Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
İkilik ağac
İkilik ağac(binary tree)- – proqramlaşdırmada: hər bir buğumunda (NODE) ən çoxu iki “alt ağac” (sol və sağ) olan ağacşəkilli struktur növüdür. İkilik ağaclardan çox zaman informasiyaları çeşidləmək üçün istifadə edilir: ağacın hər bir buğumu açar olur və bu açardan kiçik olan bütün qiymətlər bir alt ağaca, böyük olanlar isə o biri alt ağaca düşür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik fayl
İkilik fayl (Binary file) – insanın oxuya biləcəyi ASCII kodlaşdırmasında olan mətndən fərqli olaraq, 8-mərtəbəli formatda olan verilənlər ardıcıllığından və ya icra kodundan ibarət olan fayl. İkilik fayllar, adətən, ancaq proqramın “anladığı” şəkildə olur. Çox zaman onlar elə sıxılır və yaxud elə struktura salınır ki, onları yalnız konkret proqramlar asanca “oxuya” bilsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik prefikslər
İkilik prefikslər – ölçü vahidlərinin önündə gələn və onların 2-nin qüvvətinə (daha dəqiqi, 1024=210 ədədinin qüvvətinə) vurulmasını bildirən ön şəkilçilərdir. 1024 və 1000 ədədləri yaxın olduğundan ikilik prefikslər Beynəlxalq Vahidlər Sisteminin standart onluq prefikslərinə uyğun qurulub. Bu prefikslərdən informasiyanın bit və baytların misli olan ölçü vahidlərini düzəltmək üçün istifadə olunur. İkilik prefikslər 1999-cu ilin mart ayında Beynəlxalq Elektrotexnika Komissiyası (INTERNATIONAL ELECTROTECHNICAL COMMISSION, IEC) tərəfindən daxil edilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkimiz (albom)
İkimiz – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Hacı Nazim, Abbas Bağırov, Ceyhun İsmayılov, Emin Sabitoğlu, Nailə Mirməmmədli, Zeynəb Xanlarova, Sevda Məmmədli, Nizami Rəmzinin bəstələri daxildir.
Ağvirani-kəbir
== Toponim == Ağvirani-kəbir - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. «Böyük Ağ viranə» mənasındadır. == Həmçinin bax == Qırxbulaq nahiyəsi İrəvan əyaləti == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Divanı-Kəbir
Divanı-Kəbir (Böyük Divan) və ya Divanı Şəmsi Təbrizi, Məhəmməd Cəlaləddin Ruminin söylədiyi ilahi eşq şeirlərindən ibarət olan, 44 min 8 yüz 34 beyitlik (rübai beytləri ilə birlikdə təxminən 50 min beyt) şeirlərdən ibarət əsərdir. Mövlananın "Aşiqlər Divanı" formasında adlandırdığı əsər eyni zamanda "Şəms Divanı", ya da "Divan-ı Şəmsi Təbrizi" kimi anılır. Divan ədəbiyyatında divanların şairlərinin adları ilə anılması ənənəsinə uyğun olmayan bu son adlandırma; Mövlananın qəzəllərinin sonunda öz adı əvəzinə (bir neçə istisna xaricində) hər zaman Şəmsi Təbrizi adından istifadə etməsindən irəli gəlir. == Xarakteri == Əsər, Xorasan vilayətinin xalq farscası ilə yazılmışdır. Yek avaz qəzəllərdən ibarətdir. Mövlana bu qəzəllərində, "Şəms (günəş) başda olmaq üzrə, bağ-bağça, gül-bülbül, aşiq-məşuq, dəniz-damla, mey-saqi kimi simvollarla ilahi məhəbbəti həmişə ön planda tutur; Məsnəvi olduğu kimi Allaha qovuşmadan könlünün rahatlıq tapmayacağını, ilahi eşqi yazan aciz qalıb qələminin qırıldığını, bu dünyanın bir palçıqdan ibarət olduğunu, çox yeməyin mənzilə çatmağa əngəl təşkil etdiyini, artıq ağla olan üstünlük və ucalığını, nəfsin pisliyini,miskin- miskin oturan insanların bu tənbəllikləri məqsədə (ilahi aşmaq) çata bilməyəcəyini, gecələrini yatmaqla deyil də eşq və ibadətlə keçirilməsi lazım olduğunu” vurğulayaraq şeirlərini didaktik bir üslubla deyir. Bəzi şeirlərində də qəzəlin ruhundan fərqli olaraq sosial mövzulara girir; Rüşvət yeyən qaziləri tənqid edir; Yalançı şeyxləri, şovinist alimləri mənfəət və zəlil kimi səciyyələndirir; Bazar yerlərindən, toy adətlərindən, küçədə oynayan uşaqlardan, zülmətə müqavimətdən və azadlıqdan bəhs edər. == Divan-i Kəbrin ən qədim əl yazıları == İstanbul-Süleymaniyyə Kitabxanası Əsəd Əfəndi Kitabları, No:2693347 Səhifə, Səlcuqlu nəsx yazısı, xəttatı məlum deyil, 13-ci əsr sonlarında yazıldığı təxmin edilir. Vatikan-Bibliotheca Vaticana, Pers.130270 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-ci əsr sonlarına doğru yazıldığı güman edilir. Dublin-Krister Beatty Library309 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-ci əsr sonlarına doğru yazıldığı güman edilir.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Kiber-casusluq
Kiber-casusluq (ing. Cyber spying) — hədəf sistemin konfidensiallığını pozmaq üçün kiber-hücumun istifadəsi.
