TALƏDDİN
TALIŞ
OBASTAN VİKİ
Mirzə Talıb xan
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir. 1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Mirzə Talıb xan Ordubadi
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir. 1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Aşıq Talıb
Aşıq Talıb (1877, Ağkilsə, Yeni Bəyazid qəzası – 21 may 1979, Ağkilsə, Vardenis rayonu) — Göyçə aşığı, Aşıq Ələsgərin oğlu. == Həyatı == Aşıq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir. Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur. Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır. Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir. XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır. == Kitabları == "Könlüm Vətən arzular". == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Talıb (Çaroymaq)
Talıb (fars. طالب‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Talıb Musayev
Talıb Qurban oğlu Musayev (1 yanvar 1908, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 4 aprel 2005, Bakı) — Azərbaycan və Ermənistan sovet ictimai-siyasi dövlət xadimi. Basarkeçər rayonu partiya komitəsinin birinci katibi. Ermənistan SSR Ali Soveti sədrinin birinci müavini. Maksim Musayevin atası. Talıb Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilir. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirir. 1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunur.
Talıb Məmmədov
Talıb Gürşad oğlu Məmmədov — Azərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004-2006-cı illərdə Azərbaycanın Pakistandakı hərbi attaşesi işləyib. General-leytenant rütbəsinə malikdir. Talib Məmmədov 1981-ci ildə Bakı Ali Hərbi Məktəbini bitirib. Talib Məmmədov Qarabağ müharibəsində və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1992-1993-cü illərdə Ağdamın müdafiəsinə rəhbərlik edib. Ağdamın müdafiəsinin uğursuz təşkilindən və şəhərin işğalından sonra tutuldu və bir neçə ay həbsxanada qaldı. 2004-cü ildə ölkə rəhbərliyi ilə qarşıdurma zamanı Talib Məmmədovun İlham Əliyevi Azərbaycan rəhbərliyində davamçı kimi qəbul etməməsi nəticəsində vəzifəsini itirdi və Azərbaycanın Pakistandakı səfirliyinə hərbi attaşe olaraq göndərildi. Daha sonra vəzifəsi aşağı endirilərək Müdafiə Nazirliyinin Elmi Tədqiqatlar Hərbi Mərkəzinə köçürüldü.
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib.
Talıb Talıbov
Talıb Şirazi
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Elman Talıbov
Elman Talıbov (tam adı: Elman Eldar oğlu Talıbov; 2 noyabr 1985, Bakı) — "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2019-cu ilinin yaz və 2020-ci ilinin payız seriyasının "Büllur bayquş" sahibi. 29 aprel 2019-cu il tarixində Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiyinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Elməddin Talıbov
Elnur Talıbov
Elçin Talıbov
Elçin Talıbov (d. 27 fevral 1990) — Azərbaycanlı para-cüdoçu. IV İslam Həmrəyliyi Oyunlarının qalibi. Elçin Talıbovun böyük qardaşı, Natiq Talıbov da cüdo (paracüdo) idman növü ilə məşğul olur və IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Elçin Talıbov 2017-ci ildə Azərbaycanın heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -66 kiloqram çəki dərəcəsində o, əvvəlcə Türkiyə idmançısı Rəcəb Çiftçini 002:000, ardınca Özbəkistan idmançısı Utkirjon Niqmatovu 010:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Elçin Talıbov, digər bir Azərbaycan cüdoçusu Bayram Mustafayevi 010:000 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Güləhməd Talıbov
Güləhməd Talıbov (Güləhməd Mirəhməd oğlu Talıbov) — kimya elmləri doktoru, professor. İlin müəllimi (2014). == Ümumi məlumatlar == Güləhməd Mirəhməd oğlu Talıbov Lənkəran rayonu, Şağlaser kəndində anadan olmuşdur. Təvəllüdü (gün, ay, il): 10. iyul 1961 Təhsil (məktəbin adı və ixtisası): 1978-ci ildə ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə köçürülmə yolu ilə Leninqard Dövlət Universitetinin (indiki Sankt-Peterburq universiteti) kimya fakültəsinin üçüncü kursundan təhsilini davam etdirmişdir. 1984-cü ildə "Fiziki üzvi kimya" kafedrasında kimyaçı ixtisası üzrə oranı bitirmişdir. LDU Elmi Şürasının qərarı ilə Ali məktəbi bitirən kimi aspiranturaya qəbul olunmağa tövsiyə edilmişdir. == Əsas elmi nailiyyətləri == 1984-cü ildən təyinatla Milli Elmlər Akademiyasının Neft-Kimya Prosessləri İnstitutunun "Nüvə maqnit rezonansı spektroskopiyası" qrupunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Talıbov Güləhməd Mirəhməd oğlu 2011-ci ildə "Doymamış C3-spirtlərin efirləri və onların törəmələri: sintezi xassələri və tətbiqi" mövzusunda kimya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Haqverdi Talıboğlu
Haqverdi Talıboğlu (1930–2018) — Aşıq, şair, müəllim. == Həyatı == 17 mart 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O,Aşıq Ələsgərin kiçik oğlu Talıbın oğludur. 1951-ci ildə Kirovabad Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1955-ci ildə həmin institutu bitirmişdir. Kəlbəcər rayonunun Yanşaq və Qamışlı kəndlərində 1958-ci ilə kimi müəllim işləmişdir. 1958-ci ildən Basarkeçər rayonunun Ağkilsə kəndində 30 il məktəb direktoru işləmidir. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Haqverdi Ələsgərov Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. Daşkəsən rayonunun Bayan kəndində yaşamışdır. 2018-ci il iyulun 4-də Gəncə şəhərində vəfat etmiş, iyulun 5-də Göygöl qəbirstanlığında dəfn olunmuşdur. == Həmçinin bax == Aşıq Ələsgərin nəvəsidir.
