Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.
Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.