Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. == Mədəni xüsusiyyətlər == === Qərb mədəniyyətləri === Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Məliklik
Məliklik — xandan asılı vəziyyətdə olan, məlik tərəfindən başçılıq edilən kiçik feodal mülkiyyəti. Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Gəlirlik əyrisi
Bakıxan Səlimli
Bakıxan Alim oğlu Səlimli (31 avqust 1993, Əliyar, Şəki rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bakıxan Səlimli 1993-cü il avqustun 31-də Şəki rayonunun Əliyar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Bakıxan Səlimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bakıxan Səlimli oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Əliyar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavad Həkimli
Cavad Həkimli (tam adı: Cavad Ataxəlil oğlu Həkimli; 25 dekabr 1918 – 27 fevral 2006, Bakı) — Azərbaycan-sovet hərbçisi, İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. == Həyatı == Cavad Ataxəlil oğlu Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. 1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub. 1941–42-ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb. Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman Mixaylo-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə "əmioğlu" deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.
Cəmil Həşimli
Cəmil Əflatun oğlu Həşimli (11 avqust 1995, Kürdəmir – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Həşimli oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseyn Həşimli
Hüseyn Məmməd oğlu Həşimli (25 avqust 1965, Teyvaz, Culfa rayonu – 20 iyun 2020, Naxçıvan) — filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. == Həyatı == Həşimli Hüseyn Məmməd oğlu 1965-ci il avqustun 25-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndində anadan olmuş, orta məktəbi həmin kənddə bitirmişdir. 1982–1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 1986–2019-cu illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, tədris işləri üzrə prorektor vəzifələrində işləmiş, 2019-cu ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Hüseyn Həşimli geniş ədəbi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Hüseyn Həşimli 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2011-ci ildə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı almışdır. Görkəmli alim zəngin elmi yaradıcılıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirmiş, uzun illər Naxçıvan Dövlət Universitetində gənc kadrların hazırlanması işində böyük əmək sərf etmişdir. 30 kitabın, o cümlədən 350 elmi məqalənin müəllifi olan Hüseyn Həşimlinin çoxsaylı elmi əsərləri həm də beynəlxalq jurnallarda nəşr olunmuşdur. Onun elmin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Hüseyn Həşimli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də ictimai-siyasi xadim kimi də xidmətlər göstərmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V, VI çağırış deputatı, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin sədri olmuşdur.
Mirbala Səlimli
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. == Həyatı == Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Mürşüd Həşimli
Mürşüd Həşimli — Azərbaycanın əməkdar artisti, görkəmli aktyor, rejissor, tanınmış teatr xadimi, XX əsr milli teatr mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardan biri. == Erkən həyatı == Mürşüd Həşimli Qarabağda, Şuşada, eləcə də Füzulidə tanınmış nəsil olan Həşimli uruğuna aiddir. Bu nəslin ulu babası Hacı Qafurdur. Hacı Qafur XVIII əsrin II yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamış, ticarətlə məşğul olmuşdur. Hacı Qafurun oğlu Həşim 1789-cu ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuş, o da atası kimi ticarətlə məşğul olmuşdur.Kərbəlayı Həşimin nəslinin övladları Həşimli, Həşimov soyadını daşıyırlar. Kərbəlayı Həşim Şərəf xanımla ailə qurmuş, onların Məmmədtağı, Bağır, Sadıq, Qasım, İsmayıl, İbrahim adlı oğlanları, İmmi adlı qızları dünyaya gəlir. Kərbəlayı Həşimin beşinci oğlu İsmayıl 1855-ci ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuş, ticarətlə məşğul olmuşdu. Kərbəlayı İsmayılın Həbib, Mehdi adlı oğlanları dünyaya gəlir.
Ramil Həşimli
Ramil Həşimli (3 may 1978) — Azərbaycan alimi, "Mərkəzi və Qərbi Asiyaq qulaq, burun, boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyi"nin Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü. Azərbaycanda otorinolarinqologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatı icra etmişdir. == Həyatı == Ramil Həşimli 3 may 1978 tarixində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsi üzrə təhsilini başa vurduqdan sonra 2001–2003-cü illərdə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında klinik ordinatura üzrə və daha sonra 2003–2006-cı illərdə həmin kafedrada aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildə Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedrasında "Qulaq-burun-boğaz xəstəlikləri", 2015-ci ildə ABŞ-da Klivlend Klinikasının otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası, Qulaq-burun-boğaz İnstitutunun "Beynəlxalq klinik müşahidə proqramı" və Pittsburq Universitetinin Səs Mərkəzinin "Səs Pozulmaları proqramı" kimi beynəlxalq təkmilləşmə kurslarının məzunu olmuşdur. Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsi, Ankara Nümunə Xəstəxanasında, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.Evlidir, 3 övladı var.
Həlili (Hurand)
Həlili (fars. هليلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (34 ailə).