Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağverən
Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. == Toponim == Ağverən - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. 1918-ci ildə kəndə Türkiyədən gəlmə ermənilər də yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1949-cu ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. 1950-ci ildə kənd ləğv edilmişdir. 1590-cı ilə və 1728-ci ilə aid mənbələrdə kəndin adı Aqviran kimidir. Azərbaycan dilində ağ (rəng bildirir) və viran (ə) «xarabalıq» sözlərindən ibarətdir. Digər adı Kəbir-Əli, əsli «Kəbir eli»dir. Kənd mənşəcə xəzərlərə mənsub Kəbər tayfasına mənsub ailələrin «Ağ viranə» adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İrəvan əyalətinin bir sıra kənd adlarında fars dilində viranə «xarabalıq» və viran «dağıdılmış», «adam yaşamayan yer» cözləri vardır.
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. == Qardaş şəhərlər == Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa == Şəxslər == Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Ağverən (Miyanə)
Ağverən (fars. اغ ورن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 21 km cənub-şərqdə, Təbriz-Miyanə avtomobil yolunun 9 kilometrliyindədir.
İveron monastırı
İveron monastırı (yun. Μονή Ιβήρων, gürc. ივერთა მონასტერი) — Yunanıstanın müqəddəs Afon dağında yerləşən pravoslav indiki yunan monastırı. Afon dağının iyerarxiyasında üçüncü yeri tutur. Yarımadanın şimal-şərqində yerləşir; 980—983-cü illərdə gürcülər tərəfindən qurulmuşdur. == Tarixi == İveron (Ιβήρων) yunanca "gürcülərə məxsus" deməkdir, İberiya tarixi Gürcüstan dövlətidir. Monastırın adı onun qurucusu və ilk memarı olan gürcü rahibi İoann İberiyalı ilə əlaqələndirilir. Monastır gürcü kral Baqrationilər evinin vəsaiti ilə inşa edilmişdir. Rusiyada pərəstiş edilən İberiya ikonası buraya məxsusdur. 1830-cu ildə İveron monastırı yunanlar tərəfindən istila edildi, 1866-cı ildə bütün gürcü yazıları yunan yazıları ilə əvəz olundu.
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
İsveçrə
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. == Tibbdə istifadəsi == Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.Dərman məqsədilə daha çox şüvərənin toxumlarından istifadə edilir.
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/ , fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. == İstinadlar == == Xarici keçidlər == "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
İsfərə
İsfərə (tac. Исфара) — Tacikistanın şimalında sənaye şəhəri. Suğd vilayətinin İsfərə rayonunun inzibati mərkəzi. == Coğrafiyası == İsfərə dağlarla əhatəlidir. Təbiəti müxtəlifdir. Türküstan sıra dağlarının bir hissəsidir. == İqlimi == == Tarixi == Mərkəzi Asiyanın bir çox böyük və qədim şəhərləri Fərqanə vadisində yerləşir.Bunlardan Xocənd, Əndican, Kokand, Nəməngan, Riştan, Qənibadam, Şorab və İsfərə. Böyük İpək yolu vasitəsilə Çin Avropaya bağlanırdı. Şəhər ilk dəfə Təbərinin "Tarix" kitabında xatırlanır. Abbasilərdən sonra İsfərə Samanilərə tabe oldu.
Kanton (İsveçrə)
İsveçrə kantonu (alm. Kantone‎, fr. cantons, it. cantoni, romanş chantuns) — federativ dövlət kimi İsveçrənin ərazi quruluşu. İsveçrə Konfederasiyasının ən böyük dövlət ərazi vahidi. Paytaxt Bern şəhəridir.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
İsveçrə Konfederasiyası
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
İsveçrə ağquşarmudu
İsveçrə bayrağı
İsveçrə bayrağı — kvadrat ölçüdə qırmızı fonda ağ rəngli xaç təsviridir. Xaçın kənarları bayrağın kənarlarına çatmır. Xaçın xətləri bərabər ölçüdədir. Rəsmi şəkildə bayraq İsveçrənin rəsmi dövlət simvolu kimi 1889-cu ildə təsdiq edilib. == Bayrağın yaranma tarixi == Bir versiyaya görə bayraq Şvis kantonunun bayrağından götürülüb. Şvis 1291-ci ildə Uri və Unterveldenlə birlikdə İsveçrə Konfederasiyasını yaradıb. İlk dəfə bu bayraq 1339-cu ildə Laupene döyüşündə qaldırılıb. O zamanlar xaçın xətləri bayrağın kənarına çatırdı. == Mənbə == İsveçrənin bayrağı "Flags of the World" saytında. İsveçrənin dövlət bayrağı "www.swissworld.org" saytında.
