Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazıqulu
Qazıqulu (əvvəlki adı: Qazqulu) — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazqulu kəndi Qazıqulu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Kənd vaxtilə Şınıx zonasında (Gədəbəy rayonu) mövcud olmuş Qazıqulu kəndindən (Qazı Qulunun kəndi) köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlanmışdır. == Tarixi == === Tarixi abidələri === Qazıqulu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Xanlar Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Alıqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacı oğlu Kərimov (1906, Nuxa – 12 iyun 1977, Şəki) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur. Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.
Tarıqulu Əmiraslanov
Tarıqulu Əmiraslanov (Tam adı:Tarıqulu Sadıq oğlu Əmiraslanov; d.1946; Azərbaycan, Qusar — ö.1993) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Tarıqulu Əmiraslanov 1946-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini fərqlənmə ilə bitirdikdən sonra təhsilini davam etdirmək üçün "Geoloji kəşfiyyat üsulları" kafedrasının aspiranturasında saxlanılır 1973-cü ildə "Naxçıvan vilayətinin geoloji quruluşununu geofiziki üsullarla tədqiqatları kompleksində qravimetrik kəşfiyyat" mövzusunda namizədlik dissertasiyanı müdafiə etmişdir. "Geofiziki kəşfiyyat üsulları" kafedrasında kiçik və böyük elmi işçi, dosent və professorvəzifələrində işləmişdir. 1988-ci ildə "Geofiziki sahələrin kompleks analizi əsasında mürəkkəb quruluşlu neftli-qazlı vilayətlərin qravimasiya anomaliyalarının interpretasiyası (Azərbaycan və onun akvatoriyası timsalında)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmi tədqiqatları Azərbaycanın mezozoy çöküntülərindən ibarət mürəkkəb quruluşlu vilayətlərinin tektonikasının bir sıra məsələlərinin həlli üçün qravimaqnit kəşfiyyatın nəticələrinin emalı və interpretasiyası proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlıdır. Əmiraslanov T. S. Azərbaycanın yeksək dəqiqli planalma materiallarının interpretasiyası üsullarını təkmilləşdirmişdir. O, çox sayda elmi məqalə və dərs vəsaitlərinin müəllifidir.
Qışlaq-i Hacıoğlu (Əhər)
Hacıoğlu Qışlağı (fars. قشلاق حاج اوغلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (39 ailə).
Qışlaq-i Hacıqulam (Pərsabad)
Qışlaq-i Hacıqulam (fars. قشلاق حاجي غلام‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (20 ailə).
Xaçgülü
Xaçgülü (lat. Senecio) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Adi xaçgülü
Adi xaçgülü (lat. Senecio vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Dəstətük xaçgülü
Dəstətük xaçgülü - (lat. Tephroseris subfloccosa) - Tephroseris cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 40-120 sm olan, gövdəsi sadə, düzdayanan, hörümçəktoruvari tüklənmiş, qısa kökümsovlu bitkidir. Yarpaqları tünd yaşıl, qıraqları bütöv, yaxud diş-dişlidir. Kökyanı və aşağı gövdə yarpaqları yumurtavari-uzunsov, küt və ya ucu biz, saplaqları enlidir. Orta gövdə yarpaqları oturaq, lansetvari və ya dar uzunsov, küt və ya ucu bizdir. Səbətləri çiçəkləyən vaxt sıx çətir formalı çiçəkqurupunda yığılır. Səbətin ayaqcıqları müxtəlif uzunluqda, hörümçəktoruvari tüklüdür. Sarğısı 5–7 mm enində yarımkürəvari, daxili yarpaqları 4–5 mm uzunluqda ucu biz lansetvari, onlardan 2-3 dəfə kiçik olan xarici yarpaqları xətvaridir. Dilcik çiçəkləri sarı və ya narıncı rəngdədir.
Enliyarpaq xaçgülü
Poyarkova xaçgülü
Pojarkovia pojarkovae (lat. Pojarkovia pojarkovae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pojarkovia cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80-200 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düz, şırımlı, yuxarı hissədə enli qalxanşəkilli süpürgəvari budaqlanmış demək olar ki, çılipaq çoxillik ot bitkidir. Dəstə halında olan bağşəkilli köklərin kökümsovu köndələndir. Yarpaqları saplaqlıdır, bərkdir, ensizneştərvari və yaxud ensiz-xətvaridir, sivriləşmişdir, uzunluğu 14-26 sm, eni 2-5 sm-dir, kənarları eyni ölçüdə qısa və itidişlidir, aşağı yarpaqları qısa saplaqlıdır, qalanları oturaqdır, qaidə hissəsinə doğru tədricən daralandır, kökətrafı yarpaqları tez saralandır. Çiçək qrupunun oxu və səbətin saplağı bütünlüklə qısa tüklərlə örtülüdür. Səbətləri çoxsaylı, xırda, enli-qalxanşəkilli sıx süpürgədədir; səbətin saplağı çox nazikdir, uzunluğu səbətin uzunluğuna bərabərdir və ya ondan azacıq uzundur. Sarğı yarpağı ensiz slindik formadadır, uzunluğu 5 mm-ə yaxındır, çılpaqdır; onun daxili yarpaqcıqları 5 ədəddir, xətvari-kürəkşəkillidir, kənarları nazik pərdəvaridir, küt və ya sivritəhərdir, çılpaqdır. Çiçəklər səbətdə adətən 5 ədəd, nadir halda 4- 6 ədəd olur. Dilcikşəkilli çiçəkləri yoxdur.
Rombyarpaq xaçgülü
Yastıyarpaq xaçgülü
Yastıyarpaq xaçgülü (lat. Senecio plathyphylloides) - xaçgülü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisi olub, hündürlüyü 50-150 (250) sm, düzqalxan, budaqlanmayan, tək gövdəli və çoxşaxəli köklərdən ibarətdir. Kökətrafı və gövdə ətrafı yarpaqları uzunsaplaqlı, çox iri, üçbucaqvari-böyrəkşəkilli, dərin oyuqlu əsasa malik, kənarları bərabər olmayan dişcikli, sıx, yuxarı hissəsi çılpaq, tünd-yaşıl, alt tərəfdən açıq rəngli, orta və yuxarı yarpaqları tədricən kiçilən, yuxarı yarpaqları yumurtavari və ya yumurtavari-neştərşəkilli, demək olar ki, oturaqdır. Səbətləri kiçik çoxsaylı, zirvəsində qalxanvari-yumurtavari çiçək qrupunda formalaşmışdır. Səbətcikdə yerləşən bütün çiçəkləri (10-15) boruşəkilli, ikicinsli, sarı tacabənzər olur. Toxumları kəkillidir. Kökləri çoxsaylı uzun, sürünən və gümüşü-qonur rənglidir. Gövdəsi düz şaxəli, yarpaqları iri, növbəli, üçbucaq-böyrəkşəkillı, uzunluğu 30 sm-dir. İyun-iyul aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir.
Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Acı-qovuqyarpaq xaçgülü
Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.
Xaçgülü cinsinin növləri