Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BWF İnternational Challenge
BWF İnternational Challenge — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Series və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 15000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF İnternational Challenge BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
BWF İnternational Series
BWF İnternational Series — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Challenge və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 5000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF Beynəlxalq Seriyası BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
CI İnternational (jurnal)
Caucasus İnternational (jurnal)
“Caucasus International” (CI) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən xarici siyasət məsələlərinin təhlilinə dair 2011-ci ildən etibarən nəşr olunan beynəlxalq jurnaldır. == Haqqında == CI Cənubi Qafqaz və Türkiyə ilə bağlı araşdırmalar aparan alim və tədqiqatçılar üçün keyfiyyətcə yeni bir müzakirə platforması təqdim edir. Jurnalda əsasən beynəlxalq münasibətlər və xarici siyasətin müxtəlif problemləri, Qafqaz regionunda cərəyan edən hadisələr, müxtəlif ölkələrin Qafqaz siyasəti, cəmiyyət və iqtisadiyyat məsələlərinə dair elmi məqalələr dərc edilir. Jurnal eyni zamanda nəinki Cənubi Qafqaz regionu, eləcə də ayrı-ayrı ölkələr üzrə (Türkiyə, Rusiya, ABŞ, Çin, Avropa ölkələri) geniş iqtisadi, siyasi və sosial məsələlərlə bağlı akademik müzakirələrə həm mahiyyət, həm də keyfiyyətcə kömək etmək və təşviq etmək məqsədli bir platforma təmin edir. Jurnalda bu vaxtadək Avropa, Amerika, Rusiya, Türkiyə, Çin və Azərbaycanın görkəmli alim və ekspertlərinin aidiyyəti mövzular üzrə məqalələri dərc edilmişdir. CI-nin əsas məqsədi akademik dialoqu təşviq etmək və mümkün qədər geniş ictimaiyyətin cəlb edilməsi üçün intellektual forum yaratmaqdır. Jurnalın hər bir sayı qlobal və ya regional mövzulara həsr olunur və müxtəlif ölkələrin müəlliflərinin görüşlərini əhatə edir. Jurnal əsasən Qafqaz regionunun qonşuluğunda baş verən hadisələrə qlobal kontekstdə diqqət yetirir. Jurnalda dərc edilən maqalələr aparıcı dövlətlərin - Türkiyə, İran, Rusiya və ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti, eləcə də Avropa, Asiya və Orta Asiyada baş verən hadisələrin Cənubi Qafqaz perspektivindən və siyasi baxımdan təhlilini oxuculara çatdırır. CI-nin bölgə və onun qonşuları ilə bağlı təhlilləri qlobal kontekstə əsaslanır.
ATV International
CBC (Caspian Broadcasting Company) — 2009-cu ildə ATV International adı ilə yayıma başlayan çoxdilli kanal. 10 aprel 2013-cü il tarixində kanal SOCAR tərəfindən alınıb və CBC adı ilə fəaliyyətinə davam edib. Ad dəyişdirdiyi ilk bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi — Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı. == Tarixçə == ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi.
Amnesty International
Amnesty International (həmçinin Amnesty və ya AI adı ilə də tanınır) — əsası 1961-ci ildə Böyük Britaniyada qoyulmuş və məqsədi "özünün insan haqlarının təbliği sahəsində işi kontekstində fiziki və psixoloji toxunulmazlıq hüququnun, vicdan və özünüifadə azadlığının, diskriminasiyadan azad olma azadlığının pozulmasının qarşısının alınması və dayandırılmasına yönəldilmiş tədqiqatlar və hərəkətlər həyata keçirilməsi" olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.
