Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. == Tarixçə == İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. == Xüsusiyyətləri == Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir.Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır. == Süfrəyə verilməsi == Sumqayıt dolması süfrəyə ilıq şəkildə verilir.
İkiqat inteqral
İkiqat inteqral birdən çox dəyişəni olan funksiyaların müəyyən inteqralının ümumi formasıdır, məsələn f(x, y) və ya f(x, y, z). R2 sahəsində ikidəyişənli funksiyanın inteqralı ikiqat inteqral,R3 sahəsində üçdəyişənli funksiyanın inteqralı isə üçqat inteqral adlanır. == Giriş == Birdəyişənli müsbət funksiyanın müəyyən inteqralının funksiya ilə x oxu arasındakı hissənin sahəsini ifadə etdiyi kimi, ikidəyişənli müsbət funksiyanın ikiqat inteqralı da funksiya tərəfindən təyin olunan əyri ilə (üçdəyişənli Kartezian müstəvisində z = f(x, y)) sahəni əhatə edən müstəvinin həcmini təyin edir. (Eyni həcm üçqat inteqralla da tapıla bilər f(x, y, z) = 1) Əgər funksiya çoxdəyişənlidirsə o zaman ikiqat integral çoxölçülü funksiyanın hiper həcmini ifadə edəcək. : == Riyazi tərif == n > 1 halı üçün "yarı açıq" n-ölçülü hiper dördbucaqlı T domeninin təyinatı: T = [ a 1 , b 1 ) × [ a 2 , b 2 ) × ⋯ × [ a n , b n ) ⊆ R n . {\displaystyle T=\left[a_{1},b_{1}\right)\times \left[a_{2},b_{2}\right)\times \cdots \times \left[a_{n},b_{n}\right)\subseteq \mathbf {R} ^{n}.} Hər interval bölgüsü [aj, bj) sonlu Ij ailəsinin örtüşməyən alt intervalı olan ijα, ilə sol tərəfdən bağlı sağ tərəfdən isə açıqdır. Beləliklə sonlu alt dördbucaqlı ailəsi olan C C = I 1 × I 2 × ⋯ × I n {\displaystyle C=I_{1}\times I_{2}\times \cdots \times I_{n}} şəklində verilir və T `nin bir bölgüsüdür;alt dördbucaqlı Ck örtüşməyəndir və onların birləşməsi T `dir. f : T → R , Tüzərində təyin olunan funksiyadır.Hesab edək ki T `nin hissəsi olan C, m ald dördbucaqlılar ailəsidir, Cm və T = C 1 ∪ C 2 ∪ ⋯ ∪ C m {\displaystyle T=C_{1}\cup C_{2}\cup \cdots \cup C_{m}} (n + 1) ölcülü həcmin Riman cəmi ∑ k = 1 m f ( P k ) m ⁡ ( C k ) {\displaystyle \sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} (C_{k})} Pk , Ck `da yerləşən nöqtədir və m(Ck) intervalların uzunluqları hasilidir. S = lim δ → 0 ∑ k = 1 m f ( P k ) m ( C k ) {\displaystyle S=\lim _{\delta \to 0}\sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} \,(C_{k})} . Əgər f Riman mənada inteqrallanandırsa, S ,T üzərində f funksiyasının Riman inteqralı adlanır və bu təyin olunur: ∫ ⋯ ∫ T f ( x 1 , x 2 , … , x n ) d x 1 ⋯ d x n {\displaystyle \int \cdots \int _{T}\,f(x_{1},x_{2},\ldots ,x_{n})\,dx_{1}\!\cdots dx_{n}} Bu ifadə adətən aşağıdakı formada ifadə olunur: ∫ T f ( x ) d n x .
İkiqat lələkyarpaq yatıqqanqal
İkiqat lələkyarpaq yatıqqanqal (lat. Bidens bipinnata) — üçbarmaq cinsinə aid bitki növü.
