Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Agusta
Agusta, vertolyot və təyyarə mühərrikləri istehsal edən bir İtaliya şirkətidir. Şirkət son dəfə Türkiyə Silahlı Qüvvələrinin 50 helikopterlik tender layihəsini qazanmışdır.
Haxışta
Haxışta — Azərbaycanda əsasən toylarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. == Tarixi == Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Bunu qədim Mezolit dövrünə aid olan Qobustan qayaüstü rəsmlərində əksini tapan rəqs səhnələri sübut edir. Hələ eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Azərbaycanda ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs insanların çəpik çalması ilə əldə edilən ritmik zərblərin müşayiəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. == Haqqında == Ha xışla ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən "Halay" rəqsində olduğu kimi üzbəüz dəstələr dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qız dayanır.
Aluşta
Aluşta (rus. Алу́шта, ukr. Алу́шта, krımtat. Aluşta) — Ukraynada, Krımın Cənub sahilində şəhər, Aluşta rayonunun mərkəzi. == Əhali == 1805-ci ildə — 208 nəfər (ümumi Krım tatarları) 1849-cu ildə — 429 nəf. 1864-cü ildə — 763 nəf. 1887-ci ildə — 1172 nəf. 1897-ci ildə — 2182 nəf. (1 568 Krım tatarı) 1926-cı ildə — 4800 nəf. (2 070 Krım tatarı, 1 450 rus, 480 ukraynalı, 270 yəhudi, 250 yunan, 30 alman, 20 erməni, 10 bolqar) 1939-cu ildə — 9689 nəf.
Aquşa rayonu
Aquşa rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 622,8 km², inzibati mərkəzi Aquşa kəndidir.
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Mamusta
Mamusta — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Augusta
Stifftia (lat. Stifftia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aristomenia Vell.
Abroma augusta
Abroma augusta (lat. Abroma augusta) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abroma cinsinə aid bitki növü.
Avqusta Ferdinanda
Avqusta Ferdinanda (1 aprel 1825[…], Florensiya – 26 aprel 1864[…], Münxen) — Toskana knyazı II Leopold və onun birinci həyat yoldaşı Saksoniyalı Mariya-Anna yetkinlik yaşına gəlib çıxmış yeganə qızı idi. Avqustanın yetkin yaşa gəlib çıxmış iki qardaşı vardı. Onlardan biri, IV Ferdinand Toskana knyazı idi. Ciddi katolik tərbiyəsindən sonra o, erkən yaşlarında incəsənətə və elmlərə maraq göstərmişdi. Müasirləri onu hündürboy, gözəl və özünə inamlı biri kimi təsvir edirdilər. == Evliliyi və ailəsi == 15 aprel 1844-cü ildə Florensiyada Bavariya şahzadəsi Luitpoldla evlənmişdi. Luitpoldun atası Bavariya kralı I Lüdviq əvvəlcə Luitpoldun evlilik planlarına qarşı çıxdı, çünki Avquste nikahdan əvvəl artıq vərəmin əlamətlərini göstərirdi (bu xəstəlikdən o, nəhayət 39 yaşında ölmüşdü). Bunlara baxmayaraq onun dörd övladı olmuşdu və onlarla həmişə italyanca danışırdı. Luitpolda bütün siyasi fəaliyyətlərində böyük dəstək olmuşdu. Belə ki, 1848-ci il inqilabı zamanı o, qaynatasının məşuqəsi Lola Montezin əleyhinə danışmışdı və monarxiyanın əleyhdarlarını təcrid etməyə çalışırdı.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Ligularia angusta
Ligularia angusta (lat. Ligularia angusta) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Mamusta bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mentha augusta
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Nectandra angusta
Nectandra angusta (lat. Nectandra angusta) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Avqusta Viktoriya
Avqusta Viktoriya Frederika Luiza Feodora Cenni (alm. Auguste Viktoria Friederike Luise Feodora Jenny‎; 22 oktyabr 1858[…] – 11 aprel 1921[…]) — Almaniya imperatriçası və Prussiya kraliçası. Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir. Viktoriya vaxtını xeyriyyə və dini cəmiyyətlərə həsr etmişdir. == Həyatı == Avqusta Viktoriya 22 oktyabr 1858-ci ildə anadan olmuşdur. O, Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, incəsənəti sevirdi və klarnet üçün musiqi parçaları bəstələyirdi. Onun həyat arzusu Parisdəki Luvr muzeyini ziyarət etmək idi. Siyasi səbəblərə görə bunu heç vaxt edə bilməmişdir.
