Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həştəq
Həştəq (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində heşteqlərdən istifadə olunur. Onlar həmçinin "Tumblr" kimi platformada mövzuya görə məzmuna çarpaz istinad etməyə imkan verən istifadəçi tərəfindən yaradılan etiketləmə forması kimi istifadə olunur. Məsələn, "Instagram"da #bluesky heşteqi üçün axtarış həmin terminlə işarələnmiş bütün yazıları göstərir. İlkin diyez simvolundan sonra heşteqə hərflər, rəqəmlər və ya alt xətt işarələri daxil ola bilər.Heşteqlərin istifadəsi ilk dəfə ABŞ blogeri və məhsul məsləhətçisi Kris Messina tərəfindən 2007-ci ildə yazdığı tvitində təklif edilmişdir. Messina "onların internetdən doğulduğunu və heç kimə məxsus olmadığını" hiss etdiyi üçün istifadəni patentləşdirməyə cəhd etməmişdi. Heşteqlər "Twitter" mədəniyyətində möhkəmlənmiş, tezliklə "Instagram", "Facebook" və "YouTube"da ortaya çıxmışdır. 2014-cü ilin iyun ayında heşteq "Oksford ingilis dili lüğəti"nə "bir mövzu ilə bütün mesajları axtara bilməniz üçün sosial media saytlarında və proqramlarda istifadə edilən, qarşısında # simvolu olan söz və ya ifadə" kimi əlavə olunmuşdur. == Mənşə və qəbulu == Diyez işarəsi – #, uzun müddətdir ki, informasiya texnologiyalarında mətnin müəyyən hissələrini vurğulamaq üçün istifadə olunur.
Heşteq

Həşdad
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Xəştab
Sarılı Xəştab
Mirzə Müştaq
Mirzə Müştaq — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakı şəhərində anadan olmuş, orta məktəbi bitirmiş, M. F. Axundov adına Müəllimlər İnstitutunda təhsil almış, Bakı məktəblərində müəllimlik etmişdir. O, Böyük Vətən müharibəsi iştirakşısı olmuş, cəbhələrdə vuruşmuş, yaralanmış və ordudan tərxis olduqdan sonra "Azərbaycan pioneri" jurnalında fəaliyyətinə başlamış, sonralar "Radio Verilişləri Komitəsində", "Azərnəşr" də çalışmışdır. == Fəaliyyəti == Mirzə Müştaq ədəbi fəaliyyəti 1939-cu ildə "Ədəbiyyat qəzəti"ndə çap etdirdiyi "Qara əlcəkli" adlı ilk hekayəsi ilə başlamışdır. Onun Dərsdən sonra və S. S Axundovla şərikli yazdığı "İradə" adlı pyesi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Mirzə Müştaq 1955-ci ildə Şəfalı əllər, 1958-ci ildə "Məni bağışla" , 1964-cü ildə O mənim dostumdur , 1967-ci ildə "Aydın yollarda", 1973-cü ildə "Nil pərisi" adlı kitablarını nəşr etmişdir. Mirzə Müştaqın əsərləri 1984, 1985-ci illərdə Bakıda çap olunmuş, yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Pəştab (Hurand)
Pəştab (fars. پشتاب‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (57 ailə).
Quyudərə Xəştab
Quyudərə Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Quyudərəxəştab kəndi dağətəyi ərazidədir. Oykonim quyu, dərə və kürd mənşəli xəştab (səkkiz bulaq) sözlərinin birləşməsindən yaranmışdır. Türk dillərində quyu ham da “dib”, “atak”, “aşagi” mənalarında işlənir. Bütovlükdə oykonim “dərənin dibindəki sakkiz bulaq” mənasındadır. Keçmişdə burada Xəştab adlı iki kənd vardı. Fərqləndirilməsi üçün biri Sarılıxəştab (Sarılı kəndinin yaxınlığındaki Xəştab), digəri isə Quyudərəxəştab (Quyudərə adlı yerdəki Xəştab) adlanmışdır.