Hüseyn Talıbov
Talıbov Hüseyn Heydər oğlu (16 noyabr 1937, Kirovabad – 2013) —1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2007–2010-cu ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi. Hüquq elmləri namizədi. == Həyatı == Hüseyn Talıbov 1937-ci il noyabr ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirmişdir. 1964–1965-ci illərdə Xanlar Rayon Xalq Məhkəməsinin sədri, 1965–1970-ci illərdə Qax Rayon Xalq Məhkəməsinin sədri, 1970–1971-ci illərdə Zaqatala Rayon Xalq Məhkəməsinin sədri, 1971–1980-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1980–1985-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, 1985–1986-cı illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri ve Ali Sovetin deputati. 1992–2000-ci illərdə Sumqayıt Şəhər Xalq Məhkəməsinin sədri. 1994-cü ildə H. Talıbov Sumqayıt Şəhər Məhkəməsinin sədri işlədiyi vaxt respublika məhkəmələri hakimlərinin konfransında Bakı şəhəri və respublikanın digər şəhər və rayon məhkəmələri hakimlərinin ixtisas kollegiyasının sədri seçilmişdir. Qanunun tələbinə görə, məhkəmələrə hakimlərin seçilməsi və onların vaxtından əvvəl geri çağırılması yalnız ixtisaslaşdırılmış kollegiyanın razılığı ilə olurdu. Həmçinin hakimlərə ixtisas dərəcəsi verilməsi və onların intizam məsuliyyətinə cəlb edilməsi məsələlərinə də həmin kollegiyada baxılırdı. 2000–2007-ci illərdə isə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışmışdır.
Kamal Talıbzadə
Kamal Talıbzadə (tam adı: Kamal Abdulla Şaiq oğlu Talıbzadə; 14 avqust 1923, Bakı – 19 yanvar 2006, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar Elm xadimi (1982), Azərbaycanın Əməkdar Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Müstəqil Azərbaycan Respublikasının "Şöhrət ordeni" (1998), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) (1989), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin oğlu. == Həyat və fəaliyyəti == Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984–1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957–1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966–1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973–1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971–1978) redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir.
Mirzə Əbdürrəhim Talıbov
Mirzə Əbdürrəhim Talıbov (1834, Təbriz – 11 mart 1911, Buynaksk, Dağıstan MSSR) — azərbaycanlı nasir, publisist və maarifçi. Mirzə Əbdürrəhim Əbutalib Nədcar Təbrizi oğlu Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhərinin, Sərxab məhəlləsində dülgər ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 16 yaşında rus dilini öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedərək təhsilini orada davam etdirmiş, rus, ingilis və fransız dillərini öyrənmişdir. Tiflisdə təhsil aldığı dövrdə rus sosial-demokratlarının və rus yazıçılarının fikirləri ilə tanış olub onlardan təsirlənir. Tiflisdə yaşadığı dövrdə Qafqazda yolların və körpülərin tikintisindən varlanmış Məhəmməd Əli Xan Kaşanın kontorunda işləyib. Sonradan isə Temirxan-Şuraya köçərək burada şəxsi yol tikintisi kontoru açır. Qafqaz-Stavropol şose yolu çəkilməsi məhz onun kontoruna tapşırılmışdır. Özünə yeni ev almaqla yanaşı şəxsi kitabxana da tikdirir. Burada əslən Dərbənddən olan bir xanımla ailə qurur.
