Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ernst Happel
Ernst Frants Hermann Happel (29 noyabr 1925, Vyana – 14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi. O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həmdə kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir. == Oyunçu karyerası == === Klub səviyyəsində === Happel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır.O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir === Milli yığma səviyyəsində === Happel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir. O, millinin heyətində İsveçrədə keçirilən 1954 Dünya Kubokunda bürünc medalı qazanmışdır və həmçinin 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir.
Happie Nuts
Happie Nuts (ハピーナッツ, Hapii Natsu) – Yaponiyanın Inforest nəşriyyatı tərəfindən nəşr olunmuş qyaru dəbi jurnalı. 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulmuşdu. Jurnal, xüsusilə, one-qyaru stilinə və tünd dəri rəngi trendinə həsr olunmuşdu. 2004-2016-cı illərdə Tokioda nəşr olunmuşdur. == Tarixi == "Happie Nuts" jurnalının ilk sayı 2004-cü ilin noyabrında nəşr olunmuşdur və əslində yeniyetmə qızlar üçün nəzərdə tutulmuş "Happie" dəb jurnalının davamçısı idi. Jurnalın 2005-ci ilin oktyabrında "Koakuma & Nuts" adlı xüsusi buraxılışı nəşr olunmuşdur. Bu buraxılış böyük maraq cəlb etmiş və "Koakuma Ageha" jurnalına çevrilərək Yaponiyada populyar olmuşdur.2014-cü ildə jurnalın nəşri dayansa da, 2015-ci ilin iyulunda yeni sayları çıxmağa başlamışdır. 2016-cı ilin martında son buraxılışı işıq üzü görmüşdür. == Modellər == Jurnalın ekslüsiv modelləri "Nuts yoldaşı" adlandırılırdı. Ena Matsumoto, Sayoko Ozaki, Akane Satomi, Sayaka Taniquçi, Miyu İşima, Saki Nanba, Eriko Taçiya, Şizuka Takeda, Hiromi, Akane Suda və Nikol Abe kimi şəxslər jurnalın ekslüsiv modelləri olmuşdular.
Happier Than Ever
Happier Than Ever — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu. 30 iyul 2021-ci ildə səsyazma şirkətləri Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Aylişin qardaşı Finneas tək başına etmişdir. İlk növbədə dauntempo pop albomu olan Happier Than Ever, cüzi miqdarda caz və elektropop elementlərini təcəssüm etdirir. Albomda Aylişin şöhrətə yüksəlişindən və bunun mənfi tərəflərindən danışılır. Buraxıldıqdan sonra albom musiqi tənqidçiləri tərəfindən tənqidi rəğbətlə qarşılandı, onlar onun üslubunu, istehsalını və dərin sözlərini təriflədilər. 64-cü İllik Qremmi Mükafatlarında albom və onun adını daşıyan trek müxtəlif kateqoriyalarda, "İlin Albomu", "Ən Yaxşı Pop Vokal Albomu", "İlin Mahnısı" və "İlin Rekordu" daxil olmaqla yeddi nominasiya qazandı. Albomu dəstəkləmək üçün yeddi sinql buraxıldı: "My Future", "Therefore I Am", "Your Power", "Lost Cause", "NDA", "Happier Than Ever" və "Male Fantasy"; ilk üçü ABŞ Billboard Hot 100-ün ilk 10-luğuna daxil oldu. Happier Than Ever ABŞ-da bir nömrəyə yüksələn və digər 27 ölkədə albom hit-paradlarında birinci olan Aylişin ikinci albomu olaraq Billboard 200-ün zirvəsində debüt etdi. Ayliş 3 sentyabr 2021-ci ildə buraxılan "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu" filmində albomda yer alan trekləri canlı ifa etdi.
Ernst-Happel Stadionu
Ernst Happel stadionu ( Ernst-Happel-Stadion) — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən və şəhərin ən böyük futbol stadionu. Stadion əslində futbol klubları tərəfindən sitifadə edilmir və Avstriya milli futbol komandası oyunlarını burada keçirir. == Tarixi == === 1929-1945 === Stadionun təməl daşı 1928-ci ildə Avstriya Respublikasının 10 illiyi münasibəti ilə qoyulmuş və 1931-ci ildə 23 aya tamamlanmışdır. Stadionun dizaynını memar Otto Ernst Şvezer hazırlamışdır. Şvezer həm də Avropa ən böyük üzmə hovuzunun (400.000 m2) da memarı olmuşdur. Stadion o dövrün ən müasir stadionlarından biri idi. çünki cəmi 7-8 dəqiqəyə boşaldıla bilirdi. Başlanığıcda stadionun tutumu 60.000 nəfər idi. Nasist dövründə stadion hərbi məqsədlər üçün istifadə edilmişdir. Bura həbsxana və yəhudi vətəndaşların toplama yeri kimi istifadə olunmuşdur.
Ernst Happel stadionu
Ernst Happel stadionu ( Ernst-Happel-Stadion) — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən və şəhərin ən böyük futbol stadionu. Stadion əslində futbol klubları tərəfindən sitifadə edilmir və Avstriya milli futbol komandası oyunlarını burada keçirir. == Tarixi == === 1929-1945 === Stadionun təməl daşı 1928-ci ildə Avstriya Respublikasının 10 illiyi münasibəti ilə qoyulmuş və 1931-ci ildə 23 aya tamamlanmışdır. Stadionun dizaynını memar Otto Ernst Şvezer hazırlamışdır. Şvezer həm də Avropa ən böyük üzmə hovuzunun (400.000 m2) da memarı olmuşdur. Stadion o dövrün ən müasir stadionlarından biri idi. çünki cəmi 7-8 dəqiqəyə boşaldıla bilirdi. Başlanığıcda stadionun tutumu 60.000 nəfər idi. Nasist dövründə stadion hərbi məqsədlər üçün istifadə edilmişdir. Bura həbsxana və yəhudi vətəndaşların toplama yeri kimi istifadə olunmuşdur.
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Happy birthday to you
Happy birthday to you — dünyada ən çox oxunan mahnı hesab edilir. Mahnının əsl qaynağı amerikalı iki bacıya aiddir. Orijinal adı "Good Morning to All"Ş yəni "Hamınıza sabahınız xeyir" olmuşdur. Daha sonra mahnının mətni dəyişdirilərək bütün dünyaya indiki adı ilə yayılmışdır. Lakin müəlliflik haqqı bacılara aiddir, onlardan sonra da "Warner chappel" musiqi şirkətinə keçmişdir.
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu (ing. Happier Than Ever: A Love Letter to Los Angeles) — Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı konsert filmi. Filmdə müğənni-bəstəkar Billi Ayliş "Happier Than Ever" albomundan bütün 16 treki canlı olaraq Hollivid-boulda (ing. Hollywood Bowl) ifa edib. Baş tutan çıxışda onu qardaşı Finneas O'Konnell və Los-Anceles flarmoniyası müşayiət edib.