PƏRSƏNG

is. [ fars. parə səng – daş parçası]
1. Tərəzinin gözlərini tarazlaşdırmaq üçün qoyulan daş və s. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi.
[Kosa] daşı götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər düzəlişdirdi. S.Rəhimov.

// İçində şeylə çəkiləcək qabın ağırlığı, çəkisi.
□ Pərsəngini tutmaq – qabın (taranın) çəkisini (ağırlığını) təyin etmək.
2. məc. Çəki, əhəmiyyət, ağırlıq. Hər sözün bir pərsəngi var. ( Ata. sözü ).
Geymisən pərsəngini; Gey, sallan pərsəngini; Desəm dağlar götürməz; Dərdimin pərsəngini. (Bayatı).

3. məc. Danışarkən söz arasında yerliyersiz təkrar edilən, deyilən söz, ifadə.
◊ Pərsəng aparmaq – ağlı çatışmayan, özünü gic kimi aparan adam haqqında.

Etimologiya

  • PƏRSƏNG Bu, fars sözüdür: parə və səng sözlərindən əmələ gəlib, “daş parçası” deməkdir. Tərəzinin düzgün çəkməsi üçün belə daş qırıntılarından istifadə olunub
PƏRPUÇ
PƏRŞUM

Digər lüğətlərdə

необрабо́танность органопла́стика сжива́ть томаси́рование ужо́нок абоне́нтский нефтено́сность переце́пка процеди́ть ро́слость сига́рница ча́вкнуть шёлкоотде́лочный юфтяно́й блаватка endomorphic ichthyol nape obliging Osage apple self-betrayal Selkirkshire unloveable анестезиология измучиться