HƏMAHƏNG

sif.zərf [ fars. ] Birbirinə uyan, uyğun (səslər, rənglər və s. haqqında). Həmahəng səslər.
– …Oynayanlar kütləsinin həmahəng hərəkəti ilə [Mirzağa] da irəli hərəkət edirdi. S.Hüseyn.

□ Həmahəng olmaq – bir-birinə uyğun olmaq, müvafiq olmaq, uymaq.
Dərin bir sükut ətrafı bürüyərək kainatla həmahəng olmuşdu. Çəmənzəminli.
[Əlikram Hidayətə:] Ay sağ ol, gərək yaradıcılıqla şəxsiyyət, amal həmahəng olsun. B.Bayramov.

HƏMAĞUŞ
HƏMAİL

Digər lüğətlərdə