Sarallı Xəştab
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Xəlifə Həftar
Xəlifə Bəlqasım Həftar (ərəb. خليفة بلقاسم حفتر‎‎; 7 noyabr 1943, Əcdabiyə, İtaliya Liviyası[d]) — 2019-cu ilin may ayından etibarən 2-ci Liviya vətəndaş müharibəsində iştirak edən, eyni zamanada Liviya və Amerikan vətəndaşlığına malik olan Liviya Milli Ordusunun Ali Baş Komandanı, Feldmarşal. == Həyatı == Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Muəmmər Qəddafinin liderliyində qurulan orduya qatılıb. 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib.Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib. Bu səbəbdən Haftar təxminən 20 il həbsdə qalır.
Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi. Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. == Azərbaycan memarlığında baştağlar == Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. === Həcm-məkan baştağlar === Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Bertaq
BERTAQ -Naxçıvan əyalətinin Azadçiran nahiyəsində (indi Naxçıvan MR Ordubad rayonunda) kənd adı. == Toponimi == Ehtimal ki, sami mənşəli akkad dilində birtu - "qala" və türk dillərində taq - "dağ” sözlərindən ibarətdir.
Beştau
Pyatiqorsk — (türk dillərində - Beş dağ) - Rusiya Federasiyasında yerləşən şəhər Stavropol diyarına daxildir == Tarixi == Müasir Pyatiqorsk Stavripol ölkəsində məşhur kurort şəhəridir; Kuma çayınin qolları üzərində, Maşukun ətəklərində yerləşir. Şəhərin bu günkü adı Pyatiqorsk onun əsil adı olan Beş dağ toponiminin rus dilinə tərcüməsi ilə meydana gəlmişdir. Belə ki, məntəqənin öz adını götürdüyü Beştau (hünd. 1402 m.) dağ silsiləsi Maşuk, Keçəl dağ, Kızıl Kurqan, Yutsa və Beş tau dağlarından ibarətdir. 1334-cü ildə bu ərazilərdə olmuş ərəb səyyahı İbn Bəttutə "Biş daq" deyə müasir Pyatiqorsk yerləşən qədim məntəqədən bəhs edir. Rusların XVI əsrdə Qafqazla ilk tanışlığında Beş Daq onların da diqqətini cəlb etmişdir. Hələ 1627-ci ildə tərtib olunmuş Böyük Çertyoj kitabında Beş Dağ ərazilərində müalicəvi isti suların oldu]u göstərilir.1. Pyatiqorskın kurort şəhəri kimi tarixi isə 1803-cü ildə başlayır. 1773-cü ildə rus alimi Qoldenştedt "icti dağ" adlandırdığı Maşuk dağının yamaclarındakı müalicəvi isti kükürdlü suları tədqiq edir. 1774-cü ildə Küçük Qaynarca sülhü şərtlərinə görə Kabarda ölkəsi (Kabarday) Beş Dağ diyarı ilə birlikdə Rusiyaya verildi.2.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir.1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir."Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir. Bu sübut Liviyalıların Buşmenləri köləyə çevirdiyini nümayiş etdirirdi. == Psixoloji təsirlər == === Təkbaşına məhkumluq === Məhbuslara mənfi təsir edən başlıca səbəblər sırasında onların uzun müddət məhkumluqda təkbaşına qalması qeyd edilir.
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 100 m² və hektar – 100 ar və ya 1/100 km² qiymətləndirildi.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Keştaz
Keştaz (Şərur) — Şərur rayonundakı Çəmənli kəndinin əvvəlki adı. Keştaz (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. == Mənbə == Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Hostage
"Hostage" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Mahnının həmmüəllifi və prodüseri Finneas O'Konnelldir.