Kiber-hücum
Kiberhücum (ing. cyberattack) — kiber-insident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber-silahın və ya kiber-silah kimi istifadə edilə bilən sistemin qəsdən istifadəsidir. Kompüterlərdə və kompüter şəbəkələrində hücum, aktivin icazəsiz istifadəsi, dəyişdirilməsi, aradan qaldırılması, məhv edilməsi, oğurlanması və ya əldə edilməsi üçün edilən hər hansı bir cəhddir. Kiberhücum, kompüter məlumat sistemlərini, infrastrukturları, kompüter şəbəkələrini və ya fərdi kompüter cihazlarını hədəf alan hər hansı bir hücum manevridir. Təcavüzkar, potensial zərər niyyəti ilə, icazəsi olmadan məlumat, funksiya və ya sistemin digər məhdud ərazilərinə daxil olmağa çalışan bir şəxs və ya bir prosesdir. Kontekstdən asılı olaraq kiber proqramlar kiberhücum və ya kiberterrorizmin bir hissəsi ola bilər. Kiberhücum suveren dövlətlər, fərdlər, qruplar, cəmiyyət və ya təşkilatlar tərəfindən istifadə edilə bilər və anonim bir mənbədən qaynaqlana bilər. Kiberhücumu asanlaşdıran məhsula bəzən kiber-silah deyilir. Kiberhücum həssas bir sistemi hack edərək müəyyən edilmiş hədəfi oğurlaya, dəyişdirə və ya məhv edə bilər. Kiberhücumlar şəxsi kompüterə casus proqramların quraşdırılmasından bütöv xalqların infrastrukturunu məhv etmək cəhdlərinə qədər ola bilər.
Kiber-silah
Kiber-silah (ing. Cyberweapon) — informasiya texnologiyalarına əsaslanan digər sistemlərin strukturuna və əməliyyatlarına ziyan vurmaq üçünyaradılmış, informasiya texnologiyalarına əsaslanan sistem (aparat təminatı, proqram təminatı və kommunikasiya mühitindən ibarət olur)..
Kiber-təqib
Kibertəqib (ing. Cyberstalking) — fərdi, qrupu və ya təşkilatı izləmək və narahat etmək üçün İnternet və ya başqa elektron vasitələrdən istifadə edilməsi.
Kiber təhlükəsizlik
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) – kompüter sistemləri və şəbəkələrinin icazəsiz şəkildə məlumatların açıqlanması, oğurlanması və ya texniki vasitələr, proqram təminatı və ya verilənlərin (data) zədələnməsi ilə nəticələnə bilən zərərli aktorlar tərəfindən hücumdan, habelə proqram təminatının pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemlərinə, internetə və Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına olan inamın genişlənməsi və smartfonlar, televizorlar və müxtəlif əşyaların internetini (IoT) təşkil edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması ilə əlaqədardır. Kibertəhlükəsizlik həm informasiya sistemlərinin mürəkkəbliyinə, həm də onların dəstəklədiyi cəmiyyətlərə görə müasir dünyanın ən mühüm problemlərindən biridir. Elektrik paylanması, seçkilər və maliyyə kimi genişmiqyaslı sistemləri, dövlət və əhalinin məlumatlar bazasını və s. idarə edən sistemlər üçün təhlükəsizlik xüsusilə yüksək əhəmiyyət kəsb edir. == Tarix == İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi. 1967-ci ilin aprel ayında Uillis Var (Willis Ware) Spring Joint Computer Conference-ında təşkil etdiyi sessiya və Ware Hesabatının sonradan nəşri kompüter təhlükəsizliyi sahəsinin tarixində təməl məqamlar oldu.
