1. İMANSIZ [Şirin Nurcahana:] Ay imansız qarı, sən haman Nurcahan deyilsənmi ki, Nəzərəli bəyin qızının əvəzində Şahqulu bəyə öz qardaşın arvadın göstərdin, nə qədər onu yedin? (N.Vəzirov); BƏDİMAN Kafirə bax, gör nə bədimandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! (M.Ə.Sabir); BİİMAN Fatma xanım: Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! (N.Vəzirov); KAFİR (bax).
2. imansız bax insafsız; zalım