Həşdad Cüt (Bicar)
Səksən (az.-əbcəd سکسن‎, fars. هشتادجفت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Məhəmmədhüseyn xan Müştaq
Məhəmməd Hüseyn xan Müştaq (Şəki – 1780, Şəki) — şair, Şəki xanı (1759-avqust 1780). == Həyatı == 1759-cu ildə Qazıqumuq hakimi Məhəmməd xan Şəkiyə hücum edib Ağakişi xanı öldürdü. Özü xanlıq etməyə başladı. Hacı Çələbi xanın nəvəsi, Həsən ağanın oğlu Hüseyn xan Məhəmməd xana qarşı üsyan qaldırıb, Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşiri köməyə çağırdı. Pənahəli xan Hüseyn xanın xahişinə müsbət cavab verərək qoşunla Şəkiyə daxil oldu. Məhəmməd xan ilk toqquşmada məğlub olub Dağıstana qaçdı. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk illərində Məhəmmədhüseyn xanla dostluğu vardı. Onun qızı Tubu bəyimi almışdı. Baş vəziri Molla Pənah Vaqif onun şairliyindən istifadə edib yazışırdı. Hətta ondan tüfəng də istəmişdi.
Əli Abbas Müştaq
Əli Abbas Müştaq — XIX əsr Azərbaycan şairi. "Məcməüş-şiiəra" ədəbi məclisinin üzvü. == Həyatı == Müştaq təxəllüsü ilə yamışdır.
Estac
Estac -İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşinin Xaşəd dehestanında kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 267 nəfər və 121 ailədən ibarət idi. Bu kəndin əhalisi Ustaclı elindən ibarətdir və fars dilində danışırlar.
Hesab
Hesab — riyaziyyatın sadə növ ədədlər (natural, tam və rasional ədədlər) və onlar üzərində aparılan sadə hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) öyrənən bölməsidir.
Heşan
Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir və daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Levon Mirzoyan (1897-1939) - sovet — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929).
Vesta
Həşt-Behişt
Həşt-Behişt (Təbriz) — Uzun Həsənin əmri ilə 1478-ci ildə tikilməsinə başlanılmış və 1484-cü ildə tikintisi sona çatmışdır. Həşt-Behişt (İsfahan) — Səfəvi hökmdarı Süleyman şahın əmri ilə 1669-cu ildə tikilib Həşt-Behişt (Bitlisi) — İdris Bitlisi tərəfindən yazılmış kitab. Həşt-Behişt (Dəhləvi) — Əmir Xosrov Dəhləvi tərəfindən yazılmış kitab.
Bəstam (Çaypara)
Bəstam (fars. بسطام‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Bəstam (Başdam) kəndi Qaraziyaəddindən 6 km, Xoydan isə 60 km arada yerləşərk, şimal-qərbdən Gözdəyən kəndi və Bəstam qalasıilə,cənubdan ağçayilə,qərbdən şorik kəndiilə və şərqdən çobraq ərazisilə həmsərhəddir. Kəndin yüksəliyi dəniz səviyyəsindən 1150m olaraq,yayları mötədil qışları isə soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (155 ailə). Əhalisi şiə inanclı azərbaycan türklərindən ibarətdir və daha çox burada əkinçilik, maldarlıq və əl işləri istehsalına önəm verilir.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Hesban (Xudafərin)
Hesban (fars. حسبان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Həssan Diyab
Həssan Diyab (ərəb. حسان دياب‎; 6 yanvar 1959, Beyrut) — Livan Respublikasının baş naziri. == Erkən Həyatı və Təhsili == Diyab 1959-cu ildə Beyrutda anadan olub. 1981-ci ildə Surrey Universiteti, 1982-ci ildə Lids Bektt Universitetinin, 185-ci ildə Bath Universitetinin məzunu olub. == Şəxsi Həyatı == Nüvvar Məvləvi və 3 uşağı ilə Beyrutda yaşayır. Sünni müsəlmandır.
Keştaz (Çaldıran)
Keştaz (fars. كشتاز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (7 ailə).
Həşt-Behişt (Ağqoyunlular)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Həşt-Behişt (Təbriz)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Həşt-Behişt (İsfahan)