CNN International
«CNN International» — ingilisdilli beynəlxalq televiziya kanalı olan "Time Warner" şirkətinin bölməsi olan "Turner Broadcasting System" media holdinqinə məxsusdur. Əsasən xəbərlər yayımlanan, dünya hadisələri və məşhur insanlarla müsahibələr üzrə analitik proqramlar da mövcuddur. Kanal dünyanın əksər ölkələrində göstərilir Bütün ən əhəmiyyətli anket və tədqiqatlara görə, CNN International, Avropa, Orta Şərq, Afrika və Cənubi Amerikada auditoriyaya çatmaq üçün bir nömrəli xəbər kanalıdır. 2013 və 2014-cü illərdə Böyük Britaniyada Royal Television Society "İlin Xəbər Kanalı" kimi tanınıbdır. == İstinadlar == "The Secret to 'Ailing' CNN's Success". The Wire. 2012-06-13. 2016-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14."Media: CNN International offers global reach". 2010-03-12."CNN Worldwide Fact Sheet".
Dana International
Şaron Kohen (ivr. ‏ שרון כהן‏‎, 2 fevral 1969 və ya 2 fevral 1972, Tel-Əviv) ya da bilinən səhnə adıyla Dana International (דנה אינטרנשיונל) — İsrail müğənnisi, mahnı şairi, bəstəkar. Dana International Yaron Kohen (ירון כהן) adı ilə bioloji olaraq kişi cinsiyyəti ilə dünyaya gəlmişdir. 13 yaşındaykən homoseksual olduğunu kəşf etmişdir və 1993-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olmuş, Yaron olan adını Şaron olaraq dəyişdirmişdir. Birləşmiş Krallığın Birminhem şəhərində təşkil edilən 1998 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil eymiş və "Diva" adlı mahnıyla birinci yeri tutmuşdur. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Ding Dong" adlı mahnı ilə bir dəfə daha təmsil etmişdir. Ancaq finala çıxa bilməmişdir.
FINCA International
"FINCA International" (ing. Foundation for International Community Assistance) — kredit təşkilatı == Tarixçə == Əsası 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır. Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur. "FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 150,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. Missiya FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Baxış FINCA-nın baxışı dünya miqyasında insanların yaşayışını yaxşılaşdıracaq dayanıqlı, inkişafa meyilli və sosial yönümlü qurumların qlobal şəbəkəsini yaratmaqdan ibarətdir.
FXB International
"Fransua-Haviyer Bonyu Assosiasiyası" (fr. Association François-Xavier Bagnoud və ya FXB International) — QİÇS və yoxsulluğun zərər çəkmiş uşaqlar üçün yardım təmin etməyə yönəlmiş beynəlxalq təşkilat. == Tarixi == Təşkilat 1989-cu ildə təsis edilib. Belə ki, fransalı keçmiş jurnalist və film istehsalçısı Albina dü Buaruvrey 1986-cı ildə həyatının ən ağır itkisini verdikdən - yeganə oğlu Fransua-Haviyer Bonyunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. "Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim." == Fəaliyyəti == Təşkilat fəaliyyətinə 1990-ci illərdə, uşaqlarda QİÇS xəstəliyi olan Uqandadan başlayıb. Hazırda Afrika, Asiya və Latın Amerikasının ən yoxsul 8 ölkəsində fəaliyyət göstərir. == Büdcə proqramı == İlk üç ildə hər 100 ailədən 80-i bu proqrama daxil edildi. Birinci il onlar pulsuz ərzaq, tibbi yardım, təhsil və evlə təmin edilirdi ki, bu müddət ərzində ailə başçısı pul qazanmaq üçün yollar axtarırdı. Bu, ya bir inək, ya bir paltartikən maşın, ya da kənd təsərrüfatı üçün lazım olan alət ola bilərdi.
International Baccalaureate
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. == Proqramlar == === Diplom Proqramı === Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.
SIL International
SIL International (ing. Summer Institute of Linguistics, Yay Dilçilik İnstitutu) — əsas məqsədi linqvistik biliklərin genişləndirilməsi və ədəbiyyatın zənginləşdirilməsi üçün az yayılmış dillərin öyrənilməsi, inkişaf etdirilməsi və sənədləşdirilməsi olan beynəlxalq qeyri-kommersiya təşkilatı. Fəaliyyəti İncilin az yayılmış dillərə tərcümə olunması istiqamətində qurulan Wycliffe Bible Translators agentliyi ilə əməkdaşlıq edir. SIL International öz tədqiqatlarının məlumat bazasını Ethnologue - dünya dillərinin məlumat bazası vasitəsilə ötürür. Təşkilata 50 ölkədən 6 mindən çox adam üzvdür.
