italyan alimi Yakopo Bartolomeo Bekkari ayırmışdır. Qlüteni yaş və quru qlütenə ayırd edirlər. Yaş qlüteni xəmiri su ilə yumaqla, quru qlüteni isə yaş qlüteni qurutmaqla alırlar. Müəyyən miqdar buğda unu və sudan hazırlanan xəmirdən su ilə yuyularaq alınmış yaş qlüten hidratlaşmış hel şəklində olur. Qlütenin kimyəvi tərkibi (quru maddəyə görə %-lə) belədir: zülallar 75–99, nişasta 0,01–2,4, şəkərlər 1,2–2,1, lipidlər 0,7–8,0, mineral maddələr 0,5–2,0. Yaş qlütendə quru maddələrin kütləsinə görə 150-dən 250%-ə qədər su olur.
Qlüon
Qlüon və ya Qluon — Güclü qarşılıqlı təsir- nüvə qüvələrinin daşıyıcı zərrəciyi. Qlüon Eynşteyn - Boze sistematikasının zərrəciyidir. Spini- daxili fırlanma momenti vahidə bərabər olan sahə zərrəciyidir. Qlüon bozonlara aid edilir. Onun təsir sahəsi 10−15 metrdir. Qlüon həm zərrəcik, həm də antizərrəcik xassəsi göstərdiyindən onun tədqiqi çətinlik törədir. == Əlamətləri == Qlüon bir vektor bosondur. Qlüon iki qütbləşmə halına malikdir. Bunun səbəbi düzən dəyişməzliyinin eninə qütbləşməni vacib qılmasıdır. Bu qanun kütləsiz zərrəciklərin işıq sürətilə hərəkət etməsi ilə bağlıdır və işıq sürətində hərəkət edən zərrəciklər üçün qütbləşmə vəziyyəti yalnız hərəkət yönünə dik yəni eninə ola bilər.
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Quton dağı
Quton dağı (avar. Гъудон, rus. Гутон) — Azərbaycan Respublikası (Balakən və Zaqatala rayonları) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşən dağ. Qutonun cənub yamacları Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. == Coğrafiya == Dağ Baş Qafqaz silsiləsi silsiləsində yerləşir. Hündürlüyü 3648 m-dir. Samurçay və Katexçay çayları Quton dağın yamaclarından başlayır. Dağda subalp və alp çəmənlikləri var, dağın zirvəsi qayalıqdır.