Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hələbin mühasirəsi (637)
Hələbin mühasirəsi — 637-ci ilin avqust-oktyabr aylarında baş vermişdir. Yərmuq döyüşündə həlledici qələbədən sonra ərəblər Şimali Levantda Bizansın qalan bir neçə qalasından birini mühasirəyə alırlar. == Döyüş öncəsi == Həlledici Yərmuq döyüşündən sonra ərəblər şimala, Suriyanın dərinliklərinə doğru irəliləyirlər. Yolda bir çox kiçik və böyük şəhərləri ələ keçirən sərkərdələr Əbu Übeydə ibn Cərrah və Xalid ibn Vəlid Qinnasrində görüşürlər. Onlar qüvvələrini sonra Hələbə doğru yönəldirlər, burada müdafiəni tutan Yoahim adlı bir Bizans komandirinin komandanlığı altında güclü qarnizon yerləşirdi. Hələb böyük, möhkəm divarlı şəhər və şəhərdən kənarda, eni 400 metrdən bir qədər çox olan, geniş xəndəklə əhatə olunmuş kiçik, lakin demək olar ki, keçilməz təpə qalası idi. == Döyüş == Hələbdəki Bizans sərkərdəsi Yoahim, qalanın kənarında açıq döyüşdə Xalid ibn Vəlid və Əbu Übeydə ibn Cərrahın başçılıq etdiyi ərəb ordusu ilə qarşılaşır. O, məğlub olur və tələsik qalaya çəkilir. Bizanslılar blokadanı yarmaq üçün güclü hücumlar edirlər, lakin hər dəfə uğursuzluğa düçar olurlar. Yoahim İmperator I İraklidan hərbi yardım gözləsədə heç vaxt kömək almır.
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. == Publikasiyalar == Genocide Watch, 1992.
Helen Fildinq
Helen Fildinq (19 fevral 1958, Morli) - İngiltərə yazıçısı və senaristi. Ən məşhur əsəri 1988-ci ildə yaratdığı Londonda tək yaşayan qadın obraz Bridcit Cons və onun haqqında çəkilən filmlərdir. Onun romanları olan "Bridcit Consun gündəliyi" və "Bridcit Cons: Məntiqin sərhədi" romanları 40-dan çox ölkədə nəşr olundu və 15 milyon nüsxəsi satıldı. Eyniadlı filmlər də böyük uğur qazandı. "The Guardian" qəzetinin apardığı anketdə "Bridcit Consun gündəliyi" XX əsrdə həyat tərzini ən yaxşı əks etdirən 10 romandan biri seçildi.Hazırda Helen Fildinq Bridcit Cons seriyasının 3-cü romanını yazmağa davam edir (2012-ci ildən). == Həyatı == Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan oldu. Mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə öldü və anası Nilli hələ də Yorkşirdə yaşamaqdadır. Fildinq təsilinə Veykfild Qız Məktəbində 3 qardaşı ilə başladı. Oksfor Sent-Anna Kollecində ingilis dili təhsili aldı və 1978-ci ildə Edinburq festivalına Oksford şou qrupunun üzvü kimi qatıldı.
Helen Keller
Helen Keller (ing. Helen Adams Keller; 27 iyun 1880; ABŞ, Alabama, Taskambiya; 1 iyun 1968; ABŞ, Konnentikut, İston) — amerikalı pedaqoq, aktivist, yazıçı, müəllimə və ictimai xadim. Uşaqlıq dövründən kar-kor və dilsiz olması onu bir çox həmkarından fərqləndirən mühüm xüsusiyyət olub. Maneələrə baxmayaraq, nail olduqları onu əfsanəvi bir şəxsiyyət halına gətirir. Beş dil bilən, üzən, şahmat oynayan Helen Keller yazdığı məqalələr və bir sıra kitablarla özünü əlillərə kömək etməyə həsr edir. Başda Amerika Görmə Əlillər Fondu olmaq üzrə bir çox təşkilatda çalışır və məhz bu səbəbdən dünyanın bir çox yerlərinə səyahət edir. == Həyatı == Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin qızı olan Helen Keller 1880-ci il iyun ayının 17-də Alabama ştatında Kolbert dairəsinin inzibati mərkəzi olan Taskambiyada sağlam körpə olaraq dünyaya gəlir, lakin 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Helen 6 yaşında olarkən anası Keyt Keller Çarlz Dikkensin "Amerika qeydləri" əsərini oxuyur. Əsərdə kor və kar uşaq olan Lore Bricmen üçün edilənlərdən təsirlənir.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. == Həyatı == 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. Həmdə Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
Helen Herron Taft
Helen Herron Taft (ing. Helen Herron Taft; 2 iyun 1861[…], Sinsinnati, Ohayo – 22 may 1943[…], Vaşinqton) — ABŞ siyasətçisi, 28-ci Prezidenti Vilyam Taftın həyat yoldaşı.
Helen Lanqevin-Joliot
Helen Lanqevin-Joliot (doğum adı: Joliot-Küri; 19 sentyabr 1927, Parisin 6-cı rayonu[d]) — Fransız laboratoriyalarında nüvə reaksiyaları ilə bağlı araşdırmaları ilə tanınan və hər üçü də fizika və kimya üzrə Nobel mükafatı almış Mariya Kürinin nəvəsi və İren Jolio-Küri və Frederik Jolio-Kürinin qızı, fransız nüvə fiziki. Tədqiqat sahəsindəki karyerasından təqaüdə çıxdıqdan sonra Helen qadınları və qızları STEM sahələrində iştirak etməyə təşviq etməyə yönəlmiş aktivizmə qoşulmuşdur. Onun aktivizmi həm də geniş ictimaiyyət üçün daha çox elmi savadlılığın təşviqinə köklənib.
Helen Napoleon Bonapart
Helen Napoleon Bonapart (18 iyun 1816 – 16 yanvar 1907) Napoleon Bonapartın və məşuqəsi Albina de Montolonun güman edilən qızı. Helen Napoleon Bonapart 1816-cı ildə keçmiş imperatoru sürgündə müşayiət edən markiz Şarl Tristan Montolon və həyat yoldaşı Albinanın ailəsində, Müqəddəs Yelena adasında dünyaya gəlmişdir. Tam adı Napoleon Mari Helen Şarlotta de Montolon Semonvilldir. Albinanın Napoleonun məşuqəsi olması səbəbindən bəzi tarixçilər Heleni onun qızı hesab edir. İmperator özü bunu heç vaxt etiraf etməsə də, qızın Napoleona çox oxşadığı iddia olunur. Müqəddəs Yelena adasını tərk etdikdən sonra Helenin sonrakı taleyi barəsində müfəssəl məlumat yoxdur. O, 1907-ci ildə Eks-an-Provansda vəfat etmişdir.