Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmnişin (Xudafərin)
Həmnişin (fars. همنشين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (30 ailə).
Gencinin hekayəsi
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. == Həmcins mübtədalar == Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. == Həmcins xəbərlər == Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Conbenet Remsinin öldürülməsi
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına.Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib. O, bir sıra titullar qazanıb: "Colorado State All-Star Kids Cover Girl", "America’s Royal Miss", "Little Miss Charlevoix,", "National Tiny Miss Beauty", " Little Miss Colorado", " Little Miss Christmas".
Gencinin hekayəsi (roman)
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
Cinevra de Bençinin portreti
Cinevra de Bençinin portreti (it. Ritratto di Ginevra de' Benci) — məşhur rəssam Leonardo da Vinçi tərəfindən təxminən 1474–1476-cı illlərdə çəkilmiş erkən əsəridir; rəsm əsəri gecikmiş kvatroçento dövrünün (yəni erkən İntibah dövrünün) və Florensiya portret rəssamlıq məktəbinin parlaq nümunəsidir. Ekspertlər tərəfindən müəyyən edilmişdir ki, rəsm əsərində təsvir olunmuş qadın, XV əsrdə yaşamış məşhur florensiyalı şairə və intellektual Cinevra d'Ameriqo de Bençidir. Cinevra italiyalı humanist və Venesiya şəhərinin görkəmli dövlət xadimi Bernardo Bembonun platonik sevgilisi olmuşdur; bu porterin rəssama sifarişi məhz Bernardo tərəfindən edildiyi ehtimal olunur. Bu Leonardonun Avropadan kənarda saxlanılan və müharibədən sonrakı dövrdə satışa çıxarılan yeganə əsəridir; hal-hazırda o Vaşinqtondakı Milli Sənət Qalereyasında nümayiş olunur, bundan bir neçə əsr öncə isə, o Lixtenşteyn knyazlarının kolleksiyasında saxlanılırdı. == Şəkil == === Təsviri === Demək olar ki, kvadrat formatlı şəkil sinəsində tünd-göy qaytanlama olan və terrakota rəngində əlbisə geyinən gənc qızı təsvir edir. Gənc qızın çiyninə tünd-qəhvəyi şərf atılmışdır. O vaxtın portretçilərinin adətinin əksinə olaraq, qızın geyimi hər-hansı bir bəzək əşyalarından məhrum edilmişdir; yalnız kiçik bir mirvari, aşağı kəsikli donun altından görünən şəffaf köynəyin yaxa kənarlarını birləşdirir. Florensiyalı gənc qızın saç düzümü həm dövrün dəbinə çox uyğun idi; alını nahiyəsini çərçivəyə salan dez saç ayrımı və buruq tellər, onun arxaya hamar şəkildə daranmış digər saçları ilə kəskin ziddiyyət təşkil edir. Boyun ardındakı saçlar ağ baş geyimi və ya lentlə bərkidilmişdir.