İkiqat şah (şahmat)
İkiqat şah — Şahmat termini Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi.
Zombilənd: İkiqat Atəş
Zombieland: Double Tap rejissoru Ruben Fleischer olan və Rhett Reese, Paul Wernick və Dave Callaham tərəfindən müştərək formada süjet xətti yazılmış Amerika qorxu/komediya/macəra filmidir. Bu, uydurma zombi apokalipsisində yolları kəsişən dörd dostun sağ qalmasından bəhs edən Zombieland filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə baş verir. == İstinadlar == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
İkiqat Sosialist Əməyi Qəhrəmanı
İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 221 nəfər bu ada layiq görülüb.
İkiqat Sovet İttifaqı Qəhrəmanı
İkiqat Sovet İttifaqı Qəhrəmanı (rus. Дважды Герои Советского Союза) — 154 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilərək, vətənində ona burunc büst qoyulurdu. Azərbaycanda bu ada ikinci dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür.
İkiqat lələkyarpaq yalançı sabunağacı
İkiqat lələkyarpaq yalançı sabunağacı (lat. Koelreuteria bipinnata) == Təbii yayılması == Şimali Çin, Kоrеya və Şərqi Mоnqоlustanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə çatan dеkоrativ ağacdır. Yarpaqları lələkvaridir. Yarpaq bölünməsinin üç hissəli olması bitkiyə daha çox dekorativ görünüş verir. Bölünmənin birinci cərgəsi cüt-lələkvari, ikincisi (xırda yarpaqların hissələrə bölünməsi) cüt olmayan lələkvaridir. Yayın ortalarında, çiçəkləmə dövründə, tünd yaşıl çətiri çoxsaylı və iri sarı çiçəklərlə örtüldükdə çox gözəl olur. Çiçəkləri yazda cüt, ağ, içərisi yumru, xırda, qara- qonur, bərk toxumludur. Çiçəkləyir və cücərmə qabiliyyətinə malik tоxum vеrir. Tоxumlar və kök pöhrələri ilə çоxalır.
İkiqat partlayış (film, 1994)
İkiqat partlayış (ing. Double Blast) — 1994-cü ildə Tim Sprinq tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Klaudia arxeoloq qadındır. Kikboks üzrə çempionla birlikdə qızıl axtarışına çıxırlar, lakin bu axtarışda çoxlu macəralar baş verir… == Rollarda == == Xarici keçidlər == İkiqat partlayış — Internet Movie Database saytında.
İkiqat zərbə (film, 1991)
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. == İstinadlar == == Xarici keçidlər == İkiqat zərbə — Internet Movie Database saytında.
Zombilənd: İkiqat Atəş (film, 2019)
Zombieland: Double Tap rejissoru Ruben Fleischer olan və Rhett Reese, Paul Wernick və Dave Callaham tərəfindən müştərək formada süjet xətti yazılmış Amerika qorxu/komediya/macəra filmidir. Bu, uydurma zombi apokalipsisində yolları kəsişən dörd dostun sağ qalmasından bəhs edən Zombieland filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə baş verir. == İstinadlar == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
İkiqai
İkiqai və ya İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) həyatın məna və sevincini təsvir edən yaponca bir anlayışdır. Sərbsət tərcümə etsək ikiqai "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir. Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub. Yaponca ikiqai müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqai üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir.
İkiqay
İkiqai və ya İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) həyatın məna və sevincini təsvir edən yaponca bir anlayışdır. Sərbsət tərcümə etsək ikiqai "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir. Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub. Yaponca ikiqai müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqai üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir.
