Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiçik qovotu
Dərman xəşənbülü (lat. Melilotus officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.
Horonu
Horonu — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horonu Yardımlı rayonunun Yolocaq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində Qələbaşı dağının yamacındadır. Oykonim Talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi və ya honu (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib, "təknəli bulaq" mənasındadır. Yaşayış məntəqəsi salındığı ərazidəki bulağın adı ilə adlandırılmışdır.
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Olimpiya hovuzu
Olimpiya hovuzu — uzunluğu 50 metr, eni 25 metr, 10 zolağdan ibarət olan, və FINA (Beynəlxalq üzgüçülük federasiyası) tərəfindən müəyyən edilən digər qaydalara uyğun olan olimpiya oyunlarının üzgüçülük, suya tullanma, su polosu və digər su idmanı növləri üçün nəzərdə tutulan hovuz növüdür. Bununla yanaşı qısa distansiyalar üçün nəzərdə tutulan 25 metr uzunluğu olan Olimpiya hovuzlarıda nəzərdə tutulur. Yarış zamanı toxunma paneli istifadə edildiyi halda, toxunma panelləri arasında məsəfə müvafiq olataq 50 və yaxud 25 metr olmalıdır. Bu səbəbdən Olimpiya hovuzları adətən qeyd olunan ölçülərdən uzun olurlar.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. ==== Funksiyaları ==== Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. ==== Quruluşu ==== Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Lənkəran odotu
Tikanlı odotu
Gözotu
Çatılotu (lat. Euphrasia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Ödotu
Ödotu (lat. Helichrysum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Dərman bitkisi kimi istifadə olunan növləri === Qumluq ödotu (Helichrysum arenarium (L.) Moench) Qatlı ödotu (Helichrysum plicatum DC.) === Digər növləri === Helichrysum abietifolium Humbert Helichrysum abietifolium subsp. gracilifolium (Humbert) Humbert Helichrysum abietinum O.Hoffm. Helichrysum achyroclinoides Baker Helichrysum acrophilum Bolus Helichrysum acutatum DC. Helichrysum adenocarpum DC. Helichrysum adenophorum F.Muell. Helichrysum adhaerens (Bojer ex DC.) R.Vig. & Humbert Helichrysum adscendens (Thunb.) Less. Helichrysum albanense Hilliard Helichrysum albertense Hilliard Helichrysum albilanatum Hilliard Helichrysum albirosulatum Killick Helichrysum albo-brunneum S.Moore Helichrysum album N.E.Br. Helichrysum allioides Less. Helichrysum alsinoides DC. Helichrysum alticolum Bolus Helichrysum altigenum Schltr.
Qatlı ödotu
Qatlı ödotu (lat. Helichrysum plicatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Ödotu cinsinin növləri