Transparency International
Transparency International e.V (TI) — Almaniyanın Berlin şəhərində yerləşən Beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1993-cü ildə yaranıb. Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən anti-korrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir.
Ecma International
Avropa kompüter istehsalçıları assosiasiyası — kompüter avadanlıqları istehsal edən Avropa firmalarının təşkilatı; mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və ABŞ-nin CBEMA (Computer and Business Equipment Manufacturers Association) assosiasiyasının analoqudur. 1961-ci ildə yaradılmış bu qurum 1994-cü ildən European Association for Standardizing Information & Computer Systems adlanır. İnformasiya texnologiyaları üzrə standartların işlənib hazırlanması və irəlilədilməsi ilə məşğul olur. Mövcud olduğu müddətdə 270-dən artıq standart, o cümlədən proqramlaşdırma dilləri üçün ECMA-262 spesifikasiyasını işləyib hazırlayıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 253 s.
Morison International
Morison International (MI) (MI, Morison İnternaşln kimi tələffüz olunur) — dünya üzrə audit, mühasibat, qiymətləndirmə, hüquq və konsaltinq şirkətlərini özündə birləşdirən beynəlxalq assosiasiya. Morison International şirkətləri qlobal assosiasiyada birləşdirir. Hər bir şirkət müstəqil hüquqi şəxs olaraq qalır, lakin onların hamısı assosiasiya tərəfindən qəbul edilmiş keyfiyyət standartlarına və iş qaydalarına uyğundur. Dövri nəzarət tədbirləri vasitəsilə Mİ-nin mərkəzi ofisi tərəfindən işin keyfiyyəti yoxlanılır. Morison Beynəlxalq Assosiasiyası üçün şirkətlərin seçimi Böyük Britaniyada MI rəhbərliyi tərəfindən müəyyən edilmiş standartlarla tənzimlənir. Morison International-a daxil olan şirkətlər uzun tarixə malikdir və zamanla sınaqdan keçirilmiş işgüzar nüfuza malik olmalıdırlar. Xüsusilə, onlardan biri — MacIntyre Hudson (Böyük Britaniya) 1880-ci ildə açılıb və 130 ildən artıqdır ki, müştərilərin etimadını qazanıb. Hazırda assosiasiya 60 ölkədə 90 müstəqil şirkəti birləşdirir. Morison International 209 ofisi, 633 partnyoru və dünya üzrə 5237-dən çox əməkdaşı ilə beş qitədə fəaliyyət göstərir. Londondakı qərargahından əlavə Morison International-ın 4 regional bölməsi var: Morison Beynəlxalq Avropa və Şimali Amerika; Morison Beynəlxalq Latın Amerikası; Morison Beynəlxalq Asiya və Sakit Okean; Morison Beynəlxalq Afrika.
Emap International Limited
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
International Baccalaureate Organization
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. == Proqramlar == === Diplom Proqramı === Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.
International Business Machines
IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi. 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı. 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi. 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.