Kəbir Azəri
Kəbir Azəri (tam adı: Kəbir Məmmədov; 21 may, 1960, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — 19 yanvar, 1997, Bakı, Azərbaycan) — Azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === 1960-cı il mayın 21-də Bakının Buzovna kəndində anadan olub. Kimya Texnologiyası Texnikumunda təhsil alıb. İlk dəfə meyxananı 12 yaşında deyib. === Yaradıcılığı === Meyxanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi olub. === Ölümü === O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Nizami Rəmzi ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Sibir Respublikası
Sibir Respublikası (17 iyul 1918 — 3 noyabr 1918) — yarım il müddətində mövcud olan Müvvəqqəti Sibir hökuməti tərəfindən idarə edilən dövlət. Respublika iyundan noyabra qədər müddətdə Vətəndaş müharibəsi dönəmində Ural dağlarından Sakit okean sahillərinə qədər uzanırmış. Ərazisinə həmcinin Şərqi Çin dəmir yolu sahəsi və Harbin əraziləridə daxil olmuşdur. == İstiqlaliyyətdən öncə == Sibir Respublikasının yaramasının əsas səbəbi 1917-ci ilin dekabrından 1918-ci ilin mayına qədər Rusiyanın şərq hissəsində yaranan idarə boşluqları olmuşdur. Bu zaman Sibirdə vilayətlərin idarə edilməsi üçün dövlət orqanları təşkil edilir. == Respuplikanın tarixi == İcraedici hakimiyyət Müvvəqəti Sibir hökumətinə məxsus olmuşdur. Hökumətə Pyotr Vasileviç Volqodski rəhbərlik etmişdir. Sibir vilayət duması Omsk şəhərində yerləşirdi. Ölkənin əsas hərbi qüvvəsi Sibir ordusu olmuşdur. Bu ordu bir necə 10 minlik qüvvədən ibarət olmuşdur.
Sibir Tatarları
Sibir tatarlar (öz dillərində: Seber Tatarlar, rus. сибирские татары, tatar. татарлар) — Rusiya Federasiyasında kompakt, digər ölkələrdə isə az sayda yaşayan, türk xalqlarından biri. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federativ Respublikasında 9.611 nəfər Sıbırlar yaşayır.
Sibir baldırğanı
Sibir baldırğanı (lat. Heracleum sibiricum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sibir cökəsi
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.
Sibir damotu
Sibir damotu (lat. Leonurus sibiricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Sibir haskisi
== Ümumi məlumat == Bu itlər buz mavisi gözləriylə qorxuducu olsalar da, əslində, sevgi dolu bir heyvandırlar. Azadlıqlarına düşkündürlər və inadcıldırlar, yaltaqlanmağı sevmirlər. Bəzilərinin göz rəngi fərqli ola bilər (hətta gözlərinin rəngləri ayrı-ayrı da olur). Uşaqlara qarşı çox xoşgörüşlüdür. Əslində hamı ilə yaxşı keçinir amma quş, siçan kimi balaca heyvanları ovlamaq istəyir, tək qalanda sıxılıb evdəki bəzi əşyaları gəmirə bilər. Boş yerə hürməzlər, amma ulaya bilərlər. İstiyə qarşı dözümləri yoxdur, 60 dərəcə soyuğa kimi dözə bilərlər. Zəif yerleri burun, qulaq və gözleridir, bu orqanları çox həssas və daima nəzarətdə olmalıdırlar. Orta ömürləri 11–13 ildir. Erkəyinin çəkisi: 20 ilə 27, dişisinin çəkisi: 16 ilə 23 kq arasıdır.
Sibir küknarı
Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır. Çox dekorativdir, iynəyarpaqları gümüşü-ağdır. Cavan zoğları çılpaqdır.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.