Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəstəvari qulançar
Dəstəvari qulançar (lat. Asparagus verticillatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadası, Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı, bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür.
Keçəvari pavloniya
Keçəvari pavlovniya
Keçəvari pavlovniya (lat. Paulownia tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinin pavlovniya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10–18 m, çətirinin diametri 7–10 m olan, şaxələnmiş budaqlı və enli, sıx çətirli, düz silindrik gövdəli, yarpağı tökülən ağacdır. Yarpaqları üzbəüz düzülüşlü, iri, uzunluğu 30 sm-ə qədər, uzunsaplaqlı, bütöv kənarlı, bəzən üç hissəli və ya dərin dişlidir. İri çiçəkləri zəngvari, bənövşəyi rənglidir, süpürgəvari hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi çoxsaylı, xırda, qanadlı toxumları olan qutucuqdur. Kök zoğları və toxumlarla çoxaldılır. == Ekologiyası == İşıqsevəndir. Zəngin, məhsuldar, drenajlı torpaqlara tələbkardır.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Həvari Barnaba
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Həvari Bartalmay
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Həvari Filipp
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Həvari Foma
Həvari Foma (yun. Θωμάς Thōmás) — xristianlıqda on iki həvaridən biri.
Həvari Matfey
Həvari Matfey (yun. Ματθαίος Matthaíos) — xristianlıqda on iki həvaridən biri.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Həvari Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Həvari Varfolomey
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İoann

Həvari İohann

Həvari Yəhya

Alban Həvvari Kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Azərbaycan Həvari Prefekti
Azərbaycan Həvari Prefekti (lat. Praefectura Apostolica Azerbaigianiensis) — Roma-Katolik Kilsəsinin Azərbaycan ərazisindəki inzibati bölgəsi. Birbaşa Vatikana tabedir. == Tarixi == Öncələr katolik missiyası kimi fəaliyyət göstərən Bakı parişi 4 avqust, 2011-ci ildə Papa XVI Benedikt tərəfindən müstəqil həvari prefekti olaraq təsdiqlənmişdir. Bütün Azərbaycan ərazisini ehtiva edir.
Həvari Andrey monastırı
Apostola Andreya monastırı (yun. Απόστολος Ανδρέας ; türk. Apostolos Andreas Manastırı) ― Karpaz yarımadasındakı Dipkarpaz şəhərində, Kipr adasının ən şimal-şərq nöqtəsi olan Zəfər burnunun cənubunda yerləşən monastır. Monastır Həvari Andreyə həsr olunmuşdur və Kipr Pravoslav Kilsəsi üçün vacib yerdir. Həm yunan, həm də türk icmaları monastırı müqəddəs yer hesab edirlər. == Tarix == Monastırın inşasının ənənəvi hekayəsində deyilir ki, Həvari Andreyi daşıyan gəmi Müqəddəs torpaqlara səyahət edərkən yoldan çıxaraq buradakı qayalara dəyir. Sahilə çıxan Andrey və heyət qayalara toxunmuş və bir anda oradan bulaq qaynayır. Sular bir gözü kor olan gəmi kapitanının görmə qabiliyyətini bərpa edərək şəfa gücünə sahib olduğunu sübut edir. Bundan sonra ərazi ziyarət yerinə çevrilir. 12-ci əsrdə burada İsaak Komninin Şirürəkli I Riçarda təslim olması barədə danışıqlar apardığı, istehkamla əhatə olunmuş monastır mövcud idi.
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Həvari İohann bazilikası

Mir Hidayət Hesari
Mir Hidayət Hesari (1930, Culfa, Şərqi Azərbaycan ostanı – Tehran) — İranda tanınmış azərbaycanlı alim. == Həyatı == Mir Hidayət Hesari 1930-cu ildə Güney Azərbaycanın Culfa şəhərində doğulub. Mir Hidayət Hesari fevralın 10-da vəfat edib. O, uzun sürən xəstəlikdən sonra Tehranda vəfat edib. == Fəaliyyəti == Mir Hidayət Hesari İranda məşhur azərbaycanlı cərrah və alim doktor Cavad Heyətin baş redaktorluğu ilə Azərbaycan və fars dillərində buraxılan “Varlıq” jurnalının əməkdaşlarından olmuş Mir Hidayət Hesari Azərbaycan və fars dillərində onlarla əsərin müəllifidir. İranda Azərbaycan dili, ədəbiyyatı və folklorunun tanınmasında böyük əməyi olan alim Azərbaycan və fars dillərində çıxan “Aşıqlar məclisi”, “Mənzum türkcə “Şahnamə”, “Azərbaycan folkloru” (3 cilddə), “Günəşsiz günlər” (şeir divanı), “Azərbaycan nağılları və onların Avropa xalqlarının ədəbiyyatındakı oxşarları”, “Türkcə qədim tibb kitabları”, “Füzulinin biblioqrafiyası”, “Füzulinin məmduhları”, “İranda türkcə əlyazma kitablar”, “Türk qadınları tarixdə”, “Azərbaycan dilində atalar sözləri”, “Azərbaycan dilində tapmacalar”, “Azərbaycan dilində deyimlər”, “Dədə Qorqud Kitabını incələyək”, “Fars dilində türk sözləri”, “Kiçik hekayələr toplusu” və başqa kitabların müəllifidir.
On iki həvari
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir. == 12 həvari == On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun. İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var. İncildə sıralanan on iki həvarilər bunlardır: Andrey İoann Filipp Pyotr (Simon) Zevedey oğlu İakov Varfolomey Matfey Foma Alfey oğlu İakov Faddey Kənanlı Simon İuda İskariot İuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur: Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: "Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
Alban Həvari kilsəsi