Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gotye
Gotye (əsl adı Wouter De Backer - d. 21 may 1980 ) – Belçikada doğulan Avstraliyalı musiqiçi və bəstəkar. Gotye 2007-ci ildə ARIA Music Awards üçün namizədliyini irəli sürmüş və həmin il "Ən yaxşı müğənni" kateqoriyası ilə təltif olunmuşdur.2012-ci ilin fevralında «Somebody That I Used to Know» single'ı İngiltərə hit-paradlarında birinci yeri tutmuşdur.
Vitre
Vitre (Alye) — Fransada kommuna, Overn regionunda yerləşir. Vitre-le-Fransua (rayon) — Fransanın Şampan-Arden rayonlarından biri. Fujer-Vitre (rayon) — Fransanın Bretan regionun rayonlarından biri.
Haute-contre
Maitre Qims
Maître Gims Fransız bəstəkarı və repçisi. O 1986-cı il mayın 6-da Kinşasada (Konqo Demokratik Respublikasında) musiqiçi ailəsində anadan olmuşdur. Atası Papa Wemba qurupunda oxumuşdur. Qardaşı isə Sexion d'Assault qurupunun üzvu olmuşdur. 2004 ildə islam dinini qəbul edib. Evli, 4 uşağın atasıdır. Ən yaxşı mahnısı "bella"-dır.
Loire Vadisi
Luara Vadisi (frans: Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, əkilən ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Mitre Ulimaks
Mitre Ulimaks — futbol topu Bu top 1998-ci ildə istehsal olunub. Saatda 100 km sürətə malik olan bu top dünyanın ən sürətli topu kimi tarixə düşüb.
Peste Noire
Peste Noire (ing. Peste Noire) - qrup adını qara ölümdən götürmüşdür. PN La sale Famine de Valfunde tərəfindən Avignon da 2000-ci ildə yaradılmışdır. Bu günə qədər bütün mahnılar (Folkfuck Folie albumundakı La Césarienne mahnısından başqa) La sale Famine tərəfindən yazılıb. Qrup standart blək metal elementləri ilə milli fransız instrumentləri qarışığı musiqi ifa edir. Qrupun hazırladığı musiqi çox vaxt melodik və kədərli olur, uzun müddətli mahnıların yazılması üçün xaotik və aqressiv səslərə ehtiyac duyulmaqdadır. Qrupun adlandırılması zamanı bəzən P.N. və yaxud K.P.N formalarından istifadə edilməkdədir.
Vitre (Alye)
Vitre (fr. Vitray) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Serinyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03318. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 122 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15–64 yaş arasında) 50 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 70,4%, 1999-cu ildə 66,2%). Fəal olan 50 nəfərdən 44 nəfər (24 kişi və 20 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi. 21 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 10 nəfər — təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Fujer-Vitre (rayon)
Fujer-Vitre (fr. Fougères-Vitré) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İl və Vilen. Suprefektura — Fujer-Vitre. Rayon əhalisi 2012-cı ildə 176 038 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 82 nəf / km². Rayon sahəsi — 2152 km².
Mitre Delta-1000
Mitre Delta-1000 — futbol topu Bu top daha çox rəngi ilə İngiltərədə futbolun 1986-cı ildə yenidən məşhurlaşmasında böyük rol oynayıb.
Vesna Milanoviç-Litre
Vesna Milanoviç-Litre (d. 30 may 1986; Sinj, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Vesna Milanoviç-Litre Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Göte
Yohann Volfqanq fon Göte (alm. Johann Wolfgang von Goethe‎; 28 avqust 1749[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası – 22 mart 1832[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya ittifaqı) — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Əsərlərinə bunlar daxildir: dörd roman, epik və lirik poeziya, nəsr və ayə dramları, xatirələr, tərcümeyi-hal, ədəbi və estetik tənqid və botanika, anatomiya və rəng mövzusunda traktatlar. Bundan əlavə, onun çoxsaylı ədəbi və elmi fraqmentləri, 10.000-dən çox məktub və 3000-ə yaxın rəsmləri günümüzə çatmışdır. 25 yaşında ədəbi məşhur olan Göte, "Gənc Verterin İztirabları" adlı ilk romanı (1774) ilə uğur qazandı və 1775-ci ilin noyabrında Veymara yerləşdikdən sonra ona 1782-ci ildə Saxe-Veymar şahzadəsi Karl Avqust tərəfindən zadəgan adı verildi. O, "Tufan və Həmlə" ədəbi cərəyanının erkən iştirakçısı idi. Göte Veymardakı ilk on ili ərzində şahzadənin şəxsi şurasının üzvü oldu, döyüş və əsas yol komissiyalarının başında oturdu, yaxınlıqdakı İlmenaudakı gümüş mədənlərinin yenidən açılmasına nəzarət etdi və Jena Universitetində bir sıra inzibati islahatlar həyata keçirdi. O, həmçinin Veymarın botanika parkının planlaşdırılmasına və Ducal Sarayının yenidən qurulmasına da öz töhfəsini verdi. Götenin ilk böyük elmi işi olan "Bitkilərin metamorfozu" 1788-ci ildə İtaliyaya qastrol səfərindən qayıtdıqdan sonra nəşr olundu. 1791-ci ildə Veymar teatrının idarəedici direktoru təyin edildi və 1794-cü ildə dramaturq, tarixçi və filosof Fridrix Şiller ilə dostluğa başladı.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. == Anlayış == Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara - qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200-1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100-150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0-1,5 QPa, temperatur isə 600-7000 C təşkil edir.
