Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Hərzənd
Çay Hərzənd (Mərənd)
Kərkəng
Kərkənc – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Kərkənc kəndi Mədrəsə qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kərkənc kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim qıpçaqların kərki və əncə tayfa adlarını əks etdirir. XIX əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır. == Tarixi == İddiaya görə kəndin əsası 400 il əvvəl qoyulub. == Coğrafiyası və iqlimi == Kənd Kərkənc yaylasında yerləşir. == Əhalisi == Kənddə 1989-cu ilə qədər ermənilər yaşayıb. 1989-cu ildə kəndin erməni əhalisi Qərbi Azərbaycandakı azərbaycanlı kəndi Qızıl Şəfəq ilə yerlərini qarşılıqlı razılaşma ilə dəyişiblər. Hazırda kəndin əhalisi 738 nəfərdir ki, onun da 356 nəfərini kişilər, 352 nəfərini isə qadınlar təşkil edir.
Xərçəng
Xərçənglər (lat. Astacidea) — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Cərzəng (Hurand)
Cərzəng (fars. جرزنگ‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (10 ailə).
Fərhəng Hüseynov
Fərhəng Rəhim oğlu Hüseynov (16 iyul 1949 – 16 fevral 2010) — Azərbaycan bəstəkarı, skripkaçı, Azərbaycanın əməkdar artisti (2009), "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin (Yaponiya, 1991) "Sülh naminə" Beynəlxalq müsabiqənin (ABŞ, 1995) "Xose Asunsyon Flores" adına I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000). == Yaradıcılığı == === Operalar === "Balaca şahzadə" (1990) — Antuan de Sent-Ekzüperinin eyniadlı əsəri əsasında "Kodayu (opera)" (1993) – libretto Eyko Aokinindir, yapon dilində ilk opera === Simfonik əsərlər === Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990); Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995); Simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000); === Digər === Orqan üçün "Mərasimlər" (1991); "Kiçik kantata" (1996); 4 Romans (1997); Skripka və piano üçün Sonata (1997); Soprano və simli kvartet üçün "Stabat Mater" /"Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb/ (1998); 2 saylı Simli kvartet (2000).
Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Кolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir. Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6—10 ay arasında dəyişirKolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır.
Sərsəng (1975)
== Məzmun == Sərsəng komsomol-gənclər tikintisidir. Film bu tikinti, burada çalışan insanlar haqqındadır. Sürücü Seyfəli bu barədə söhbət açır və deyir ki, tikinti nəinki mənim, həm də btün diyarın taleyini dəyişdirmişdir.
Sərsəng SES
Sərsəng SES ya Tərtər SES (tam adı: Sərsəng/Tərtər Su Elektrik Stansiyası) — Azərbaycana məxsus 1976 ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində, inşa edilmiş su elektrik stansiyası. == Texniki göstəriciləri == Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir. === Vəziyyəti === Qeyd etmək lazımdır ki, Sərsəng respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Sərtəng (Soyuqbulaq)
Sərtəng (fars. سرتنگ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Xərçəng (astronomiya)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (bürc)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (xəstəlik)
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xərçəng dumanlığı
Xərçəng dumanlığı Messier cisimlərindən biridir. NGC 1952, Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Xərçəng xəstəliyi
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xərçəng (dəqiqləşdirmə)
Xərçəng — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. Xərçəngkimilər — buğumayaqlılar tipinə aid yarımtip. Xərçəng xəstəliyi — Bədxassəli şişlərlə əlaqəli xəstəlik. Xərçəng (astrologiya) — Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Xərçəng (astronomiya) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən,əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir.Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Kuz Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Pələng (tank)
Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger tələffüzü və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34 və KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir.
Pələng iqtisadiyyatı
Pələng iqtisadiyyatı (ing. Tiger economy) — yaşayış standartların artması ilə ölkə iqtisadiyyatının sürətli inkişafı. Bu termin ilk dəfə Cənubi Koreya, Sinqapur, Honkonq və Tayvan üçün istifadə edilmişdir (Dörd Asiya pələngi). Belə ki, pələng Asiya simvolikasında əhəmiyyətli sayılır. 1990-cı illərdə bu termin İrlandiya Respublikasına ("Kelt pələngi") tətbiq edilmişdir. Daha sonra Dubay, Rumıniya, Slovakiya və Baltik ölkələri pələng iqtisadiyyatını təkmilləşdirmişlər.1960-cı illərdə Filippin, Şri Lanka və Myanma "Asiyanın Pələngi" iqtisadiyyatları kimi qəbul edilirdi, çünki hər üç ölkə yüksək inkişaf edirdi. Bununla belə, daxili problemlər hər üç ölkənin iqtisadiyyatının zəifləməsinə gətirib çıxardı.1990-cı illərdə və yenidən 2000-ci və 2010-cu illərdə qısamüddətli tənəzzüldən sonra İsrailin sürətli iqtisadi inkişafı ona pələng iqtisadiyyatı kimi şöhrət qazandırdı və bir qəzetdə "İbrani pələngi" termini adlandırıldı.Banqladeş, Dörd Asiya Pələnginin 1960–1990-cı illər arasında sənayeləşmə yolu ilə bir çox oxşarlıqlar daşıyan yüksək iqtisadi artımı və sənayeləşməsi səbəbindən son illərdə yeni yaranan "Asiya pələngi" kimi təsvir edilmişdir.Digər pələng iqtisadiyyatı Ermənistanın iqtisadiyyatıdır. Ermənistanın 2007–08-ci il maliyyə böhranına qədər göstərdiyi diqqətəlayiq, çox vaxt ikirəqəmli iqtisadi artıma görə o, Qafqaz pələngi kimi ortaya çıxdı. İqtisadi sabitlik, mülayim fiskal kəsir və xarici borc, habelə yoxsulluq səviyyəsinin aşağı düşməsi bu dövrdə davamlı iqtisadi artımın nəticəsi olmuşdur. == Oxşar == Latın Amerikasında sərbəst ticarətə və azad bazarın inkişafına yönəlmiş sürətlə inkişaf edən və inkişaf etməkdə olan iqtisadiyyatlar Meksika, Çili, Peru və Kolumbiyadan ibarət [[Sakit Okean Pumalar adlanır.
Pələng köpəkbalığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Pələng pişikləri
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Helena
Helena — ABŞ-nin Montana ştatının paytaxtı.
Herlər
Herlər — haputluların ulu əcdadları. Qiyasəddin Qeybullayevə görə Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.
Hərzənəq (Şəbüstər)
Hərzənəq (fars. هرزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (32 ailə).
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. == Yaradacılığı == === Filmləri === Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən). === Qısa hekayələr === Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
Aleksandr Herzen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Erling Şönsberq
Erling Şönsberq — Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2014)