International Business School
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
Miss Grand International
Miss Böyük Beynəlxalq (ing. Miss Grand International; tay มิสแกรนด์อินเตอร์เนชันแนล) 2013-ci ildə Nawat Itsaragrisil tərəfindən təsis edilib və müsabiqə ilk dəfə Taylandda baş tutub. Miss Böyük Beynəlxalq titulu rəqabət apardığı Miss Kainat, Miss Dünya, Miss Beynəlxalq, Miss Yer və Miss Sözügedən ilə birlikdə dünya üzrə tanınan məşhur müsabiqələrdən biridir. Qalib şəxs həm də, bir il ərzində təşkilat təmsilçisi seçilir və MGIO ilə bağlı müxtəlif xeyriyyə tədbirləri iştirak edə bilir. Miss Böyük Beynəlxalq-ın qalibi ənənəvi olaraq bir il Bangkokda yaşayır. Müsabiqənin son mərhələsində 20, yaxud 21 yarımfinalçı qalır. Bu mərhələdə müxtəlif tədbirlər, şənliklər həyata keçirilir və bütün dünyada canlı yayımlanır. Mövcud Miss Böyük Beynəlxalq 27 mart 2021-ci ildə Tailandnın Banqkok şəhərində mükafatlandırılmış birləşmiş statlarlı Abena Appiahdir. Miss Böyük Beynəlxalq Qalibi mükafat olaraq 40000 ABŞ dolları pul mükafatı alacaq və Bangkokdakı bir kondominiumda bir il qalmalı və təşkilatın səfiri olaraq çalışmalıdır. Aşağıda 2013-ci ildə yaradılan Miss Böyük Beynəlxalq müsabiqəsinin qaliblərinin siyahısı qeyd edilmişdir.
New International Encyclopedia
Yeni Beynəlxalq Ensiklopediya (ing. New International Encyclopedia) — Amerika ensiklopediyası idi. İlk dəfə Dodd, Mead və şirkət tərəfindən 1902-ci ildə nəşr edilmişdir.
Opportunity International Almaniya
Opportunity International Germany sosial mikromaliyyə sahəsində fəal olan Köln şəhərində fəaliyyət göstərən qeyri-kommersiya və xristian motivli fonddur .1996-cı ildə Opportunity International şəbəkəsinin bir tərkib hissəsi kimi yaradılmışdır. Fond himayədarı və Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusdan örnək götürərək, yoxsul imkansız insanlara özlərinə kömək etmək üçün bitməz məsələlər dövranını qırmaq şansı verir. İanələrin köməyi ilə fond inkişaf etməkdə olan ölkələrdəki problemləri olan insanlara kiçik bizneslərini və ya təsərrüfatlarını genişləndirmək üçün təlim, mikrokredit, mikroəmanət və mikrosığorta ilə dəstək verir. Fond digərləri ilə yanaşı, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişafa Yardım üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilir.
Radio Tashkent International
Daşkənd beynəlxalq radiosu (ing. Radio Tashkent International), həmçinin (özb. Toshkent xalqaro radiosi / Toşkent xalkaro radiosi) və ya Radio Taşkent (ing. Radio Tashkent; özb. Toshkent radiosi / Toşkent radiosi) kimi tanınan radiostansiya 1947-ci ildə, əsasən, xarici dinləyicilər üçün yayımlanırdı. 31 mart 2006-cı ildə radiostansiyanın yayımı dayandırıldı. Bağlandığı dövrə qədər SSRİ-də, Asiyada və Mərkəzi Asiyada ən böyük beynəlxalq radiostansiyalardan biri idi. "Daşkənd beynəlxalq radiosu" 1947-ci ildən xarici auditoriyaya 70 dildə yayımlanan "Moskva radiosu"nun əlavəsi olaraq efirə buraxılıb. Daşkənd SSRİ-də ( Moskva, Leninqrad və Kiyevdən sonra) sayca dördüncü böyük şəhər, Sovet Orta Asiyasında və SSRİ-nin bütün Asiya hissəsində isə ən böyük şəhər hesab olunurdu. "Daşkənd radiosu" Asiya bölgələrinə xidmət etdiyi üçün, əsasən, burada danışılan dillərdə yayımlanırdı.
