Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
İlasın mağarası
İlasın (Qızılquş) (başq. Ыласын) başqırdca — qızılquş, rəsmi olaraq Elasın — Başqırdıstanın İşimbay rayonunda olan mağara.1985-ci ildə təbiət abidəsi kimi qorunur. Qorunan ərazinin sahəsi 100 hektardı. Qorunan əraziyə əhəngdaşlarından təşkil olunmuş mağara, eləcə də Cənubi Uralın enliyarpaqlı ağaclarından ibarət qərb yamacları daxildir.Seleuk çayı hövzəsinə daxil olan Utınlıqol çayının sağ sahilində yerləşir. Mağara İşimbay royunun Xazinova kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Mağara karst mənşəlidir, orta karbonun əhəng daşlarından təşkil olunub. Mağara əsas zaldan və şərqi, şimal-şərqi və cənub-şərqi girişlər sistemindən ibarətdir. Mağaranın uzunluğu — 487 metr, orta eni — 10 metr, orta hündürlüyü — 5 metr, amplitudası — 28 metr, sahəsi 1025 m², həcmi isə 5287 m³-dir. Əsas giriş arka şəkilli olub (eni 12 metr, hündürlüyü 7,6 metr) 30 metrlik qıf daxilində yerləşir. Giriş 170 metr hündürlükdədir.