Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlicanlı
Əlicanlı (Sabirabad)
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
İkibaşlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. == Mənşə == Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
İkinci Əlicanlı
İkinci Əlicanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Girvan düzündə yerləşir. Qarabağdan gəlmə ailələrin məskunlaşması nəticəsində yarandığından Qarabağ Alıcanlısı da adlanır. Oykonimin birinci komponenti ərazidəki Alıcanlı adlanan yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə xidmət edir. == Din == Kənddə 2-ci Alıcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
İkitaylı qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) - (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı - (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay - (lat.cuspis anterior) və arxa tay - (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
İkixallı torağay
Əlicanlı (Sabirabad)
Əlicanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Baldırın ikibaşlı əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Bazunun ikibaşlı əzələsi
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
İkixallı çöl torağayı
İkixallı çöl torağayı (lat. Melanocorypha bimaculata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin çöl torağayı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Növə bu adın verilməsinə səbəb, sinəsindəki iki qara ləkənin olmasıdır. Çöl torağayına çox bənzəyir, ondan bir az kiçik, ancağ daha iri dimdikli, qısa quyruqlu və qırmızımtıl rəngdədir. Sinə ləkələri daha kiçik, gözü tünd qara, qaşı dümağ və daha diqqətə çarpandır. Gözdən dimdiyə doğru gedən qara xətt vardır. Uçuşda, alt hissəsi boz-qəhvəyi, qısa geniş qanadları və ağ uclu qısa, amma kənarları ağ olmayan quyruğu görsənir. Quyruq naxışları və qanadları, qərbli qohumlarından ayıran xüsusiyyətləridir. Qanad ucları itidir.
Siçanlı
Yaşayış məntəqələri ErmənistanSiçanlı (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Siçanlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur. Təzəkəndin yanında yerləşmişdir.TürkiyəSıçanlı (İğdır) — İğdır ilinin Merkez ilçesine bağlı bir kənd.ToponimSiçanlı (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Siçanlıdağ — Kəlbəcər rayonunda dağ. Siçanlı — Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində yer adı. Siçanlı yalı — Tovuz rayonunun Qaralar kəndində yer adı.
Birinci Alıcanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Acun Ilıcalı
Acun Ilıcalı (29 may 1969, Ədirnə, Ədirnə ili) — mənşəcə azərbaycanlı olan türkiyəli televiziya prodüseri və aparıcısı. "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibidir. == Həyatı == Ailəsi Ərzurumun Ilıca mahalında yaşayıb. Ata tərəfdən əslən azərbaycanlıdır. İlk və orta təhsilini "Edirne İstiklal İlköğretim Okulu"nda alıb, "Kadıköy Maarif Koleji"nin orta bölümündə tamamlamışdır. "Kadıköy Anadolu Lisesi"ni bitirdikdən sonra "Gazi Üniveristesi"nin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuşdur. Lakin universitetdə oxumayıb, televizyanı seçmişdir. 19 yaşında evlənmiş və bu evlilikdən Banu adında qızı dünyaya gəlmişdir. 20 yaşında ikən qızı anadan olduqdan 9 ay sonra ailəsini itirmişdir. Daha sonra ilk həyat yoldaşından boşanmışdır.
Siçanlı (Talin)
Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzlarin beydilli tayfasından olan sincan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir. Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.
Siçanlı (Talın)
Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzlarin beydilli tayfasından olan sincan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir. Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.