Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Traxeyanın intubasiyası
Traxeyanın intubasiyası, endotraxeal intubasiya, (nəfəs borusuna boru ya lülənin daxil edilməsi) tənəffüsü və tənəffüs yolunun keçiriciliyini təmin etmək məqsədi ilə icra edilən anestezioloji və reanimatoloji əməliyyat. Traxeyanın intubasiyası potensial invaziv müdaxilə olduğu üçün onu icra etmək üçün böyük təcrübə tələb olunur. Bu zaman hər hansı bir xəta məsələn, təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Tənəffüs yolunun keçiriciliyini təmin etmək baxımından endotraxeal intubasiya ən sığortalı metoddur. == Tarixi == Tənəffüsü təmin etmək məqsədi ilə nəfəs borusunun yarılması haqqında ilkin məlumat Qədim Misirə, e. ə. 1550 ilə aid Ebersa papirusunun 110-cu səhifəsində yazılmışdır. Hələ məşhur loğman İbn Sina 1025-ci ildə tənəffüsü təmin etmək məqsədi ilə nəfəs yoluna boru daxil edilməsi haqqında 14 cildlik tibb ensiklopediyas – Əl-Qanun fi't-Tıbb – "Tibb elminin qanunları ya Təbabət qanunları" külliyyatında bəhs etmişdir. Perqamonlu Qalen ölü heyvanın ağciyərini şişirtmək üçün "dəmirçi yelpiyindən" istifadə etmişdir. İlk olaraq endotraxeal intbasiya eksperimentdə 1847 ildə N. İ. Piraqov tərəfindən itlər üzərində icra edilmişdir.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi
İntonasiya
İntonasiya — nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusuna deyilir.İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir. Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir. Biz yeddinci dərsdə türk dilinin vurğusundan bəhs etmiş, spesifik xüsusiyyətlərini aydınlaşdırmışdıq. Burada isə vurğunun cümlədə ritmyaratmadakı rolunu, intonasiyanın digər vahidlərinə münasibətini və cümlənin melodikasında əhəmiyyətini izah etməyə çalışaq. Aşağıdakı cümlələrin melodikasına, ritmik bölgüsünə, vurğuların yerinə və nitq axınında tonun istiqamətinə diqqət verin: Dün / Türkiye'nin Cumhurbaşkanı Abdullah Gül / Ankara'dan / Bakü'ye geldi.
İntuisiya
İntuisiya – (lat. intueri, intuitio – tamaşa etmək, diqqətlə baxma, görmə) bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu, duyma, sezmə, ürəyə damma; insanın xüsusi məntiqi mühakiməyə əl atmadan həqiqəti bilavasitə duymaq, naməlum hadisələrin mahiyyətinə nüfuz etmək qabiliyyəti; həssaslıq, incə hiss etmək qabiliyyəti, mahiyyətə varmaq. == İntuisiya nədir == İntuisiya problemin bütün detallarını analiz etmədən, anındaca hadisəyə düzgün qərar vermək qabiliyyətidir. Hadisənin nə vaxt olmasından asılı olmayaraq-keçmişdə, indi , və ya gələcəkdə.İntuisiya özünü dərketmənin məharətlə idarə olunmasıdır. Təsəvvür edək ki, instinkt kökdür, onda intuisiya gövdə, dərkretmə isə pardaxlanmış çiçəkdir. İntuisiyanın inkişafı özünü dərketməyə aparan sonsuz daxili səyahətdir. İntuisiyaya çox vaxt bizi bir çox pis hadisələrdən qorumağa yardımçı olan bir hiss kimi də baxmaq olar. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.