Akimat
Akimat, Akimiat (idarəetmə; qaz. әкімшілік, әкімдік, qırğ. акимчилик) — Qazaxıstanda regional icra orqanı, Qırğızıstanda rayon dövlət idarəsi. Əyalət başçısı (regional hökumət) bələdiyyə sədridir, bölgədə respublikanın prezidentini və hökumətini təmsil edir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın icra hakimləri prezident tərəfindən təyin edilir. Təşkilati struktur yerli icra hakimiyyətinin icra orqanı kimi məsuliyyət və səlahiyyətləri ilə müəyyən edilir. Bələdiyyə, bələdiyyə sədrindən, müavinlərindən, şöbələrdən, şöbələrdən və digər xidmət bölmələrindən ibarətdir. Əyalətin quruluşu bölgənin, rayonun, şəhərin idarəetmə sxeminə uyğun olaraq müəyyən edildikdən dərhal sonra bələdiyyə başçısının təklifi ilə məsləhət tərəfindən təsdiq edilir. Yerli icra orqanlarının iqtisadi və maliyyə əsaslarını inzibati ərazi vahidlərinin əmlakı (onlara aid olan məsləhətin və yerli idarəetmə orqanlarının əmlakı), yerli büdcədən vəsaiti, büdcədən ayrılan yerli vergilər, qrantlar və yardımlar, dövlət rüsumları təşkil edir. Şəhər və rayon mülkləri üçün icarə, vergi və digər ödənişlər tutulur.
Etiqat Hacıyev
Etiqat Balaxan oğlu Hacıyev (25 fevral 1974 – 5 iyul 1993, Bakı) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etiqat Hacıyev Balaxan oğlu 25 fevral 1974-cü ildə doğulmuşdur. Lənkəran şəhərində süruculuk üzrə təlim almışdır. 1992-c ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artileriya batalyonundan başlamışdır. Tank sürucusu olmuşdur. Ağdamın Quzanlı, Mərizli və digər kəndlərin müdafiəsində şəxsi igidlik göstərib. Ağdamda gedən döyuşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanmışdır. Və yaralı halında Bakı şəhərində Hərbi Hospitalda yerləşdirilmişdir. 5 iyul 1993 Hospitalda olduğu zaman dünyasını dəyişmişdir.
Fukuuçi Kiqay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Kiğal (Vərziqan)
Kiğal (fars. كيغال‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 537 nəfər yaşayır (125 ailə).
Kıuat (Baymak)
Kıuat (başq. Ҡыуат, rus. Куватово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. Kənd Kıuat XVIII əsrin sonları salınmışdır. 1816-cı il məlumatına görə kənddə 31 həyət və 200 sakin vardı. 1859-cu ildə əhalinin sayı 434 nəfər təşkil edirdi. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 42 km, kənd sovetliyindən (Əbdülkərim): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 83 km.Kənd Samkara çayının sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Mustafa İrgat
Mustafa İrgat (22 yanvar 1950 – 3 mart 1995), Türk şair və sinema yazarı. == Həyatı == 22 Yanvar 1950-ci ildə İstanbulda dünyaya göz açmışdır. Saint-Joseph Kollecində təhsil almışdır. İlk şeiri "Yeni Dərgi"də dərc olundu (1971). "Sokak" və "Beyaz" dərgilərində şeir, "Yeni Sinema", "Nokta" və "Gündem"də film yazıları çıxdı. Şəkil çəkdi. "Aidsiz Kimlik Kitabı" (1993) şeirlərindən, "Duhuldəki Deney" (1995) adlı kitabı film yazılarından ibarətdir. Mustafa İrgat 3 Mart 1995-ci ildə İsanbulda vəfat etdi. == Mükafatları == "Aidsiz Kimlik Kitabı" ilə 1995 "Orxon Murad Arıburnu Şeir Mükafatı" == Kitabları == === Şeir === Aidsiz Kimlik Kitabı (YKY, 1993) Sonu Zor (Çapa Hazırlayan Əhməd Güntan, YKY, 2011) === Film Yazıları === Duhuldəki Deney (YKY, 1995) == Mənbə == Ykykultur.com.tr - Mustafa İrgat`ın Biyografisi == Dış bağlantılar == D'okunmada Mademki: Mustafa Irgat hakkında yazılanlar ve yazıları.