İsveçrə bıçağı
İsveçrə bıçağı — isveçrə cib bıçağı və ya isveçrə hərbi bıçağı Victorinoks şirkəti tərəfindən istehsal olunan(2005-ci ildən həmçinin Wenger SA şirkəti tərəfindən də istehsal olunur) çoxfunksiyalı alətdir.İkinci Dünya Müharibəsindən sonra Amerikan əsgərləri tərəfindən almanca "Offiziersmesser" sözü tələffüz etməkdə çətinlik çəkdikləri üçün adı İsveçrə bıçağı kimi dəyişdirilmişdir.Müxtəlif funksiyalar bıçağın qolu içərisinə bir pivot nöqtəsi mexanizmi vasitəsilə yerləşdirilmişdir.İsveçrə bıçağının sapı adətən ənənəvi qırmızı rəngdə təsvir edilsə də, 2006-cı ildən bəri digər rənglər və formalar ortaya çıxdı. == Tarixi == İsveçrə bıçağı ilk çoxfunksiyalı cib bıçağı deyildi. 1851-ci ildə "Mobi Dik" əsərində Melvill buna bənzər bir bıçaq təsvir etmişdi. 1880-ci illərin sonlarında İsveçrə Ordusu əsgərləri üçün yeni qatlanan cib bıçağı hazırlamaq qərarına gəldi. Bu bıçaq, konservləşdirilmiş yeməklərin açılmasında və İsveçrə xidmət tüfənginin, Schmidt-Rubin-in yığılması üçün bir tornavida funksiyasını da daşımalı idi.1891-ci ilin yanvarında bıçaq rəsmi olaraq Modell 1890 adını aldı. 1891-ci ildə cərrahi avadanlıq hazırlayan bir şirkətin sahibi olan Karl Elsener İsveçrənin özündə də bıçaq istehsal etməyə başladı. === Victorinox və Wenger === 1908-ci ildə İsveçrə hökuməti, regional favoritizm mövzusunda bir məsələnin qarşısını almaq istəyərək, eyni zamanda qiymətlərin enməsinə ümid edərək rəqabət etmək istədiyi Victorinox və Wenger ilə müqaviləni bölüşdü, hər biri istehsalçı sifarişin yarısını götürdü. == Funksiyaları == Əsas funksiyaları; Kiçik bıçaq Dırnaq üçün/ dırnaq təmizləyicisi Taxta mişar çəngəl ayırıcı Qayçı tel kəsici Budama bıçağı Əczaçılıq spatulası Kiber Alət (Bit sürücüsü) LED işıq USB çubuq Böyüdücü linza Torpaq təmizləyicisi Qoşulma açarı === Kilidləmə mexanizmləri === Bəzi İsveçrə bıçaqlarında təsadüfən bağlanmaması üçün kilidləmə funksiyası var. Wenger, standart 85 mm modellərindən bir neçəsində əsas bıçaq üçün "PadLock" təklif edir. === Ölçülər === Victorinox modelləri 58 mm (2.3 in), 74 mm (2.9 in), 84 mm (3.3 in), 91 mm (3.6 in), 93 mm (3.7 in), 100 mm (3.9 in), 108 mm ( 4.3 in) və 111 mm Wenger modelləri 65 mm (2.6 in), 75 mm (3.0 in), 85 mm (3.3 in) 93 mm (3.7 in), 100 mm (3.9 in), 120 mm (4.7 in) və 130 mm (5.1) mövcuddur.
İsveçrə frankı
İsveçrə frankı (valyuta kodu ISO 4217 CHF və ya 756) — İsveçrə və Lixtenşteynin qanuni ödəniş vasitəsi. == Ədəbiyyat == Bernard Lescaze, Une monnaie pour la Suisse. Hurter, 1999. ISBN 2-940031-83-5 Michel de Rivaz, The Swiss banknote: 1907—1997. Genoud, 1997. ISBN 2-88100-080-0 H.U. Wartenwiler, Swiss Coin Catalog 1798—2005, 2006. ISBN 3-905712-00-8 Otto Paul Wenger, Введение в нумизматику, журнал банка Кредит Свисс, август 1978 (fr.). Swissmint, 150 лет швейцарских монет: короткий исторический экскурс Arxivləşdirilib 2005-09-01 at the Wayback Machine. (ing.) Swissmint, Чеканка швейцарских монет с 1850 года, 2000.
