Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabirli
Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur. == Əhalisi == Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir., 61 təsərrüfatı var.
Homo habilis
Homo habilis, bacarıqlı insan, əmək alətləri hazırlaya bilən, düzgün qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Ruslan Sabirli
Əjdər Sabirli
Əjdər Xanlar oğlu Sabirli (22 dekabr 1996; Tərtər rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əjdər Sabirli 1996-cı il dekabrın 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Sabirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 8-də Talış istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İsra Hirsi
İsra Hirsi (ing. Isra Hisri; 22 fevral 2003, Minneapolis, Minnesota) — Gənclərin iqlim tətilinə rəhbərlik edən amerikalı ətraf mühit fəalı. 2020-ci ildə o, Fortunenin 40-dan 40-a qədər siyasətçilər və hökumət rəsmiləri siyahısına daxil edilir. == Bioqrafiya == Hirsi 22 fevral 2003-cü ildə Minnesota ştatının Minneapolis şəhərində ABŞ konqresmeni İlhan Ömərin ailəsində anadan olub. 12 yaşında o, Mall of America-da Jamar Clark tərəfindən ədalət uğrunda keçirilən etiraz aksiyasında iştirak edib. O, hazırda Minneapolis Liseyində oxuyur, burada ilk dəfə ətraf mühit klubuna qoşulub. O, gənclərin iqlim tətilinin qurucularından biridir. İsra 15 mart və 3 may 2019-cu il tarixlərində ABŞ-də yüzlərlə tələbənin başçılıq etdiyi tətilləri koordinasiya edib. 2019-cu ilin yanvarında Youth Climate Strike, iqlim dəyişikliyi üçün qlobal gənclər hərəkatının Amerika qolunun ABŞ-dəki həmtəsisçilərindən biri olub. O, bu qrupun birgə icraçısı kimi çıxış edir.
Bad Habits (mahnı)
"Bad Habits" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-in ilk sinqlı. 10 yanvar 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Yazılması == Stacey Andersona danışan Keyn müsahibəsində "Bad Habits" mahnısının Törnerin bas gitara çalması, və özünün bunun üzərinə oxuması ilə yarandığını bildirib. Onlar həmçinin mahnının orijinal yazısının 40 dəqiqəyə yaxın olduğunu qeyd ediblər. == Musiqi videosu == Video 10 yanvar 2016-cı ildə sinql ilə eyni gündə buraxılıb. Klipdə Törner və Keynin Kaliforniyadakı barların birində göstərdiyi performansdan görüntülər yer alıb. Musiqi videosu Ben Chappell tərəfindən çəkilib.
Buharuddin Yusuf Habibi
Buharuddin Yusif Həbibi (ing. Bacharuddin Jusuf Habibie; 25 iyun 1936[…], Pare-Pare[d] – 11 sentyabr 2019[…], Mərkəzi Cakarta[d]) — İndoneziyanın vitse-prezidenti.
Duxail Əl-Habaşi
Duxail Əl-Habaşi (9 sentyabr 1975) — Küveyti təmsil edən stolüstü tennisçi. == Karyerası == Duxail Əl-Habaşi Küveyti 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Hasri Ainun Habibi
Hasri Ainun Habibi (Nese Besari, 11 avqust 1937 - 22 may 2010),indoneziyalı həkim və keçmiş prezident Buharuddin Yusuf Habibinin həyat yoldaşı. 1998-1999-cu illərdə İndoneziyanın birinci xanımıdır. == Erkən həyat == Ainun 11 avqust 1937-ci ildə Semaranqda müəllim olan R. Mohamad Besari və bilikli, intellektual olaraq bilinən xanımı Sadarmi Besarinin ailəsində anadan olub. O və onun qardaşları Daqo Kristian Junior Kollecində təhsil almışlar. Onun böyük qardaşı Sahari 2-ci sinifdə orta məktəbi bitirmiş və Bandunq Texnologiya İnstitutunda təhsilini davam etdirmişdir. Ainun İndoneziya Universitetinin Tibb Fakültəsində təhsilini davam etdirdi və 1961-ci ildə məzun oldu.
Mirzə Əbdürrəhim Cabiri
Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Cabiri (?-?)—xəttat. == Həyatı == Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Qaradağ vilayətinin Kəleybər mahalının Hicrandust kəndində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xəttat idi. Nəsx və nəstəliq yazmaqda çox mahir idi. Mirzə Əbdürrəhim Cabiri görkəmli ədib idi. Onun qələmindən iki kitab çıxıb. Qacarlar dövrünün sonlarında vəfat etdiyi bilinir. == Mənbə == Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
Sədallah əl-Cabiri
Sədallah əl-Cabiri (ərəb. سعد الله الجابري‎; 14 oktyabr 1892, Hələb – 20 iyun 1947, Hələb) — 1943–1944-cü və 1945–1946-cı illərdə Suriya Respublikasının baş naziri. Həmçinin Cabiri 2 dəfə baş naziri olub. Bacısı Fayzə əl-Cabiri, Livanın iki qat baş naziri Riyad Sülh ilə evləndi. Hələb şəhərinin mərkəzindəki Sədallah əl-Cabiri Meydanı dövlət adamının adını daşıyır.
Çempionların hamisi (film, 1976)
== Məzmun == Film Azərbaycan, Sovet İttifaqı, Avropa, dünya rekordçuları, Olimpiya oyunları çempionları və mükafatçıları hazırlamış Azərbaycan və SSRİ əməkdar məşqçisi Əfqan Səfərov haqqındadır.