Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şibilər
Şibilər Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Şibilər- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Şivili kənd adı ilə (yenə orada) eynidir. Orta əsrlərdə Anadolu yarımadasında yaşamış kürdmənşəli Şivili tayfasının adındandır.
İşçilər Partiyası (Braziliya)
İşçilər Partiyası (port. Partido dos Trabalhadores) — Braziliyanın sol siyasi partiyası. Braziliyanın ən populyar partiyalarından biridir. Partiya 1980-ci ildə iş həmkarlar ittifaqın, torpaqsız kəndlilərin, ekoloji və digər sosial hərəkatların, ilahiyyat azadlığı tərəfdarların, sol intellektualların və marksizm qrupların koalisiyası kimi yaradılmışdı. Onun yaradıcıları Brazilyanın keçmiş prezidenti Lula da Silva, Braziliyanın milli qəhrəmanı, ekoloq Çiko Mendes və başqaları olublar. 2006-cı ildə keçirilən seçkilərdə 513 yerdən 83-ünü qazanmışdı. Sol mərkəzçi, demososial və sosial demokrat baxışların tərəfdarıdır.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. == İşləmə prinsipi == Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. == C++ kodu == == Analizi == Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
İnteqrasiya oluna bilən sayt
İnteqrasiya oluna bilən sayt – Tələb olunan informasiyanın İnternetdə yerləşdirilməsi, sayt üzərindən informasiya sorğularının qəbulu, emalı və saytdan birbaşa sayt sahibinin informasiya reyestrinə, habelə əlaqəli informasiya reyestrinə avtomatik müraciət edib məlumat əldə etməsi, lazım gələrsə başqa reyetrlərə müəyyən hüquq və səlahiyyətlər əsasında informasiya daxil etmə imkanları nəzərdə tutulmuş internet saytıdır. Xüsusilə dövlət orqanları və bələdiyyələr inteqrasiya oluna bilən İnternet saytlarına malik olmalıdırlar.
Sbiten
Sbiten (сби́тень) Qədim şərqi slavyan içkisi olub, su, bal və müalicəvi otlardan ibarətdir.Soyuqdəyməyə qarşı isidici funksiyası olduğundan qış aylarında ən çox içilir.Soyuq stiben isə isti yay aylarında və hamamdan çıxan zaman zaman içilir. == Etimologiyası == Sbiten öz mənasını qarışdıqmaq feylindən götürür.Belə ki, iki müxtəlif qabda hazırlanır. Birində balı əridirlər, o birində isə otları. Hazır olandan sonra onları qarışdırırlar. Onun tərkibi (alkoqollu və alkoqolsuz) və onun hazırlanması (2 və daha çox qabda) reseptdən asılı olaraq dəyişir. Alkoqollu içkinin tutumu 4-7 %, alkoqolsuz içkinin isə 1% olur. == Tarixi == 1803-1804-cü illərdə Rusiya İmperiyasının ənənələri haqqında olan məlumatlara əsasən çay yaranana kimi sbiten yeganə isti içki hesab edilirdi. Onu samovarlarda hazırlayırdılar. Belə ki, samovorlar ölkənin müxtəlif yerlərində yerləşdirilmişdir. Belə ki, evlərin divarlarında açılmış pəncərələr əsas idi.
Güclü istilər
== Güclü istilər == Güclü istilər hər hansı bir ərazidə günəş şüaları ilə çox qızmış atmosfer havasının vəziyyətidir. Tropiklər arasında yerləşən rayonlarda güclü istilər havanın daimi səciyyəvi vəziyyətidir. Tropiklərdən kənar ərazilərdə iqlim yayın üçün səciyyəvi bir haldır. Azərbaycanın Aran rayonlarında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində hər il yay mövsümündə havanın temperaturu +350C və daha yüksək olan güclü istilər müşahidə edilir. Bəzən havanın temperaturu +400C-dən də çox olduğu hallar müşahidə edilir. Azərbaycanda bütün instrumental müşahidə dövrü ərzində ən yüksə mütləq maksimum temperatur 2000-ci ilin yayında Culfada qeyd edilmişdir. == Güclü istilərin insan səhhətinə təsiri == Güclü istilər insan səhhətinə mənfi təsir göstər. Güclü istilər zamanı hipertoniya, insult, əsəb sistemi və s. xəstəliklərin artması müşahidə edilir . Əhali arasında istivurma və günvurma halları qeyd edilir.
Svilen Semyonov
Svilen Simeonov - Bolqarıstan futbolçusu. == Karyera == Bolqarıstan futbol məktəbinin yetirməsidir.
Svilen Simeonov
Svilen Simeonov - Bolqarıstan futbolçusu. == Karyera == Bolqarıstan futbol məktəbinin yetirməsidir.
Hindistanda anomal istilər (2015)
Hindistanda anomal istilər — 2015-ci ilin may ayında Hindistanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Baş verən anormal istilər nəticəsində 29 may tarixinə olan məlumata əsasən 1.800 nəfərdən çox şəxs dünyasını dəyişib. Hindistanda ən yüksək temperatur adətən, mart-iyul ayları aralığında müşahidə edilməkdədir. Baş verən temperatur böhranı zamanı ölkənin demək olar ki, bütün ərazilərində ölüm halı qeydə alınıb. Xüsusi ilə cənub ştatlarında ölüm hallarını daha çox olması diqqət çəkir. Andhra Pradeş ştatında 1.490 nəfər həmin ştatın sərhədində yerləşən Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. İstilərdən əziyyət çəkən digər ərazilər Orissa ştatı və Qərbi Benqal ərazilərdir. Baş verən istilər böyük şəhərlərdə soyuducu sistemlərə olan təlabatı anidən artırmışdır və nəticədə bir çox böyük şəhərlərdə enerjinin verilməsində problemlər yaranıb.
Yaponiyada anomal istilər (2018)
Yaponiyada anomal istilər – 2018-ci ilin yay aylarında Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Temperatur böhranı ölkənin cənub-qərbində bir çox insanı evsiz qoyan daşqınlara səbəb olan ağır yağışlardan sonra yaranmışdır. == İyul 2018 == İyunun sonundan iyulun ortalarına qədər davam edən daşqınlardan sonra Yaponiyada temperatur kəskin artmışdır. Daşqın və torpaq sürüşmələrinin baş verdiyi Hiroşima, Ehime və Okayama prefekturalarında 145 nəfər gün vurmasında görə xəstəxanaya müraciət edib. Bu zaman havanın temperaturu 35 °C-ni keçib.23 iyul 2018-ci ildə Yaponiya Meteorologiya Agentliyi Tokionun 65 km şimal-qərbində yerləşən Kumaqaya şəhərində 41,1 °C temperatur qeydə alıb. Bu, ölkə tarixində qeydə alınmış ən yüksək temperaturdur. Kioto şəhərində isə ardıcıl 7 gün boyunca temperatur 38 °C-dən aşağı düşməmişdir. Bu, hava haqqında qeydlərin tutulmağa başlandığı XIX əsrdən bəri ilk haldır.9 iyul 2018-ci ildən Yaponiyada azı 44 nəfər anomal istilərdən ölüb. Təkcə 21 iyulda 11 nəfər ölüb. 6 yaşlı məktəbli uşağın çöl tədbirində iştirakı zamanı ölümündən sonra Yaponiya Təhsil Nazirliyi məktəblərə xəbərdarlıq edib.