Rustavi International Motorpark
Motor yarışlarının keçirildiyi “Rustavi Beynəlxalq Motorparkı” Gürcüstanın paytaxtı Tbilisi şəhərindən 20 km cənub şərqdə yerləşir. SSRİ-də sonuncu Sürətli Avtomobil Yarış Meydanı Gürcüstan Respublikasının Rustavi şəhərində tikilmişdir. 1978-ci ildə istifadəyə verilmiş Sürətli Avtomobil Yarış Meydanının ərazisi sxemi üzrə yolun START xəttindən FİNİSH xəttinə kimi uzunluğu 2.5 (4 km) mil və eni 18 (59 fut) metr təşkil edir. Döngələrdə yolun eni 14 (46 fut) metr, düz hissədə isə yolun eni 12 (39 fut) metrdir. Kartinq, avtomobil və motosiklet yolları da bütövlükdə bu kompleksə daxildir, həmçinin azarkeş tribunası 500-800 nəfərlikdir. Texniki bina (təlim-məşq binası) və Mehmanxana həmin meydanın yaxınlığında yerləşmişdir. Burada ilk dəfə yarış 1979-cu ildə təşkil olunmuşdur. 1989-cu ilə kimi bu yarış meydanı SSSR-nin 11 çempionatına ev sahibliyi etmiş, 1989-cu ildən 2009-cu ilə kimi isə yarış meydanı fəaliyyətini dayandırmış və dağılaraq istifadəsiz (yararsız) vəziyyətə gəlmişdir. 2009-cu ildə isə özəl şirkət olan STROMOS dövlət auksiyonunda bu ərazini satın almış və təmir-bərpa işlərinə başlamışdır. Hal-hazırda yarış meydanında konfiqurasiya dəyişiklikləri edilərək yenidən tikilmişdir.
Top Volley International
Top Volley International (ing. Women's Top Volley International) — İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında hər il keçirilirən beynəlxalq turnir. 1989-cu ildən dünyanın bir neçə qitəsindən kifayət qədər güclü klubların iştirak etdiyi bu yarış “kiçik dünya çempionatı” adlandırılır. Komandalar 2 qrupda mübarizə aparır. Qrup qalibləri finalda qarşılaşır.
Wedge International Tower
Wedge International Tower — Texasın Hyuston şəhərində yerləşən göydələn. Binanın hündürlüyü 168 metrdir. Göydələn 1983-ci ildə tikintisi bitib, 43 mərtəbəsi var.
Opportunity International Germany
Opportunity International Germany sosial mikromaliyyə sahəsində fəal olan Köln şəhərində fəaliyyət göstərən qeyri-kommersiya və xristian motivli fonddur .1996-cı ildə Opportunity International şəbəkəsinin bir tərkib hissəsi kimi yaradılmışdır. Fond himayədarı və Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusdan örnək götürərək, yoxsul imkansız insanlara özlərinə kömək etmək üçün bitməz məsələlər dövranını qırmaq şansı verir. İanələrin köməyi ilə fond inkişaf etməkdə olan ölkələrdəki problemləri olan insanlara kiçik bizneslərini və ya təsərrüfatlarını genişləndirmək üçün təlim, mikrokredit, mikroəmanət və mikrosığorta ilə dəstək verir. Fond digərləri ilə yanaşı, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişafa Yardım üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilir.
Philip Morris International
Philip Morris International (PMI) — məhsulları 180-dən çox ölkədə satılan çoxmillətli ABŞ tütün şirkəti. Şirkətin ən məşhur və ən çox satılan məhsulu "Marlboro"dur.
United Press International
United Press International (qısaca UPI) qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən və əvvəllər dünyanın ən böyük xəbər agentliklərindən biri olan xəbər agentliyidir. Xəbər agentliyinin kökləri 1907-ci ilə qədər gedib çıxır. Belə ki, həmin il «United Press Association» adı altında yaradılmış olan agentlik, 1958-ci ildə "International News Service" ilə birləşərək bu günkü adını almışdır. Televiziya jurnalistikasının yayılması ilə əlaqədar olaraq onun populyarlığı bir qədər azalmışdır. 2000-ci ildə isə Vəhdət kilsəsinin News World Communications şirkəti tərəfindən satın alınmışdır. Xəbər agentliyi hal-hazırda ingilis, ispan və ərəb dillərində yerli və xarici xəbərlər, biznes, əyləncə, idman, sağlamlıq və digər mövzularda xəbərlər yayımlayır. Xəbərləri mətn, foto və video formasındadır.