Murtuz Talıbzadə
Murtuza Heydər oğlu Talıbzadə (15 yanvar 1902, Qazax – 5 yanvar 1938, Bakı) — Polkovnik. Talıbzadə Murtuz 15 yanvar 1902-ci ildə Bakı şəhərində molla (ruhani) ailəsində dünyaya göz açmışdır. On beş yaşındaikən valideynsiz qalmışdır. 1915-ci ildə rus-tatar məktəbini bitirmişdir. Anası 1912-ci ildə vəfat edir. 1917-ci ildə ailəyə daha bir ağır itki üz verir, atası Heydər vəfat edir. Bundan sonra Murtuzanın himayəsində 12 yaşlı bacısı və 10 yaşlı qardaşı qalır. O, ailədəki vəziyyətilə əlaqədar ali ibtidai peşə məktəbində təhsilini ikinci sinifdən dayandırmağa məcbur olur. 1918-ci illərin ortalarına qədər kuryer vəzifəsində çalışmış, 1918-ci illərin sonundan isə Bakıda dəyirmanda işləyirdi. Azərbaycanın Sovetləşməsinin ilk günlərində könüllü kimi Fəhlə-Kəndli Qırmızı Ordusunun (P.K.K.A) sıralarına yazılmaqla bərabər Komandanlıq məktəbinə də qəbul edilir.
Məhəmməd Talıbov
Məhərrəm Talıbov
Məhərrəm Yusif oğlu Talıbov (15 mart 1971, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri. Məhərrəm Yusif oğlu Talıbov 1971-ci il mart ayının 15-də Şərur rayonunda anadan olmuş, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişdir. 1995-ci ildən 1999-cu ilədək Baş Mühafizə İdarəsinin Prezidentin Təhlükəsizliyi Xidmətinin mühaizəsiçi, 1999-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmişdir. 2004-cü ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarına qəbul edilməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 9 yanvar 2008-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini General mayor vəzifəsinə təyin olunmuşdur. III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. 2022-ci lin dekabrında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunub. Ailəlidir, üç övladı var. Vasif Talıbovun qardaşıdır.
Natiq Talıbov
Nəcəf Talıbov
Nəcəf Musa oğlu Talıbov (16 dekabr 1956, Qazax) — Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının “Fəxri auditor”u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, “Tərəqqi” medallı. Nəcəf Talıbov 1956-cı il dekabrın 16-da Qazax şəhərində anadan olmuşdur. Əslən rayonun Ağköynək kəndindəndir. 1974-cü ildə Qazax şəhəri 1 nömrəli orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra 1978-1980-ci illərdə hərbi xidmət etmişdir. 1990-1994-cü illərdə Qazax rayonunun müdafiəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Xalq təsərrüfatının müxtəlif sahələrində baş mühasib və dövlət idarəetmə orqanlarında məsul vəzifələrdə çalışmışdır (1980-1999). 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.
Seymur Talıbov
Seymur Vasif oğlu Talıbov (1988, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Vasif Talıbovun oğlu. Seymur Talıbov 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2007-ci ildə həmin ixtisasın bakalavr pilləsini, 2007–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq magistratura pilləsini bitirmişdir. Seymur Talıbov 2009–2010-cu illərdə magistratura təhsilini London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirmişdir. O, 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin Executive Eduation Liderlik və İdarəçilik proqramından məzunu olub. Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışır. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2014-cü ildə "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüququi problemləri" mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Seymur Talıbov 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. 14 iyun 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının dosentidir.
Sürəya xanım Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Sürəyya Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Təbriz Talıbov
Xavər Talıbova
Talıbova Xavər Ağa qızı — Azərbaycan SSR-nin görkəmli əmək qəhrəmanlarından biri. Xavər Talıbova 1924-cü ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Sosialist əməyi qəhrəmanı fəxri adına layiq görülmüşdür. 50 il xalqına xidmət edən Xavər Talıbova 1995-ci ildə vəfat etmişdir.
Ələkbər Talıbov
Ələkbər Talıbov (tam adı: Talıbov Ələkbər Hacı Məmmədəli oğlu; d. 7.08.1953, Neftçala rayonu, Bankə qəsəbəsi - ö. 8 mart, 2020, Neftçala rayonu, Bankə qəsəbəsi) - "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə (2000 və 2011-ci illər) Prezident təqaüdçüsü, Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı. Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirət edib. Azərbaycan Demokrat Firqəsinin üzvü olan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası - Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb.
Ələsgər Talıboğlu
Ələsgər Talıboğlu — şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı lauratı. Şair–publisist Ələsgər Talıboğlu 20 iyun 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində doğulub. Uşaqlıq illəri Dərələyəz mahalının Çivə kəndində keçib. Hətta birinci və ikinci sinifləri o kənddə oxuyub. Sonra ata yurdu olan Şərur rayonunun Kərimbəyli kəndinə qayıdıb və təhsilini orada davam etdirib. 1970-ci ildən ailəsi ilə birgə taleyini ana kəndi olan Axaməd kəndinə bağlayıb. 1975-ci ildə doğulduğu Kərimbəyli kəndində orta təhsilini başa vurub. Sovxozda fəhlə işləməyə başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1980–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Yusif Talıbzadə Tiflisi
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.