Ilex aquifolium var. hastata
Şişyarpaq şümşə (lat. Ilex aquifolium) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.