Yan Avqusta
Yan (İohann) Avqusta (çex. Jan Augusta, alm. Johann Augusta‎; həmçinin Yan Klobuçnik, çex. Jan Kloboučník; təq. 1500[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 13 yanvar 1572, Mlada-Boleslav) — Çexiya ilahiyyatçısı və təbliğçisi. Avqusta 1500-cü ildə Praqada anadan olmuş və atasının papaq tikmə sənətinə yiyələnmişdir. Çex qardaşlığının rəhbəri olan Yan Avqusta Lüter və Melanxtonun dostu idi. O, əvvəlcə utrakvistlərin təlimlərinə sadiq qalmış, lakin sonra rəhbəri olduğu çex qardaşlarının təlimlərini qəbul etmişdir. Avqusta I Ferdinandın hakimiyyəti dövründə işgəncələrə məruz qalmış və 16 il həbs edilmişdir. O, 1564-cü ildə Maksimilian tərəfindən bir daha təbliğ etməmək şərti ilə azad edilmişdir.
Mamusta FK
Laurus angusta
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir. Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.
Tetranthera angusta
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.
Gardenia augusta
Jasminəbənzər qardeniya (lat. Gardenia jasminoides) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gardenia augusta Merr. Gardenia florida L. Genipa florida (L.) Baill.
Warneria augusta
Jasminəbənzər qardeniya (lat. Gardenia jasminoides) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gardenia augusta Merr. Gardenia florida L. Genipa florida (L.) Baill.
Monodelphis adusta
Monodelphis adusta (lat. Monodelphis adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Uelsli Şarlotta Avqusta
Uelsli Şarlotta Avqusta (ing. Princess Charlotte Augusta of Wales; 7 yanvar 1796[…] – 6 noyabr 1817[…]) — Birləşmiş Krallığın kralı IV Georqun yeganə qızı. Babası III Georq və atası naib Şahzadə Georqun ölümünün ardından onun taxta çıxması gözlənilirdi. Ancaq hələ 21 yaşında ikən hər ikisindən öncə, doğuş əsnasında vəfat etdi. 2 may 1816-cı ildə Londonda gələcəkdə Belçika kralı olacaq Saksen-Koburq-Qotalı Leopoldla evləndirildi. Cütlüyün evlənməsinin ardından Leopold feldmarşal ünvanı aldı və Bant ordeni ilə mükafatlandırıldı. Cütlük bu evliliyində xoşbəxt olsa da, çox keçmədən 5 noyabr 1817-ci ildə Şarlotta ölü bir oğlan uşağı dünyaya gətirdi və ertəsi gün özü də vəfat etdi. Leopoldun xanımının ölümündən məyus olduğu bilinir. == Mənbə == Chambers, James (2007). Charlotte and Leopold.
Panthera pardus adusta
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. Bəbirlərin ölçüsü və çəkisi yaşayış yerlərinin coğrafi ərazisindən asılıdır və çox dəyişir. Meşələrdə yaşayan fərdlər adətən daha kiçik və yüngül olur, açıq yerlərdə yaşayanlar isə əksinə, meşə həmkarlarından daha böyük olurlar. Ancaq orta hesabla kişilər qadınlardan üçdə bir böyükdür. Bəbirin bədən uzunluğu 200-250 sm-ə çatır (bundan 75-110 sm quyruğudur). Kişilərin çəkisi 60 kq-a qədər, qadınların çəkisi 40 kq-a qədərdir. Rəng dəyişir - sıra və yaşayış yerindən asılı olaraq, rəng qırmızı və qəhvəyi rəngdən sarıya qədər dəyişə bilər. Afrikada həm qitənin mərkəzi rayonlarının rütubətli cəngəlliklərində, həm də Mərakeşdən Kapa qədər olan dağlarda, savannalarda və yarımsəhralarda yaşayır. Bəbir böyük səhralardan və susuz quraq ərazilərdən qaçır və buna görə də Saxara və Namibiyanın ən quraq bölgələrində yoxdur.
Litsea amara var. angusta
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.