Pays de la Loire
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Vitre-le-Fransua (rayon)
Vitre-le-Fransua(fr. Vitry-le-François) — Fransanın Şampan-Arden rayonlarından biri. Departament — Marna. Superfikturası— Vitre-le-Fransua. Rayon əhalisi 2006 ci ilə görə 48 318 nəfər təşkil edir. Əhalinın sıxığı 32 nəf/км².
Fitrə zəkatı
Fitrə zəkatı – Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verilməsini əksər islam alimləri tərəfindəm şəri dəlillərə uyğun olmadığını vurğulayıblar . Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar. Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir.
Mario Götze
Mario Götze — Alman futbolçusu, Borussiya Dortmund klubunun hücuma meyilli yarımmüdafiəçisi.
Qotye Lloris
Qotye Lloris (18 iyul 1995-ci ildə anadan olub) — Nitsa klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Qazelek Ayaçço müdafiənin mərkəzində çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Nitsa === Lloris Liqa 1-də debütünü 4 yanvar 2016-cı ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Fransa Kuboku görüşündə Nitsa Renn ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 26 yanvar 2018 tarixində yenilənib == Şəxsi həyatı == Qotye Fransa milli futbol komandasının qapıçısı və kapitanı olan Huqo Llorisin cavan qardaşıdır.
Teofil Qotye
Teofil Qotye(fr. Pierre Jules Théophile Gautier; 30 avqust 1811[…] – 23 oktyabr 1872[…], Nöyi-sür-Sen) — Fransa yazıçısı, şairi, tənqidçisi. == Həyatı == Teofil Qotye "Sənət sənət üçündür" nəzəriyyəsinin tərəfdarı idi. "Parnak" ədəbi məktəbinin rəhbəri olmuşdu.
Göstər özünü (teleserial)
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Şato-Qontye (rayon)
Şato-Qontye (fr. Château-Gontier) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mayen (departament). Suprefektura — Şato-Qontye. Rayon əhalisi 2006-cı ildə 61 335 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 48 nəf / km². Rayon sahəsi — 1270 km².
Kopa de l'Outre-Mer
Göyrə oğlu Qara
Amasiya (qitə)
Amasiya — (İngiliscə: Amasia), 20 milyon il sonra reallaşması gözlənilən superqitə. Avrasiya ilə Amerika birləşərək Berinq Boğazını bağlayaraq Amasiya yaranacaq. Avrasiya ilə Amerika birləşərək super qitə olacaq. 200 milyon il sonra iki qitə bir-birindən ayrılaraq; Amerika şərqdə Avropaya toqquşaraq və Asiya da Qərbə doğru irəliləyərək bu super qitə parçalanıb Pangea Ultima adlı qitə yaradacaq. Alimlər hesab edir ki, hazırkı tektonik hərəkətlər davam edəcəyi halda, Amerika və Asiya qitələri birləşəcək və “Amasiya” (Amerika və Asiya sözlərinin birləşməsi) adı ilə yeni bir super qitə yaranacaq. “Amasiya” super qitəsinin yaranacağı barədə iddialar yeni deyil. ABŞ-nin Yale Universitetinin alimləri 2012-ci ildə bunun milyonlarla il sonra baş verə biləcəyini bildirirlər. == Etimologiyası == Amasiya, Amerika və Asiya sözlərin birləşməsi ilə yaranıb.
Amerika (qitə)
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Avstraliya (qitə)
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir.Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur. == Kəşf edilməsi == 1605-ci ildə Avstraliyanın kəşfi üçün üç gəmidən ibarət ekspedisiya təşkil edilmişdir.
Göte mükafatı
Göte mükafatı (alm. Goethepreis‎) - yüksək prestijli Alman ədəbi mükafatdır (baxmayaraq ki, yazıçılar ilə məhdudlaşmır) ki hər üç ildən bir İohann Volfqanq Götenin doğum günü (28 avqust 1749), onun doğum yeri, Frankfurtda qaliblərə layiq görülür. İlkin bir illik mükafat idi, lakin üç illik oldu.