İsveçrə gerbi
. İsveçrə gerbi — İsveçrənin 1889-cu ildə qəbul edilmiş dövlət simvolu. Qırmızı qalxanda ağ xaç təsvir edilib, əsas dövlət atributlarından biridir, həmçinin bayraqla yanaşı rəsmi səfərlər və tədbirlər zamanı da istifadə edilir. == Təsviri == Qırmızı qalxanda xətləri kənarı kəsməyən ağ xaç təsvir edilib. Qırmızı və ağ rənglər ölkənin müstəqilliyinin işarəsidir, xaç isə İsveçrənin suverenliyinin toxunulmazlığını bildirir. Əsrlərlə bu simvol dəyişilməz qalıbdır.
İsveçrə ittifaqı
İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi. == İttifaqın yaranması == 1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır. 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq.
İsveçrə platosu
İsveçrə platosu - İsveçrənin əsas landşaft tiplərindən biridir. İsveçrənin 30% burada yerləşir. Alp dağlarının cənub-şərqində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 400-600 m-dir. Bura İsveçrənin ən çox əhalinin məskunlaşdığı zonadır. == Coğrafiyası == Platonun şimal və şimal-qərbi Yur dağları ilə əhatələnib. Platonun cənub-qərb hissəsi Cenevrə və Nevşat gölləri ilə əhatələnir. İsveçrə sərhəddi 300 km uzunluğu platodan keçir. Enliliyi qərbdən şərqə azalır. Cenevrə yaxınlığında platonun eni 30 km-dir.
İsveçrə qvardiyası
İsveçrə qvardiyası (tam adı: lat. Cohors pedestris Helvetiorum a sacra custodia Pontificis – azərb. Roma papasının müqəddəs mühafizəsinin piyada İsveçrə koqortası‎) — Vatikanın silahlı qüvvələrindən biri. İsveçrə qvardiyasını günümüzədək gəlib çatmış dünyanın ən qədim ordusu hesab etmək olar. 1506-cı ildə əsası qoyulmuş İsveçrə qvardiyası hal-hazırda cəmi 110 qvardiyaçıdan ibarətdir, onlar İsveçrə silahlı qüvvələrində hazırlanır və Vatikanda xidmət keçirlər. Lakin müharibədə onlar ancaq bir dəfə, 1527-ci ildə iştirak etmişlər. == İsveçrə qvardiyasının tarixi == İsveçrə qvardiyası Roma papası II Yulinin sərəncamı ilə yaradılmışdır. Məşhur incəsənət hamisi olan bu Roma papası tarixə həm də apardığı müharibələrinə görə qalmışdır. Roma papası olduğu on il ərzində (1503-1513) II Yuli fasiləsiz müharibə aparırdı. O dövrdə isveçrəlilər bir çox Avropa ölkələrinin qoşunlarında xidmət edirdilər və Avropada ən yaxşı əsgərlər sayılırdılar.
İsveçrə şəhərləri
Əhalisinin sayı 20 000 nəfərdən çox olan İsveçrə şəhərləri.
İsveçrə əhalisi
1975-ci ilədək İsveçrənin əhalisi həm təbii artım, həm də immiqrasiya hesabına artırdı. Sonradan immiqrasiya tempi azalmağa başladı. Əhalinin say hesabı 15 yaşa qədər — 23,4%, 60 yaşdan yuxarı — 15,1%-dir.. == Mənbə == "History Database of the Global Environment". 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10. == Ədəbiyyat == Урланис Б.Ц. Рост населения в Европе. — Москва., 1941.
Şivərin (Əbhər)
Şivərin (fars. شيورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (35 ailə).
Xeyir-dua verən Məsih (Rafael)
Xeyir-dua verən Məsih (it. Cristo benedicente) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Xeyir-dua verən Məsih" əsəri hal-hazırda İtaliyanın Lombardiya əyalətində, Breşia şəhərindəki Pinakoteka Tozio Martinenqoda saxlanılır. Məsihin xüsusiyyətləri Rafaelin avtoportretinə bir qədər bənzəyir.
Azərbaycanda baş verən zəlzələlərin siyahısı
Bu siyahı Azərbaycanda baş verən zəlzələləri ehtiva edir.