Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 100 m² və hektar – 100 ar və ya 1/100 km² qiymətləndirildi.
Hektor
Hektor (yun. Ἕκτωρ) - (e.ə.270-ci il) yunan mifologiyasına görə qüdrətli sərkərdə, Troyanın qoruyucusu, Troya çarı Pryamın oğlu olmuşdur. Hektor adı ilk olaraq yunan mifologiyasının əsas mənbəyi sayılan Homerin "İliada" dastan poemasında xatırlanır. Poemaya əsasən Troya çarının böyük oğlu olub, Kiçik Asiyada qeyri adi qüvvəyə və ən qüdrətli orduya malik olmuş, onillik Troya müharibəsinin əsas qəhrəmanlarından biridir. O. bütün həyatını Troyanı yadelli düşmənlərdən qorumağa sərf etmişdir. Hektor Poemada tək cəsur cəngavər kimi deyil eyni zamanda qayğıkeş oğul, qardaş, ata və sevgidolu həyat yoldaşı kimi də təsvir edilmişdir. O, tanrıların qayğıları ilə əhatə olunmuş bir qəhrəmandır. Poemaya əsasən onun həyatı, qələbələri, məğlubiyyəti və ölümü tanrıların vermiş olduqları qərarlara bağlıdır. Zevsin troyalılara qələbəni hədiyyə etməsindən narahat olan Hera hadisələrin gedişinə mane olmaq qərarına gəlir. Zevsin könlünü aldıqdan sonra onu şirin yuxuya verərək, özü Poseydonun yanına gələrək ondan axeylilərə kömək etməyi tapşırır.
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. == Nektarinidlər, nektarofaqlar == Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. == Müxtəliflik (Fərqlilik) == Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Hektor Bellerin
Hektor Bellerin "Arsenal" klubunun və İspaniya milli futbol komandasının Müdafiəçisi .
Hektor Berlioz
Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir. == Həyatı == Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır.
Yonas Hektor
Yonas Hektor (alm. Jonas Hector‎; 27 may 1990, Saarbrükken) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda və Almaniya milli futbol komandasında müdafiənin sol cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur.
Xəlifə Həftar
Xəlifə Bəlqasım Həftar (ərəb. خليفة بلقاسم حفتر‎‎; 7 noyabr 1943, Əcdabiyə, İtaliya Liviyası[d]) — 2019-cu ilin may ayından etibarən 2-ci Liviya vətəndaş müharibəsində iştirak edən, eyni zamanada Liviya və Amerikan vətəndaşlığına malik olan Liviya Milli Ordusunun Ali Baş Komandanı, Feldmarşal. == Həyatı == Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Muəmmər Qəddafinin liderliyində qurulan orduya qatılıb. 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib.Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib. Bu səbəbdən Haftar təxminən 20 il həbsdə qalır.
Heksan
Heksan (n-heksan) (C6H14) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Zəif iyli rəngsiz maye. Sındırma əmsalı p20D 1,37506-dir. Oktan ədədinin aşağı olması səbəbindən(25)heksan sintetik benzinin tərkibi üçün arzuolunmazdır.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdürləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Tektam
Tektam (Teksaf, Teytam, Tektay; q.yun. Τέκταμος və ya Τέκσαφος, Τεύταμος, Τεκταῦος, Τεκταῖος) — qədim yunan mifologiyasında personaj. O, Dorun oğlu, Ellinanın nəvəsidir. Diodorun məlumatına görə, eolların və pelasqların başçısı olan Tektam Kritə keçərək adanın padşahı olur. Bu, Kritə köçən qəbilələrin üçüncüsüdür. Başqa bir versiyaya görə, Tektam dorilərin və axeylərin başçısı idi. O, Asterinin oğlu Krefeyin qızı ilə evlənmişdir. Yupiterin peyki Avropa üzərindəki Tektam xətti onun adını daşıyır.
Vektor
Vektor (riyaziyyat və fizika)
Yekdar
Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yekdar oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur.Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir. Setar bir çox şərq xalqları, o cümlədən hindlilər arasında geniş yayılmışdır.
Bektaş xan
Bektaş xan Qorci (vəfatı 1639) olaraq da bilinən Bektaş xan I Şah Səfinin (1629-1642) dövründə 1631-1638-ci illəri arasında Bağdad qubernatoru (bəylərbəyi) vəzifəsini icra edən Səfəvi məmuru və qulamı. 1623-39-cu illərdə davam edən Osmanlı-Səfəvi müharibəsi zamanı Osmanlılar şəhəri ələ keçirdikdə onun vəzifəsi 1638-ci ildə başa çatdı. == Tərcümeyi-hal == etnik Azərbaycan türkü olan Bektaş xan əvvəlki mühasirələrdə zədələnmiş istehkamları xeyli təmir etdi. O, həmçinin düşmənin divarlara yaxınlaşmaması üçün də geniş tikinti işləri aparmışdır. 1638-ci il tarixli Osmanlı mühasirəsi zamanı Bektaş xan sərt müqavimət göstərdi və şəhərin ələ keçirilməsinə qədər təxminən altı həftə çəkdi. Bektaş xan Bağdadın süqutundan bir il sonra vəfat etdi. == İstinadlar == == Mənbələr == Bengio, O.; Litvak, Meir. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East. Springer. 2014.
Ceyms Hekman
Ceyms Hekman (ing. James Joseph Heckman) (19 aprel 1944, Çikaqo, İllinoys) — amerikalı iqtisadçı. 2000-ci ildə Deniel Makfaddenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Ceyms Hekman 19 aprel 1944-cü ildə Çikaqo şəhərində Con Ceykob Hekman və Bernays İrina Medli cütlüyünün övladı kimi anadan olub. Ceyms Hekman Kolarado Kollecində riyaziyyat üzrə məzun olduqdan sonra, 1971-ci ildə Prinston Universitetində doktorluq dərəcəsinə yüksəldi. Ceyms Hekman 1973-cü ildə Çikaqo Universitetində keçməzdən əvvəl Kolumbiya Universitetində köməkçi dosent olaraq işləmişdi.
Elif Pektaş
Elif Pektaş (1946, İstanbul – 28 fevral 2003, İstanbul) ― Türk kino aktyorudur.
Hakmar (Xaybulla)
Hakmar kəndi (başq. Һаҡмар) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Samar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hakmar kəndinin milli tərkibi: ruslar (54 %), başqırdlar (44 %) == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 18 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 76 km.Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Hekate boğazı
Hekate boğazı (ing. Hekate Strait - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Həmkar
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.