Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Monoxrom, təkrəng
Monoxrom və ya monoxromatik bir şəkil, obyekt və ya palitrası tək bir rəngdən (və ya eyni rəngli dəyərlərdən) ibarətdir. Yalnız boz çalarları istifadə edən şəkillər boz şkala (adətən rəqəmsal) və ya ağ-qara (adətən analoq) adlanır. Fizikada monoxromatik işıq dar bir dalğa uzunluğu olan elektromaqnit şüalanmaya aiddir ki, bu da fərqli anlayışdır.
Kuz Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Ətrəng qurdpəncəsi
Ətrəng qırxbuğum (lat. Polygonum carneum) — qırxbuğum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Ətrəng bistorta çoxillik ot bitkisi şişman, dolğun, kökümsov və kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzər əyilmələrdən ibarətdir. Adətən bir neçə gövdəsi olur ki, bunlar düz, çılpaq və budaqlanmayan olub, hündürlüyü 30-150 sm-ə bərabərdir. Yarpaqları uzunsov-yumrtavari və ya enli-neştərşəkilli, əsası dairəvi və ya pazşəkilli olmaqla, kənarları tükcüklü, kökümsovu və gövdənin aşağı yarpaqlarının uzunluğu 4-30 sm, eni isə 1-2 sm, saplaqları uzunsov qanadabənzər, gövdənin yuxarı yarpaqları kiçik və ensiz, növbəli, saplaqlı, neştərşəkillidən xətti formaya qədər dəyişir. Qıf kimi ağzı geniş qoltuq tumurcuqları qonur rəngli olub, daxili qarışıqlıdır. Çiçəkləri 3-4 mm, erkəkcikləri 8 olub çəhrayı, çiçək yatağı 5-bölümlüdür. Gövdəsi iri, oval və ya silindrik, sıx, qalın, sünbül çiçək qrupunda toplanmışdır. Meyvəsi 3-tilli, tünd-qonur rəngli olub, fındıqcadır. Mayın sonunda çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.Sututarların sahillərində, orta dərəcəli yayılan kolluqların pöhrəliklərində, bozqır yerlərdə və meşələrdə bitir.
Ətrəng qırxbuğum

Behrəng
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Riçard Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. == Həyatı == Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. == Təhsili == O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Tippi Hedren
Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir. == Həyatı == Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır. Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir.
Riçard Uesli Hemminq